Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Sadə yas mərasimlərinə qayıdaq: Unudulmağa qoymayaq! V YAZI

Sadə yas mərasimlərinə qayıdaq: Unudulmağa qoymayaq! V YAZI

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün hər kəsi narahat etməli olan ən vacib məsələlərdən biri yas mərasimlərinin israfçılığa açdığı qapıdır. Bu, elə bir qapıdır ki, onu açan özümüzüksə, bağlayan da özümüz olmalıyıq. Çünki digər məsələlər kimi, yas mərasimlərinin də belə “müsairləşməsinin” səbəbkarı bizik. Necə ki, toylarımızda qədim adət-ənənələri ixtisara sala-sala gedirik, özümüz “yeniliklər” kəşf edib toylara daxil edir, necə deyərlər, toyları əndazədən çıxarırıq, yas mərasimlərinin də “müasirləşməsinin” səbəbkarı bizik.

İllərdir ki, bu mövzu ətrafında müzakirələr, mübahisələr gedir, lakin sanki bəhsəbəslik, “qonşudan geri qalma” prinsipi, “adım-sanım var” iddiası bu müzakirələrin qarşısına keçir və necə deyərlər, bildiyimiz elə biləyimizdə qalır.

Ən pisi isə ondan ibarətdir ki, neçə illərdir, yas mərasimlərini bu şəklə salsaq da, bunun yaxşı hal olmadığı barədə çağırışlar olsa da, yazılar yazılsa da, hələ ki, deyilənləri nə eşidən, nə də əməl edən var. Bəs belə isə biz itirə-itirə haraya gedirik? Nə vaxt papağımızı qarşımıza qoyub fikirləşəcək, əldən gedən adətlərimiz, mentalitetimiz üçün narahat olacağıq.

Toy və yas mərasimlərinin keçirilməsi üçün ictimai fikir, qənaət olmalıdır. Yəni bunu cəmiyyət, insanlar formalaşdırdığı kimi, yeni tətbiq edilənlərin qarşısını da onlar almalıdır. Necə ki, yas mərasimləri ilə bağlı bir neçə il bundan öncə Naxçıvanda, Bakının bir çox kəndlərində, o cümlədən Sağan, Balaxanıda, həmçinin Şirvan zonasında, Qazax, Şəmkir, Tovuz rayonlarında qaydalar tamamilə dəyişdirildi, təmtəraqlı ehsan süfrələri yığışdırıldı, deməli, başqa bölgələrdə də bunu etmək mümkündür.

Ağsaqqal olan yerdə, Allah var, deyərlər

İllərdir, mətbuatın bu məsələ ilə əlaqədar müntəzəm mübarizə aparması sayəsində hələ indi bir qədər sadələşdirilib yas mərasimlərində açılan ehsan süfrələri. Bir neçə il əvvəl isə bu süfrələr toy mərasimlərini xatırladırdı. Süfrələrdən, necə deyərlər, quş südü əskik olardı. Lakin hələ də ölkənin hər yerində insanlar dədə-baba qaydasına qayıtmaq fikrində deyillər.

Məsələn, maddi imkanları yaxşı olanlar ata-anası dünyasını dəyişəndə onlara dəbdəbəli yas qurur, ehsan süfrəsi açır. Sabah isə bir kasıb ailənin əzizi dünyasını dəyişəndə “qonşudan geri qalma” prinsipi işə düşür, bu ailənin imkansız övladı bankdan kredit götürməli olsa da, bu yas mərasimini də həmin zəngin ailənin açdığı süfrəyə bənzətməyə çalışır. Beləliklə də bütün cəmiyyət sabahı gün eyni ehsan süfrəsini açmaq məcburiyyətində qalır.

Bunun bir sonunun olması kimi düşündürməlidir? Əlbəttə ki, ağsaqqalları, din xadimlərini. Onların tövsiyəsi, məsləhəti, xalqa çağırışı olmadan bu işləri sahmana salmaq mümkün deyil. Neçə ki, illər öncə kəndlərimizdə ağsaqqal, ağbirçəklər olardı, bir elin toyu da, yası da onların məsləhəti, yolgöstərənliyi ilə düzülüb-qoşulardı, müasir dövrdə də biz həmin ənənələrə söykənməsək, bir də baxıb görəcəyik ki, bütün dəyələrimiz əlimizdən gedib.

Ağsaqqal olan yerdə Allah var, deyərlər. Ağsaqqal sözü eşidilməyən yerdə isə həmişə pərakəndəlik, hərc-mərclik yaranar. Yarandı da. Elə ki, hər kəs özünün ağsaqqalı, ağbirçəyi oldu, bax, toylarımız da, yaslarımız da bu günə qaldı. Toyların adət-ənənə ritmi pozuldu, yaslara məxsus qaydalar gündən-günə dəyişdi.

Maraqlıdır, yas mərasiminə əzizini itirmiş insanların dərdinə şərik olmağa gedirik, yoxsa yeyib-içməyə? Bax bu sualı özümüz özümüzə versək, cavabı inanıram ki, hər kəs üçün aydın olacaq. Biz əlbəttə ki, kiminsə dərdinə şərik, acılı günündə onun təsəllivericisi olmağa çalışırıq. Belə isə dəbdəbəli ehsan süfrələrinə ehtiyac varmı? Axı ağzımızda yas mərasimi deyirik. Burada insanın boğazından bir qurtum suyun neçə keçə bilməsi də illərlə yaranan, lakin cavabı tapılmayan suallar silsiləsindəndir.

O belə etdi, mən niyə etməyim?..

Toy və yas mərasimlərinin hər ikisi belədir ki, burada ümumi qaydalar olmasa, kim nə bilir, onu da edəcək, ətrafdakı insanlar da “o belə etdi, mən niyə etməyim?” deyəcək. Məhz buna görə də ümumi qaydalar həm insanların, həm də adətlərin xilas yoludur.

İllər öncə Naxçıvanda və eləcə də digər bölgələrimizdə sadəliyi özünə qaytarılmış yas mərasimlərində ehsan süfrələri ilə bağlı ümumi qayda qoyuldu: bir növ xörək, halva, çay, xurma, limon. Yəni bu qayda ilə bir neçə növ xörək, meyvə, çərəz, konfet-şokolad, müxtəlif şirniyyatlar süfrələrdən götürülmüş, ixtisar edilmiş oldu. Maddi imkanı olan da, olmayan da eyni süfrəni açdı. Artıq illərdir ki, bu qayda yas mərasimlərində hökm sürür. Ağsaqqalların, din xadimlərinin nəzarəti ilə dəyişməz olaraq qalır. Deməli, bunu digər şəhər və kəndlərdə də etmək mümkündür.

Bu bir tərəfdən əsrlərdən üzübəri gələn adət-ənənələrimizin qorunmasına xidmət edirsə, digər tərəfdən maddi imkanı çox və az olan insanların hüquqlarının qorunmasına xidmət edir. Kasıb ailələrin banklardan kredit götürüb ehsan verməsinin, sonra da min arşın quyunun dibinə yuvarlanmasının qarşısını alır.

Onu da vurğulamaq yerinə düşər ki, Naxçıvanda nəinki yas mərasimlərinin ehsan süfrəsi qaydaya salınıb, hətta qəbirlərin də müəyyən ölçülər daxilində hazırlanması illər öncədən qüvvədədir. Hər bir qəbir eyni ölçüdə hazırlanır və üzərində qəbirüstü sərdabələrin ucaldılması, qəbir ətrafına hasarların çəkilməsi qadağan edilib. İndi Naxçıvanda hansı qəbiristanlığa getsən, orada bir nizam-qayda görmək mümkündür. Artıq Naxçıvanda illər öncə qəbiristanlıqlardakı varlı-kasıb məsələsi, fərqlilik də aradan qalxıb. Naxçıvanlılar buna “eyniyyət” prinsipi ilə nail olublar.

Lakin hələ də ölkənin əksər şəhər və rayonlarında qəbiristanlıqlardakı dəbdəbəli qəbirlər insanlar arasında fərqlilik prinsipini göstərir. Kiminin qəbir daşı göyə ucalır, kimininki isə torpaqdan bir qarış baş qaldırır. Bu məsələnin də yoluna qoyulması günün vacib şərtidir.

Müsəlman ölkələrinə nəzər salaq

Mənbələrdən əldə etdiyimiz məlumata əsasən bu gün əhalisinin əksəriyyəti müsəlman olan ölkələrin hər birində dəfndən sonrakı yas mərasimləri islami qaydalar əsas götürülməklə keçirilir. İran İslam Respublikası, Küveyt, Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Nigeriya, Əfqanıstan, Liviya, Banqladeş, Pakistan, İndoneziya, Türkiyə, İordaniya, Bəhreyn, Oman və Yəməndə yas mərasimlərinin keçirilməsində xüsusi qanunauyğunluq hökm sürür. Bu ölkələrdə İslamın təbliğ və təlqin etdiyi kimi yas saxlama müddəti üç gündür. Bu müddətdən artıq yas saxlamağın haram buyurulduğu ölkələrdə yaslar ya dünyasını dəyişmiş insanların evlərində, ya da məscidlərdə saxlanılır. Digər teokratik ölkə olan Səudiyyə Ərəbistanında isə dəfndən sonra ümumiyyətlə, heç bir mərasim keçirilmir.

Əksər müsəlman ölkələrində yas mərasimlərində təmtəraqdan qaçılır. Yalnız üç gün müddətində başsağlığı üçün gələn qonaqlara su, xurma verilir, yaxud da ölən şəxsin qonşuları tərəfindən yemək bişirilir və qonaqlara paylanılır. Başsağlığı üçün gələn ziyarətçilər arasında ölənin ailəsinə kömək üçün maddi vəsait toplanır. Vəfat etmiş şəxsin əşyaları və geyimləri kasıb insanlara verilir ki, bu da dünyasını dəyişmiş şəxsin o dünyada mükafatlandırılacağı inancı ilə bağlıdır.

Türkiyə Respublikasında şəxs dünyasını dəyişdikdən sonra ona cənazə namazı qılınır, dəfn olunur və vəfat edənin ailəsinə əksər başsağlığı elə dəfn mərasimi zamanı verilir. Dəfndən sonrakı üç gün ərzində başsağlığı məqsədi ilə vəfat edən şəxsin evinə baş çəkilir. Bu zaman gələn şəxslərə xüsusi yemək süfrəsinin açılması kimi adət mövcud deyildir.

İran İslam Respublikasında yas mərasimləri məsciddə, həm də qabaqcadan elan olunan müəyyən gün və saatda keçirilir. Şəhərin hər yerində elanlar yazılır, tanışlara xəbər göndərilir və üç-dörd saat ərzində məsciddə yemək-içməksiz mərasim keçirilir.

Livanda, Suriyada, İraqda keçirilən yas mərasimlərində mərhumun dəfnindən sonra ətrafda yaşayan insanlar və qohumlar mərhumun ailəsinə düyü, yağ və s. göndərir və bu yeməkləri mərhumun evində hazırlamaq üçün müəyyən şəxslər təyin edirlər. Hətta əksər yerlərdə hüzür sahibinə heç bir yemək qayğısına qala bilmədiyi üçün hazır yeməklər də göndərən olur. Məclislər qurulur, məclisi aparan din xadimi yuxarı başda əyləşir, Quran tilavət edir və İslam dini haqqında gələn qonaqlara məlumat verir. Qonaqlar da ev sahiblərinə başsağlığı verib mərhumun ruhuna Fatihə oxuyurlar. Suriyada yas mərasimləri zamanı gələn şəxslərə sadəcə qəhvə təklif olunur. Livanda və İraqda məclisə gələn qonaqlara çay, su və halva paylanılır.

Göründüyü kimi, dünyanın müxtəlif müsəlman ölkələrində yas mərasimləri İslami qaydalara uyğun olaraq keçirilir. İsrafdan uzaq, ifratçılığa yol vermədən təziyə saxlanılır. Mərasimlərdə Qurani-Kərimin qiraəti əsas yer tutur.

Bəs belə olan təqdirdə bizdə nə üçün islami qaydalar dəyişib? Buna kim və nə üçün yol açıb?

3, 7, 20, 40, cümə axşamları, qara bayram, ildönümü

Üç gün başsağlığından sonra 7, 20, 40, cümə axşamları, qara bayram və ildönümünə ehtiyac varmı? Söz yox ki, vəfat edən şəxsin ailəsi, əzizləri onu bir ömür unutmayacaq, istədikləri vaxt da ailə daxilində xatirəsini ana bilərlər. Lakin yuxarıda adını sadaladığım mərasimlərin keçirilməsinə düşünürəm ki, heç bir ehtiyac yoxdur. Çünki bunların hər biri böyük israfçılıqdır və xüsusilə də kasıb ailələr üçün böyük çətinliklə, xərcə-borca düşməklə başa gələn mərasimlərdir.

Naxçıvanda Şərur rayonunun Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib. 2023-cü ilin 10 sentyabrından etibarən kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilməməsi, əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılması qərarına gəlinib və tətbiqinə başlanılıb. Bu, əlbəttə çox təqdir olunacaq bir qərardır. Biz bunu çoxdan gözləyirdik. Axır ki, Mahmudkənd ağsaqqalları bu qərara gəldi və çoxsaylı kənd əhalisini böyük bir problemdən azad etdi. Daha doğrusu, əsl yas mərasiminin, süfrəsinin necə olmasını gündəmə gətirdilər.

Daha sonra, iki il öncə isə Naxçıvanın Culfa rayonunun Camaldın kəndində yas mərasimlərində ehsan verilməsini israfçılıq hesab edən, bəzən mərasim üçün bişirilən yemək və halvanın artıq qaldığından narahat olan sakinlər buna son qoymağa qərar verdilər.

İndi Camaldın kəndində də keçirilən yas mərasimlərində yalnız çay süfrəsi olur. Həmçinin yas mərasimlərinin üç, yeddi, qırx və il mərasimlərində də stolun üstündə digər qidalar olmur, yemək verilmir.

Həm Mahmudkənd, həm də Camaldın sakinləri deyir ki, bu qaydalara əməl etməyən hər hansı bir yas sahibinin mərasimində din xadimləri və kənd ictimaiyyəti iştirak etməyəcək.

Budur, bax, qaydalar bu cür tətbiq olunmalıdır: el birliyi, el qərarı ilə. İndi gəl, görək, bu qaydaları kimsə poza bilərmi?

Ağsaqqal sözünə ehtiyacımız var

Həm toyların, həm də yasların necə keçirilməsini biz müəyyən etməliyik. Bu, inzibati şəkildə mümkün deyil. İctimai rəylə, qərarla, ağsaqqal sözü, məsləhəti ilə bu qaydaları öz əvvəlki halına qaytara bilərik.

Düşünürəm ki, Azərbaycanın bütün bölgələrində ağsaqqallar, din xadimləri bu məsələyə münasibət bildirməlidir. Onlar bəzi bölgələrimizdəki nümunələrdən istifadə etməklə, bu qaydaları digər şəhər və kəndlərdə də tətbiq etməklə yas mərasimlərinin özünəməxsusluğunu xilas etmiş olarlar.

Sadəcə bir yerə yığışıb, qərar qəbul etmək lazımdır. Ümidvarıq ki, artıq zəhərlənə də bildiyimiz yas mərasimlərinin ehsan süfrələrində dəyişiklik etməyin vaxtı çatmışdır.

Və bəlkə də yas mərasimlərindən sonra toy mərasimlərinə də qayıtmış olarıq. Şad günümüzün rəmzi olan toylara da əvvəlki vüsətini, zəngin adət-ənənələrimizi qaytara bilərik. Bunlar bizim əlimizdədir. Belə isə, nəyi gözləyirik?..

Sadə toy və yas mərasimlərinə qayıdaq. Onları unudulmağa qoymayaq!

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Fevral 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see254

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see229

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see227

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see224

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see193

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see185

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see170

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see158

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see155

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see153

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see150

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see141

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri