Icma.az
close
up
RU
Sadəcə qoxlamaq bəs edir Yaddaşı bərpa edir

Sadəcə qoxlamaq bəs edir Yaddaşı bərpa edir

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tez-tez nəyisə unutduğunu deyənlər üçün təbiətin maraqlı bir həlli diqqət çəkir. Araşdırmalar göstərir ki, bəzi bitkilərin qoxusu belə beyin fəaliyyətinə təsir göstərə və yaddaşı gücləndirə bilər. Xüsusilə də rozmarinin qoxusu ilə bağlı nəticələr alimlərin diqqətini cəlb edib.
Demokrat.az-ın məlumatına görə Böyük Britaniyada fəaliyyət göstərən Northumbria University tədqiqatçıları tərəfindən aparılan eksperimentlərdə rozmarin yağının qoxusunun yaddaşa təsiri araşdırılıb. Təcrübə zamanı bir qrup iştirakçıya rozmarin qoxusu olan mühitdə yaddaş testləri verilib, digər qrup isə qoxusuz otaqda eyni tapşırıqları yerinə yetirib. Nəticələr göstərib ki, rozmarin qoxusu olan mühitdə olan iştirakçılar testlərdə xeyli daha yüksək nəticə göstəriblər. Araşdırma müəllifləri bunu bitkinin tərkibində olan 1,8-sineol adlı maddə ilə əlaqələndirirlər. Bildirilir ki, bu maddə qoxu yolu ilə orqanizmə daxil olaraq beynin yaddaşla bağlı mexanizmlərinə təsir göstərə bilər.
Rozmarinin təsiri təkcə yaddaşla məhdudlaşmır. Tədqiqatlar göstərir ki, bu qoxu diqqətin cəmlənməsinə və zehni fəaliyyətin sürətlənməsinə də kömək edə bilər. Buna görə də xüsusilə gərgin dərs və ya iş rejimində olan insanlar üçün bu bitkinin qoxusu müəyyən dərəcədə faydalı hesab olunur. Ekspertlər qeyd edir ki, süni ətirlərdən daha çox bitkinin təbii formasından istifadə etmək daha məqsədəuyğun sayılır.
Rozmarinin yaddaşla əlaqələndirilməsi yeni fikir deyil. Tarixi mənbələrdə göstərilir ki, qədim Yunanıstanda tələbələr imtahanlar zamanı zehinlərini ayıq saxlamaq üçün başlarına rozmarin budaqlarından hazırlanmış çələnglər taxırdılar. Bu ənənə ədəbiyyata da düşüb. William Shakespeare-in məşhur Hamlet əsərində “Budur rozmarin, xatırlamaq üçün” ifadəsi həmin inancın izlərindən sayılır.
Bu bitkidən istifadə etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Təzə rozmarin budağını qoxlamaq və ya bir neçə damcı təbii rozmarin yağını salfetə damladıb qoxusunu hiss etmək kifayət edir. Bəzi insanlar iş masasının üzərində rozmarin saxlamağın gün ərzində diqqəti toplamağa kömək etdiyini də deyir.
Tam təbii olan bu üsul gündəlik həyatda rast gəlinən unutqanlıq probleminə qarşı sadə vasitələrdən biri kimi göstərilir. Bununla belə, alimlər xatırladır ki, yaddaş problemləri davamlı olarsa, mütləq həkimlə məsləhətləşmək vacibdir.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Mart 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri