Icma.az
close
up
RU
Ailə, iş, yoxsa sadəcə yaşamaq?

Ailə, iş, yoxsa sadəcə yaşamaq?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Kubra Məhərrəmova yazır...

Son bir neçə həftə gündəmdə qəribə və süni şəkildə şişirdilmiş mövzular müzakirə edilir. Qadınlar səhv yoldadır, qadınlar evə dönməlidir, qadın ailədə olmalıdır. İş həyatı ona heç nə verməyəcək.

Hətta bayramqabağı qadınların bayram şirniyyatını evdə bişirməməsi məsələsi belə sosial şəbəkələrdə müzakirə mövzusu oldu.

Bəzi kişilər iddia etdilər ki, müasir qadınların evdə bayram şirniyyatı bişirməməsi və dükandan alması milli mənəvi dəyərlərimizi məhv edir.

Lakin bu fikri irəli sürənlər və dəstəkləyənlər bir məqamı diqqətdən qaçırdılar ki, heç də hər bir qadının qoz-fındıq ləpəsini almağa (bir kiloqramı 20-25 manata) imkanı yoxdur. Hələ bunun yağını, şəkərini demirəm. Bunu ərindən tələb etsə, onda da daş atıb, başınızı tutursunuz ki, "bəs, kişinin qazancına görə qadın həyat sürməlidir". Olsun, ona görə də qadın üç-beş qoğal, şəkərbura-paxlavanı dükandan daha əlverişli qiymətə alıb süfrəsinə qoyur. İndi bu yazıq qadın nə etsin ki, hər şeyə mız qoyan, öz aləmində milli-mənəvi dəyərlərimizi qorumağa çalışanlar üçün nümunəvi qadın, ana, həyat yoldaşı olsun?

Ailənin bütün məsuliyyətini daşıyan qadından bir soruşan oldu ki, ay anam, ay bacım, bütün günü işdə çalışmısan, sonra uşaqların dərsləri ilə məşğul olmusan, axşam üçün yemək bişirmisən, sonra süfrəni yığışdırıb, qabları yumusan, ailə üçün pal-paltarı yuyub-ütüləyib, sabaha hazırlamısan, bir stəkan çay qabağına qoyuldumu? Təbii ki, yox.

Təəssüflər olsun ki, bizdə evin anası ailənin bütün fiziki və mənəvi yükünü daşıyır. Uşaqlara tərbiyə verən də odur, evin işini görən də. Hələ qohumlar arasında diplomatik əlaqələri quran da. Kimin toyu var, kimin yası var, hamısını qadın bilməli, iştirakı təmin etməlidir. Qohum-əqrəbada ad günlərinin siyahısını tutmalı, get-gəli tənzimləməlidir. Bildiyimiz protokol şöbəsi funksiyasını yerinə yetirməlidir.

Bundan savayı yaxın qohum-əqrəbalarla münasibəti diqqətdə saxlamalı, mümkün böhran vəziyyətlərini aradan qaldırmağı bacarmalıdır.

Üstəlik ailəyə maddi dəstəyin göstərilməsində bilavasitə rol oynamalı, arzulanan maaş isə 1000 + 1500 manatdır.

Mütləq şəkildə ali savadlı kadr olmalı, peşəsinin həkim, müəllim, məktəb direktoru olması ona əlavə bonuslar qazandırır. El dili ilə desək, baş ucalığı gətirir.

Şəxsi keyfiyyətlər arasında mülayim xasiyyətdə olması, stres altında işləmək bacarığı, evinin həm xanımı, həm qulluqçusu olması işəgötürənin, bağışlayın, elçiliyə gələnlərin əsas tələbləri siyahısındadır.

Ərindən heç nə tələb etməyəcəyini də qanı ilə imzalamalıdır.

Bura aiddir: qısqanc olmayacaq, bir geyimi beş il geyinəcək, qızıl-zinət əşyalarına marağı olmayacaq, gəzmək-əylənmək kimi xəyallar qurmayacaq, atasıgilə ildə dörd dəfə gedəcək, rəfiqə-dost kimi məsələlərə xitam verəcək.

Düz doqquz ayın tamamında, toydan sonra övlad dünyaya gətirəcək. Özü baxıb, özü böyüdəcək. Kömək tələb etməsi absurddur. Çünki əvvəl qadınlar paltarı əllə yuyurdular, indi paltaryuyan maşın var. Allahına şükür etsin, balasını böyütsün.

Bəlkə də çoxları bilmirlər ki, doğuşsonrası depressiya deyilən bir ağır məqam var. Və bu psixoloji vəziyyət ağır nəticələrlə tamamlana bilər. Lakin bu məqam diqqətə alınmır. Ya cahillikdən, ya da başqa səbəbdən.

Saydıqlarım isə ailə dəyərlərinin möhkəmlənməsinə xidmət edəcək. Amma tələb birtərəflidir, ancaq qadından. Müqavilədə ikinci tərəfin öhdəlikləri yer almır.

Son zamanlar diqqət etdiyim bir məqam da var. Küçələrdə hər iki əli dolu, evin ehtiyacını ödəyəcək bazarlığın ağır torbalarını əksərən qadınlar daşıyırlar. Uşaqları da əksərən analar məktəbə aparıb-gətirirlər. Və bütün bunlar o qədər normal qarşılanır ki, cəmiyyətimiz tərəfindən, sanki belə də olmalıdır.

"Kişi kimi qadınsan" sözünü də üstünə yapışdırıb, qadını döndəriblər cinsi bilinməyən subyektə.

Bu qədər yükün altında çabalayan qadın əri tərəfindən söyülüb-döyüləndə, xəyanət görəndə, çəkdiyi əziyyətin qarşısında bir xoş söz eşitməyəndə, başını götürüb qaçanda, deyirlər gəlin - qadın əxlaqsızdır!

Bundan əvvəl müxtəlif kəsim tərəfindən səsləndirilən "qadınlar alimentə görə boşanırlar" tezisi də yəqin ki yadımızdadır. Aliment də aliment ola, 246 manat. Bu pula görəsən nə etmək olar ki?

Sözümün qəribçiliyə salınmaması üçün bir daha qeyd edirəm ki, mən normal, əxlaqlı, ziyalı, mənəviyyatı olan qadınlardan yazdım.

Əks arqument kimi misal çəkəcəyiniz, fərqli rol-model davranışını ortaya qoyan qadınları da ortaya çıxaran, onlara dəstək olan, pul-para ilə təmin edən elə bu cəmiyyətdir.

Cəmiyyətin verdiyi dəyər budur.

Normal qadın tənqidə, hücuma məruz qalır.

Qeyri-normalı istədiyini edir, hələ cəmiyyət ona "bacarana can qurban" deyib, öpüb alnına qoyur.

Tam səmimi deyirəm, belə ikili standart heç Avropa siyasətində belə yoxdur.

Sonda mütləq qeyd edirəm ki, gənc qızlarımız da bunları görüb ailə həyatı qurmağa tələsmirlər. Onlar anlayırlar ki, ailə həyatı lotereya, şans kimidir. Yaxşı da, pis də ola bilər. Ona görə də təhsil almağa, iş qurmağa çalışırlar. İmkan düşdükcə ölkəni birdəfəlik tərk edir, gələcək həyat yoldaşlarını da oradan seçirlər. Öz nənə və analarından fərqli olaraq, yaşamağı seçirlər.

Nədənsə xarici vətəndaşla ailə quran, normal həyat sürən qızlara cəmiyyətimiz "əxlaqsız" damğasını vursa da, Bakının göbəyində "hoqqa" verənləri normal qəbul edir. Ən maraqlı təzad və yanaşma da buradadır. Bu cəmiyyət niyə doğru qadını əskildib-alçaldır, digər qütbdə olanları isə alqışlayır? Mən hələ subay qızlara göstərilən basqı və təzyiqlərdən danışmıram. Çünki bu barədə çox yazmışam.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Aprel 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see284

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see277

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see273

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see264

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see261

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see261

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see257

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see253

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see250

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see250

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see239

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see237

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see229

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see210

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see208

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see198

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see195

Mehriban Əliyevanın təşəbbüsü yüzlərlə qadın həkimə stimul oldu Cərrah Səkinə Xudıyeva

04 Sentyabr 2026 16:47see193

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see189

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri