Icma.az
close
up
RU
ŞAD XƏBƏR: Yeni yol çəkilir Bakıya tıxacsız gedəcəksiniz

ŞAD XƏBƏR: Yeni yol çəkilir Bakıya tıxacsız gedəcəksiniz

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Son illərdə Bakı-Sumqayıt yolunda müşahidə olunan tıxaclar sürücülər və sərnişinlər üçün ən aktual problemlərdən birinə çevrilib.
Bizim.Media “konkret.az”a istinadən xəbər verir ki, səhər və axşam pik saatlarda minlərlə insanın işə və evə qayıtmaq üçün istifadə etdiyi bu magistralda hərəkət bəzən saatlarla uzanır.
Yük maşınlarının intensivliyi, Xırdalan və “20 Yanvar” dairələrində yaranan sıxlıq, həmçinin alternativ yol şəbəkəsinin məhdudluğu vəziyyəti daha da çətinləşdirir.
Məhz bu səbəbdən Bakı şəhərinin Baş planı 2040-da yol-nəqliyyat infrastrukturuna dair mühüm dəyişikliklər nəzərdə tutulub.
Sözügedən plana əsasən, “Bakı-Sumqayıt” şosesində nəqliyyat axınını tənzimləmək və uzunmüddətli sıxlığın qarşısını almaq məqsədilə strateji əhəmiyyət daşıyan 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır. Layihə icra olunduqdan sonra həm paytaxt istiqamətinə daxilolma sürətlənəcək, həm də Xırdalan və “20 Yanvar” dairələrindəki yüklənmə əhəmiyyətli dərəcədə azalacaq.
Bu, yalnız sürücülər üçün vaxt qənaəti yaratmaqla kifayətlənməyəcək, eyni zamanda ekoloji yükün azaldılmasına, şəhərdaxili yollarda təhlükəsizliyin və rahatlığın artırılmasına da xidmət edəcək.
Bəs bu layihə Bakı-Sumqayıt yolunun üzərində yerləşən şəhər və qəsəbələrdə yaşayan sakinlərə necə təsir edəcək?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu layihədə yarımdairəvi yollar tikilməsi nəzərdə tutulub və onlardan birində işlər artıq başlayıb:
“Bu, Pirşağı-Xırdalan M1-M4 yoludur. Xırdalanın şimalından yaranan yeni bir çıxış imkanıdır. Həm Şamaxı, həm Sumqayıt, həm də Xırdalan-Masazır istiqamətindən hava limanına gediş üçün yeni bir imkandır. Ondan başqa Baş planda nəzərdə tutulan Biləcəri-Binəqədi-Romanı yoludur. Bu, yarımdairəvi sürətli yoldur. Mən düşünürəm ki, bu çox vacib bir layihədir, çünki şəhərə daxil olmadan sürətli əlaqəni təmin edəcək.
Həmçinin Biləcəridən “Baksol” yoluna çıxıb Dərnəgül-“Koroğlu” istiqamətində əlaqələndirilən yoldur. Bu da şəhərdaxili trafikin parçalanmasına, Dərnəgül və “20 Yanvar”dakı sıxlığa birbaşa təsir edən layihələrdir.
Ümumi olaraq şəhərin yarımdairəvi sürətli yolu tamamlanmalıdır.
Hansı ki, 2008-2009-cu illərdə müxtəlif layihələr icra olundu. Bunlar dairəvi-1 Lökbatan-Biləcəri, dairəvi-3 Zığ dairəsi –haval imanı və “Koroğlu”-hava limanı istiqamətləridir. Amma onları əlaqələndirən Biləcər-Binəqədi-Ramana yolunun tikilməməsi səbəbindən hazırda Ziya Bünyadov prospektinə yük düşür və “20 Yanvar”da xaotik vəziyyət hökm sürür.
Xırdalan şəhəri, Masazır və digər qəsəbələr qeyd olunan layihələrlə alternativ çıxış imkanı əldə edəcək. Həmçinin 2027-ci ilə kimi elan olunmuşdu ki, Azadlıq prospektinin davamı olaraq üzü Sumqayıt istiqamətinə də yolun tikintisi planlaşdırılır”.
Bizim.Media  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Sentyabr 2025 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri