BMT sadəcə alqışladı
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və İran arasında atəşkəs elanını alqışlayıb və bütün tərəfləri beynəlxalq hüquqa və atəşkəsə riayət etməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bəyanat yayıb.
"Baş katib ABŞ və İran tərəfindən iki həftəlik atəşkəs elan edilməsini alqışlayır. O, Yaxın Şərqdəki mövcud münaqişənin bütün tərəflərini beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə və regionda davamlı və hərtərəfli sülhün yolunu açmaq üçün atəşkəsə riayət etməyə çağırır", - bəyanatda qeyd olunub.
Qlobal təşkilatın rəhbəri həmçinin atəşkəsin bərqərar edilməsində göstərdikləri köməyə görə Pakistana və digər vasitəçilərə minnətdarlığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 08 Aprel 2026 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















