Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Şad xəbər: Yeni tikiləcək 10 metro stansiyası burada Sxem

Şad xəbər: Yeni tikiləcək 10 metro stansiyası burada Sxem

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, dünən Prezident İlham Əliyev müsahibəsində Bakı şəhərində nəqliyyat problemlərinin olduğunu, yeni layihələrin vacibliyini, tıxacların qarşısının alınması məqsədilə metropolitenin inkişaf etdiriləcəyini və bu ildən etibarən 10 yeni metrostansiyanın tikiləcəyini bildirdi.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dövlət başçısı yeni stansiyaların yerlərinin də artıq seçildiyini qeyd edib və bu ildən etibarən tikintiyə maliyyə ayrılacağını deyib.

İnşaatçı-mühəndis Azər Axundov məsələyə münasibət bildirib. Qeyd edib ki, 2 ay əvvəl Prezident Bakıya gətirilmiş yeni vaqonlara baxış keçirərkən ona yeni stansiyaların yerləşmə sxemi də təqdim edilib: “Həmin sxemi aktual götürsək, bu 10 stansiyaya bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə “Həzi Aslanov” stansiyasına kimi uzadılması daxildir. Yəni, bənövşəyi xətt üzrə “B4”-“B5”-“B?”-“B6”-“B7”-“B8” stansiyaları (toplam 6 stansiya), yaşıl xətt üzrə isə “Y14”-“Y15”-“Y16”-“Y17” stansiyaları (toplam 4 stansiya) tikilməlidir. “B?” stansiyası “Sahil” stansiyasına keçid kimi düşünülür, bu stansiya konseptual sxemdə olmadığı üçün “B?” olaraq qeyd etdim. Əlavə olaraq, çox güman ki, görüləcək işlərə xətlərin ayrılması, “Dərnəgül” deposunun və dönmə kameralarının tikilməsi də daxil olacaq. Rəsmi sxem və məlumat olmadığı üçün hələlik sadəcə təxmin edə bilirik.

Xəritə üzərində stansiyalar təxmini belə yerləşməlidir:

Prezidentə təqdim edilən layihədə 10 yeni stansiyanın tikinti işlərinin icra olunması üçün 3.8 – 4 milyard AZN investisiyanın tələb olunduğu bildirilir.

Azər Axundov əlavə edib ki, sxemdə ən maraqlı məqam bənövşəyi xəttə yeni stansiyanın əlavə olunmasıdır: “Belə ki, metronun təsdiqlənmiş konseptual sxemində bənövşəyi xətt üzrə “B-5” stansiyası Xarici İşlər Nazirliyi ətrafında, “B-6” stansiyası isə Hökumət Evi ətrafında nəzərdə tutulsa da, bu gün göstərilən sxemdə bu iki stansiyanın arasına yeni bir stansiya da əlavə olunub və qırmızı xəttin “Sahil” stansiyasına keçid kimi göstərilib. Çox güman ki, bu plan hələ tam təsdiqlənməyib və bu səbəbdən sxemdə bənövşəyi xətt üzrə dəqiq stansiya sayı əvəzinə 5-6 stansiyanın tikintisi qeyd olunub. Yəni “Sahil” stansiyası yanında keçid stansiyası olarsa 6, olmasa, 5 stansiya tikilməlidir. Bu, əslində, çox yaxşı fikirdir, çünki konseptual sxemdə bənövşəyi xətlə qırmızı xətt ancaq “Xalqlar dostluğu” stansiyasında kəsişirdi.

“Sahil” stansiyasının şəhər mərkəzində olmasını nəzərə alaraq ona keçid stansiyası tikilərsə, bənövşəyi xətlə birbaşa şəhər mərkəzinə çıxış təmin olunar. Eyni zamanda bu istiqamətdən mikrorayonlar istiqamətinə qayıdanlar artıq yüklənmiş “28 May” stansiyası əvəzinə “Sahil” tərəfdən də metroya giriş əldə etmiş olar. Nəzərə alsaq ki, bənövşəyi xəttin stansiyaları köhnə stansiyalar kimi 5 yox, 7 vaqonlu qatarı qəbul edə biləcək şəkildə tikilir, bu stansiya daha çox sərnişinin şəhər mərkəzindən kənarlara daşınmasına kömək edə bilər”.

Mütəxəssisin sözlərinə görə, yağışa görə paytaxt yollarında yaranan vəziyyət bir daha göstərir ki, Bakıda relsli nəqliyyatın inkişafına təcili ehtiyac var: “Basabas olsa da, metro və elektrik qatarı dayanmadan işləyir. Hər iki növün daha da genişlənməsi üçün təcili investisiya ayrılmalıdır. Bu iş üçün 3-4 milyard xərcləmək çox deyil. Milyon dəfə yolların genişlənməsindən daha faydalıdır”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri