Sadiq Abbaslı bıçaqlandı (Foto)
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, Vətən müharibəsi qazisi Sadiq Abbaslı bıçaqlanıb.
İlkin məlumata görə, hadisəni onun həmyerlisi törədib. Hadisəyə səbəb onlar arasında baş verən mübahisə olub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qaziyə ilkin tibbi yardım göstərilib. Daha sonra onun müalicəsinin davam etdirilməsi üçün Bərdə Müalicə-Diaqnostika Mərkəzinə göndərildiyi bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin təfərrüatı araşdırmanın nəticəsindən asılı olaraq açıqlanacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:118
Bu xəbər 25 İyun 2026 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















