Sadaxlıda Xalq şairi Səməd Vurğunun xatirəsi anılıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 6 aprel, AZƏRTAC
Marneulinin Sadaxlı kəndində fəaliyyət göstərən “Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzi”ndə Azərbaycanın Xalq şairi Səməd Vurğunun 120 illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə bölgənin ziyalıları, müəllim heyəti və mərkəzin fəal şagirdləri iştirak ediblər.
Mərkəzin rəhbəri Samir Şərifov çıxış edərək Səməd Vurğun yaradıcılığının gənc nəslin milli mənlik şüurunun formalaşmasındakı rolundan bəhs etdi. Qeyd edib ki, Səməd Vurğun sadəcə bir şair deyil, o, Azərbaycan dilinin saflığını və xalq ruhunu öz misralarında yaşadan bir zirvədir. Bu gün şagirdlərimizin onun yaradıcılığına göstərdiyi maraq mərkəzimizin əsas məqsədlərindən biri olan milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi missiyasına xidmət edir.
Digər çıxış edənlər Xalq şairi Səməd Vurğunun zəngin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan və keçdiyi şərəfli həyat yolundan bəhs edib, şairin irsinin gənclər tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb, onun Gürcüstana səfərləri barədə xatirələrini bölüşüblər.
Tədbirin bədii hissəsində şagirdlərin təqdimatında şairin ölməz "Vaqif" dramından parçalar səhnələşdirilib və vətənpərvərlik rəmzinə çevrilmiş "Azərbaycan" şeiri böyük coşqu ilə səsləndirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 06 Aprel 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















