Sadələşmiş vergi dərəcəsinə yenidən baxılması təklif olunub
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sadələşmiş vergi dərəcəsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik olunması təklif edilib.
APA xəbər verir ki, belə təkliflər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deputat Azər Badamov çıxış edib.
Deputat bildirib ki, vergi ödəyicilərinin sadələşmiş vergi dərəcəsi ilə vergi ödəmək üçün 12 aylıq dövriyyənin yüksək həddi 2015-ci ildə 200 min manat müəyyən edilib: “Bu müddətin üzərindən 10 ildən çox vaxt keçib. Bu keçən zamanda bir necə dəfə devalvasiya baş verib. Eyni zamanda bu müddətdə inflyasiyaların nəzərə alınaraq sadələşmiş vergi dərəcəsi aid edilmək üçün dövriyyələrin 200 min manat həddinin artırılmasını təklif edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 27 May 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















