Icma.az
close
up
RU
Sadə və ziyansız müalicə üsulu FOTO

Sadə və ziyansız müalicə üsulu FOTO

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Bəri başdan deyim bu müalicə üsulun kökü çox-çox qədimlərə gedib çıxır. Ən əsası isə əsrlərin sınağından uğurla çıxan bir metoddur. Sadə və olduqca ziyansız olan bu müalicə xalq təbabətində “özünü təlqin” adlanır. Mən özüm də təqribən 1990-ci ildə belə bir metoddan istifadə etmiş və onun səmərəsini yaxşı görmüşəm. Belə ki, 1981-ci ildə ordu sıralarında futbol oyunu zamani ciddi zədə aldım. Uzun müddət həkimlərə müraciət etdim, müxtəlif müalicə üsullarına əl atdım. Ancaq bunların heç xeyri olmurdu. Günlər keçdikcə ağrılarım azalmaq əvəzinə artırdı.

Atam poçtalyon olduğuna görə evimizdə müxtəlif qəzet və jurnallar olardı. Bir dəfə əlimə rus dilində olan qəzet parçası düşdü. Onu oxudum və ağrılarıma çarə tapa bildim. Özümü necə müalicə etməyim barədə məlumat versəm maraqlı olar.

Qəzeti oxuya-oxuya “ özünü təlqin” müalicəsinə başlayanda əvvəl orqanizmimi tam sakit vəziyyətə gətirdim. Bununla sağalmağa məndə əminlik yarandı. Sonra divara 8 addım aralı kresloda rahat əyləşib və baxışımı gözümün istiqamətindən 30 santimetr yuxarıda olan divardakı bir ləkəyə zillətdim. Nöqtəyə baxa-baxa 100-dən 1-ə qədər saymağa başladım. Özü də rəqəmlərin adını hər dəfə tutanda dərindən nəfəs alırdım. Nöqtəyə baxa-baxa, rəqəmləri saya-saya, yavaş-yavaş özümü ilıq bir dənizin dibinə düşməyimi təsəvvürümə gətirdim. Qəfildən hiss etdik ki, göz qapaqlarım qaralır və gözlərimin qarşısı tədricən dumanlanır. Bu an gözlərimi aramla bağlamağa başladım. Belə vəziyyətdə yenə dərin nəfəsalma ilə 100-dən birə qədər saymağımı davam etdim. Saydıqca, həm də fikrimdə canlanırdı ki, yatmış, dincələn balıq belə rahat bir məkanda hansı hissləri keçirə bilər. Elə bu rahat məkanı xoş düşüncələrlə öz dünyama gətirdim. Və beləcə, özümü tam təhlükəsiz hiss etdiyim anda saymağı saxladım.

Vəziyyətdən çıxmaq üçün isə “bir” deyəndə hazırlaşdım, ”iki” deyəndə nəfəsimi bir neçə saniyəlik saxladım. “ Üç” ə çatanda isə gözlərimi açdım. Gözlərimi açandan sonra az müddət ərzində rahat halda əyləşdiyim kreslodan durmadım. Hiss etdim ki, artıq kəskin baş ağrılarım gedibdir. Tam sağalmaqdan ötrü özümü bir neçə dəfə bu üsulla müalicə etdim. İndi çoxdandır güclü baş ağrılardan əziyyət çəkmirəm.

“Özünü təlqin” müalicəsindən hər bir adam müalicə oluna bilər. Sağlam həyat üçün bu olduqca faydalıdır. Onu da deyim ki, insan orqanizminin gizli qüvvələri çoxdur. Özünü sağlam olmağa yönəltmək üçün bu qüvvələrin qədir-qiymətini bilmək və buna inam lazımdır. Elə həyatın gözəlliyi, şirinliyi sağlam canla bağlıdır. Qoy hər açılan səhərimiz üzlərdə təbəssüm, ürəklərdə sevinc olsun. Onda yaşadığımız işıqlı dünya heç vaxt öz gözəlliyini itirməz...

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 İyul 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri