Bakının iki qəsəbəsinin sakinlərinə ŞAD XƏBƏR Yeni yol çəkilir FOTO/VİDEO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suraxanı rayonunun Bahar və Dədə Qorqud qəsəbələrini Zığ dairəsi–Hava Limanı avtomobil yoluna birləşdirən giriş, çıxış və yanaşma yollarının tikintisi işləri həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, yanaşma yollarının ümumi uzunluğu 1600 metr təşkil edir.
Hazırda layihə üzrə ərazidə qazma və dolğu işləri görülür. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.
Layihənin icrası nəticəsində Bahar və Dədə Qorqud qəsəbələrinin sakinləri üçün Zığ dairəsi–Hava Limanı yolu ilə birbaşa nəqliyyat bağlantısı təmin ediləcək.
Bununla yanaşı, hazırda Bahar və Dədə Qorqud qəsəbələrini birləşdirən mövcud yolun da təmiri işləri aparılır. Uzunluğu 790 metr olan bu yol üzrə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri görülür.
Bizim.Media


