Icma.az
close
up
RU
“Sadəcə ad dəyişmədik, biz loyallıq anlayışını yenidən yazdıq” Fərid İslamovla “Bir Bonus” haqqında müsahibə

“Sadəcə ad dəyişmədik, biz loyallıq anlayışını yenidən yazdıq” Fərid İslamovla “Bir Bonus” haqqında müsahibə

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir ekosistemi bazara yeni bir məhsulla “Bir Bonus”la daxil olaraq bütün loyallıq proqramı istifadəçilərini təəccübləndirdi. Uzun illərdir “Umico Bonus” adı ilə tanıdığımız loyallıq proqramındakı bu strateji dəyişikliyin arxasında hansı məqsədlər dayanır? Bu keçid müştərilər və partnyorlar üçün nə vəd edir?

"Unikal" bu suallara cavab tapmaq üçün Bir ekosisteminin Loyallıq Proqramı İdarəsinin Baş Direktoru, layihənin ideya müəlliflərindən və rəhbərlərindən olan Fərid İslamovla həmsöhbət olub. 

- Fərid bəy, ilk və ən vacib sualdan başlayaq. Hər kəsin tanıdığı və sevdiyi Umico Bonus niyə məhz indi “Bir Bonus” oldu? Bu rebrendinqə gedən yolun arxasında dayanan əsas strateji baxışınız nədir?

Əla sualdır, amma gəlin məsələyə bir az fərqli prizmadan baxaq. Bu, sadəcə bir ad dəyişikliyi və ya rebrendinq deyil. Bu, təkamüldür, hətta bazarda yeni bir inqilabdır. “Umico bonus” bizim üçün çox dəyərli bir mərhələ idi, bazarı formalaşdırdığımız, müştərilərin vərdişlərini dəyişdiyimiz bir dövr. Amma Bir ekosistemi sürətlə böyüyür və biz artıq ayrı-ayrı güclü brendlər deyil, vahid, nəhəng bir dəyər zənciriyik. Bir sözlə biz Bir Bonus ilə həm də belə desəm “status-kvonu” dəyişirik.

Müştəri Birmarket-də alış-veriş edirsə, Trendyol Azərbaycandan sifariş verirsə, ödənişini Birbank-la və ya m10-la edirsə, bütün bu təcrübələrin mərkəzində dayanan loyallıq proqramının da bu birliyin adını daşıması, fəlsəfəsini əks etdirməsi qaçılmaz idi. Biz dağınıq parçaları birləşdirib ortaya tək, güclü və hər kəs üçün faydalı bir məhsul çıxardıq: adı kimi, özü də “Bir”.  

Bu prosesdə inteqrasiya sözü belə texniki bir termin deyil. Bu, bir fəlsəfədir. Biz Bir Bonus-u sadəcə Birbank-a, m10-a ya da minlərlə tərəfdaşın olduğu Birmarket-ə əlavə etmədik, biz onların DNT-lərini birləşdirdik.

- Bir ekosisteminin digər məhsulları ilə “Bir Bonus” arasındakı sinerji müştərilərə praktikada nə verəcək? Yəni, mən Birbank istifadəçisi olaraq bu inteqrasiyanı öz həyatımda necə hiss edəcəm?

Bu sual bizim yaratdığımız dəyişikliyin tam mərkəzində dayanır. Hətta belə deyərdim ki, bu layihəyə başlayanda əsas açar sözümüz “maneəsiz təcrübə” idi.  Artıq müştərinin Birbank-dakı bonusu ayrı, Birmarket-dəki, eləcə də m10-dakı ayrı deyil, ya da müştərinin beynində “bu bonus haradan gəldi?”, “o bonusu harada xərcləyim?” kimi suallar olmayacaq. Biz bütün bonusları vahid bir kabinetə yığdıq. Hansı tətbiqdə olmağınızdan asılı olmayaraq, bütün qazandığınız bonuslar bir yerdədir.

Təsəvvür edin ki, Birbank tətbiqində kommunal ödəniş edirsiniz, anında hesabınızda bonuslar görünür. Həmin bonusları gedib nəqliyyat ödənişində istifadə edirsiniz və ya supermarketdə alış-veriş zamanı xərcləyirsiniz. Bununla biz müştərinin maliyyə həyatının bütün nöqtələrini bir-birinə bağlayırıq.

İkincisi, biz bütün prosesi maraqlı bir oyuna da çevirmişik. Belə ki, hər ay müştərilərimizi maraqlı tapşırıqlar gözləyir. Yəni artıq siz sadəcə alış-veriş etmirsiniz, həm də bir növ oyunda iştirak edib yeni hədəflərə çatırsınız. Qazandıqlarınızı xərcləmək isə çox asandır və seçim azadlığı tamamilə sizindir. Partnyorda qazanılmış bonusu növbəti ödənişdə elə partnyorda xərcləməyə, BakıKart bileti almaqdan Trendyol-dan sifarişə, nömrənin balansını artırmaqdan Birmarket-dən onlayn alış-verişə qədər demək olar ki, hər yerdə bonusları xərcləmək mümkündür. Bir sözlə biz müştərimizə sadəcə bonus yox, öz loyallığını idarə etmək üçün tam nəzarət və azadlıq veririk.

- Bu keçid təkcə müştərilər üçün deyil, həm də illərdir sizə güvənən partnyorlar üçün önəmlidir. “Bir Bonus” proqramı onlara hansı yeni imkanlar vəd edir? 

Partnyorlarımız üçün bu keçid loyallıq proqramının tərəfdaşı olmaqdan daha çox ölkənin ən böyük maliyyə ekosisteminin bir parçasına çevrilmək deməkdir.  

Biz onlara ölkənin ən böyük müştəri bazalarından birinə, Bir ekosisteminin milyonlarla istifadəçisinə birbaşa məhsul təqdim etmək imkanı veririk. Ən əsası artıq partnyorlarımız öz bizneslərinin hədəflərinə uyğun istənilən kampaniyanı qura bilərlər. Yəni onlar istəsələr bütün məhsullara və ya tək bir məhsula xüsusi bonus təyin edə, istəsələr də müştərinin doğum gününə özəl təklif hazırlaya bilərlər. 

Bununla da kifayətlənmirik. Partnyorlarımıza müştəri davranışını dərindən analiz etmək üçün güclü alətlər təqdim edirik. Bu data onlara imkan verəcək ki, kor-koranə kampaniyalar yox, hədəfə fokuslu, yüksək effektivliyə malik marketinq strategiyası qursunlar. Bizim üçün partnyorlar böyümə strategiyamızın vacib bir hissəsidir. Bir Bonus isə partnyor üçün bir vitrin yox, birbaşa satışları və müştəri loyallığını artıran güclü bir biznes alətidir.

- Bu miqyasda bir keçid adətən çətin olur. Həm müştəriləri, həm də minlərlə partnyoru yeni sistemə necə adaptasiya etdiniz? Prosesi idarə etmək üçün strategiyanız nə oldu? 

Mənim üçün “çətin” yox, “düzgün planlanmış” proses var. Əsas məsələ odur ki, bu keçid partnyorlarımız və müştərilərimiz üçün yorucu bir mərhələ kimi yox, yeni bir fürsət kimi görünsün. Strategiyamız da məhz bu məqsədə xidmət edir. 

Konkret olaraq nə etdik - sualına cavabım isə keçidin bir neçə mərhələli olmasıdır.

Birincisi, partnyorlarımızı bu prosesə tam hazırladıq. Onlara sadəcə “dəyişikliyə gedirik” demirik. Hər birinə fərdi yanaşırıq və onlara komandamız tərəfindən təlimlər keçirilir. Həmçinin, onları bütün mümkün sualları əvvəlcədən cavablayan təlimatlarla təmin edirik. Yəni, partnyorumuzun hər hansı bir çətinliklə üzləşmə ehtimalını sıfıra endirdik.

İkincisi, müştərilərimizin keşbek və bonus arasındakı seçim azadlığını məhdudlaşdırmırıq. Bir müddət həm köhnə keşbek sistemi, həm də yeni bonus platforması paralel işləyəcək. Bu da insanlara yeni sistemi sərbəst şəkildə yoxlamaq, üstünlüklərini görmək və könüllü olaraq keçid etmək imkanı verir. Nəticə isə açığı gözləntimizi də aşdı və alıdğımız şərhlər bizi çox sevindirir.

Belə böyük bir layihənin arxa kadrı da maraqlıdır. Layihənin müştərilərə təqdim olunana qədər olan mərhələsini, ofisinizdə yaşanan o həyəcanı sizdən eşitmək çox maraqlıdır.  

Bu, bəlkə də, müsahibənin ən önəmli hissəsidir. Texnologiya, strategiya, brendinq, bunlar hamısı vacibdir. Amma heç biri vacib qığılcımı yandıran insan amili qədər güclü deyil. Son həftələr, xüsusilə son 72 saat ofisin sanki bir döyüş qərargahına çevrildiyini desəm yanılmaram. Amma bu, məcburiyyət altında edilən bir iş yox, hər kəsin inandığı bir hədəf uğrunda könüllü şəkildə gücünü birləşdirdiyi bir arena idi. 

Bu layihədə çalışan developerdən tutmuş, marketinq departamentinin gecəyarı beyin fırtınalarına kimi bütün əməkdaşlarımızın təşəbbüslərini sözlə ifadə etmək çətindir.  O otaqlarda yorğunluq yox, adrenalin var idi. Mən bir rəhbər olaraq onlarla sadəcə fəxr etmirəm, həm də hər birinin enerjisindən ilham alıram. Bir Bonusun əsl memarları onlardırlar.

- Günün sonunda “Bir Bonus”un əldə etmək istəyi gələcək hədəfləri nələrdir? 

İstər bu layihənin, istərsə də gələcək planlarımızın sərhədi yoxdur, daimi hərəkət və yenilənən planlar var. Amma məqsəd birdir, o da ölkəmizin hər bir guşəsində yaşayan hər bir vətəndaşın bu sistemdən faydalanmasını təmin etmək. 

Bizim üçün “Bir Bonus” sadəcə bir kommersiya layihəsi deyil, həm də rəqəmsal və maliyyə inklüzivliyini təmin edən sosial bir missiyadır. Unutmayaq ki, burada hər bir bonus əməliyyatı nağdsız dövriyyəni stimullaşdırır, bu isə öz növbəsində ölkəmizin rəqəmsal iqtisadi ekosisteminin inkişafına birbaşa töhfə deməkdir. 

Partnyor şəbəkəmizi dayanmadan genişləndirəcək, platformaya daim yeni funksiyalar əlavə edəcək və müştəri təcrübəsini mükəmməlləşdirəcəyik. Biz bazarda sadəcə daha bir loyallıq proqramı yaratmırıq. Biz ölkədə hər kəsin qazandığı vahid bir dəyər standartı formalaşdırırıq.

- Təşəkkür edirəm, Fərid bəy, olduqca maraqlı və faydalı söhbət oldu.

- Mən təşəkkür edirəm. Düşünürəm ki, hər kəsi maraqlandıran məqamlara toxuna bildik. Layihəyə maraq göstərdiyiniz üçün təşəkkürlər. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Sentyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see300

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see205

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see186

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see156

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see123

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see120

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see120

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri