Icma.az
close
up
RU
Sadıq dayının sualı

Sadıq dayının sualı

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Qızmar yay günü idi. Dədəm biçənəyə ot biçməyə getmişdi. Axşamdan da mənə demişdi ki, “sabah, günorta saat birdən sonra, gedərsən poçta, Yuxarıbaşa aid olan qəzetləri və məktubları gətirərsən. Qorxma, poçtun rəisi Hidayətov Atadan icazə almışam, bir söz deyən deyil. Mən də poçtalyon dədəmin tapşırığını yerinə yetirmək üçün günorta saat birin yarısında evdən çıxıb  getdim poçta. Poçt idarəsi kəndin Aşağıbaş adlanan hissəsində yerləşirdi. Bizim evdən oraya Çala məhləsi tərəfdən kəsə yolla gedəndə təxminən 45 dəqiqəlik yoldur. Poçta çatanda gördüm ki, Yuxarıbaşlı İsgəndər dayı ilə Aralıqlı Sadıq dayı qəzetləri sahələr üzrə çeşidləyirlər. Qəzetləri çeşidləmək qəribə bir proses idi. Hansı sahəyə hansı qəzetdən, jurnaldan nə qədər düşürdüsə, sayıb bölürdülər. Məsələn, dədəmin xidmət etdiyi Dörüşdü-Cılğanacı sahəsinə 175 “Kommunist” qəzeti, 150 “Sovet kəndi”, 120 “Azərbaycan gəncləri”, 130 “İrəli” qəzeti verilirdi. Məktubları da o qayda üzrə çeşidləyirdilər. Bir azdan qəzetlər və məktublar yerbəyer edildi. Mən dədəmin sahəsinə aid olan qəzetləri iplə bağlayıb evdən gətirdiyim kisəyə qoydum. Qapıdan çıxanda İsgəndər dayı:

– İstəyirsən bir az burada gözlə, mənim Orta məhəllədə işim var. Onu həll edib gəlim, səni də motosikletlə aparım- dedi.

Mən təşəkkür etdim:

– Yox, İsgəndər dayı, siz narahat olmayın. Mən yavaş-yavaş piyada gedərəm. Yüküm  çox ağır deyil.

Qəzet dolu kisəni qoltuğuma vurub poçtxanadan çıxdım.  Kolxozun həyətində, Səlim dayının dəllək dükanının qabağında  dayanmış 5-6 nəfər nərd oynayanlara baxırdı. O adamların arasında məktəbimizin direktoru Soltanəhməd müəllimi də gördüm. Qəzet kisəsini belimə almağa utandığımdan onu qoltuğumda aparırdım. Amma kisə ağır olduğundan əlimin gücü çatmırdı onu sabit saxlamağa. Mümkün qədər cəld uzaqlaşmaq istəyirdim ki,  adamların gözündən uzaq yerdə kisəni belimə ala bilim. Birdən həyətdəkilərdən biri ucadan səsləndi:

– A bala, Siracın oğlu deyilsən?

Dönüb gördüm ki, məni səsləyən kənddə o zamanlar feldşer işləyən Qüdrət dayıdır.

– Bəli.

– Bura gəl, bura gəl.

Könülsüz-könülsüz onlara tərəf getdim. Yaxınlaşıb salam verdim. Soltanəhməd müəllim dəllək Səlim dayı ilə nərd oynayırdı. Qüdrət dayı eyni templə davam etdi:

– A bala, bayaqdan burada bir dəstə uşaq vardı. Bir sual verdim, heç kim cavab verə bilmədi, hamısı utandığından qaçıb getdi.

Maraqlandım:

– Qüdrət dayı, o nə sualdır ki, uşaqlar qaçıb gediblər?

Qüdrət dayı təhərini pozmadı:

– Vallah, düz sözümdür. Bax, agent Məhəmmədin oğlu Alik qaçdı, kitabxanaçı Məhəmmədin oğlu Şərəfəddin qaçdı, şofer Siracın oğlu Cəmil dedi ki, bizə hələ elə şey öyrətmirlər məktəbdə, Gülxarın oğlu Miri dedi ki, riyaziyyatın adını eşidəndə başım ağrıyır. Görüm indi sən nə bəhanə edəcəksən. Sən neçədə oxuyursan?

Asta səslə 7-ci sinifdə dedim.

Bu dəmdə Soltanəhməd müəllim şeş qoşa atıb oyunu uddu. Qalib gəldiyi üçün kefi kökəlmiş halda ucadan Qüdrət dayıya

– Bu uşaq sənin sualına cavab verə bilməsə, haram olsun dərslərdən aldığı qiymətlər- dedi.

Mən qəzet kisəsini yerə qoydum:

– Qüdrət dayı, sualınızı verin.

Qüdrət dayı başladı:

– Göydə bir dəstə qaz uçurdu. Yerdə durmuş bir qaz göydəki qazlara dedi: “Salam, ey yüz qaz!” Göydə uçan qaz dəstəsinin başçısı yerdəki qaza cavab verdi ki, biz yüz deyilik. Əgər bizim qədər, bizim yarımız qədər, yarımızın yarısı qədər və bir də sən gəlsən, onda biz yüz olarıq. İndi de görüm, göydə neçə qaz uçurdu?

Soltanəhməd müəllim də əlavə etdi:

– Ramazan, bu Qüdrətin sualına çoban yolu, tapmaca kimi cavab vermə. Elmi yolla cavab ver. Səhərdən məktəbə lağ edir. Ciddi ol, cavab verə bilməsən Siracın çörəyi gözlərini tutar.

Mən ciddiləşdim:

– Qüdrət dayı, sizin sualınızı iki cür həll edə bilərəm: həm adi kəsrlə, həm də onluq kəsrlə.

Qüdrət dayı səbrsizləndi:

– Hələ biri ilə həll elə, görüm.

Mən də yerə, tozun üstünə yazmaq üçün bir çöp götürüb “Baş üstə”, – dedim. Nərd oynayanlar da dayanıb məni dinləməyə başladılar.

Qüdrət dayı, göydə neçə qaz uçduğunu bilmədiyimiz üçün onların sayını məchul ədədi ifadə edən x ilə işarə edəcəyik. Onda belə tənlik qurarıq: x üstəgəl x üstəgəl x bölünsün iki, üstəgəl x bölünsün dörd, üstəgəl 1 bərabərdir 100. Müxtəlif məxrəcli kəsrləri toplama qaydasını tətbiq etsək, kəsrlərin hamısının ortaq məxrəci 4 olar. O zaman tənliyin surəti 4x üstəgəl 4x üstəgəl 2x üstəgəl x, məxrəci isə 4 olar. Başqa sözlə, 11x bölünsün 4 üstəgəl 1 bərabərdir 100 alarıq.

Məlum və məchulları tərəflərə ayırsaq, 11x bölünsün 4 bərabərdir 100 minus 1; buradan da 11x bölünsün 4 bərabərdir 99 alınar. Tənliyi kəsrdən qurtararıq  11x bərabərdir 99 vurulsun 4, o da bərabərdir 396 alarıq. Deməli, 11x bərabərdir 396. Buradan x bərabərdir 396 bölünsün 11. O da bərabər olur 36-ya. Məchul ədədin qiymətini tənlikdə yerinə yazsaq, 36 üstəgəl 36 üstəgəl 18 üstəgəl 9 üstəgəl 1 bərabərdir 100 alarıq. Deməli, göydə 36 qaz uçurmuş.

Qüdrət dayı heyrətini gizlətmədi:

-Vallah, sənə halaldır. Mən bu sualı qardaşım oğlu Vidadiyə də vermişdim, cavab verə bilməmişdi.

Soltanəhməd müəllim qürurlandı:

-Bizim orta məktəbin əlaçı şagirdlərinin üzünə bütün institutlar və universitet açıqdır.

 Mən qəzet kisəsini yerdən götürüb qoltuğuma vurdum və  kolxoz  həyətindən uzaqlaşdım. Çala tərəfə keçəndə qəzet kisəsini belimə aldım. İndi yerimək də, yükü aparmaq da mənim üçün xeyli asanlaşmışdı.

Kəndimizin Aralıq adlanan tərəfində  Sadıq adında  bir  baməzə kişi vardı. Dədəm kimi o da poçtalyon idi. Poçt şöbəsindən qəzetləri gətirməyə gedəndə   həmin Sadıq dayı da  mənə qəribə- qəribə  suallar verərdi:

2 səkkiz, 1 doqquz 25 neçə eliyər? ( başqa sözlə, 8+8+9=25 ); 1 kilo pambıq ağırdır, yoxsa 1 kilo qurğuşun?; Göydə uçan quşun harasından vursan qarnındakı balası ölməz?; Boğazına qədər  palçığa batmış iki buğanın  hansının erkək, hansının dişi olduğunu necə bilmək olar?  Elmin əsası nədir, elm nəyə bağlıdır?

Sadıq dayının  ilk suallarına dərhal cavab versəm də sonuncu sualına cavab tapa bilməmişdim: Elm oxumağa bağlıdır, kitaba bağlıdır, müəllimə, məktəbə, bir sözlə, ağlıma gələnləri söyləsəm də Sadıq dayı qətiyyən razılaşmamışdı:

-Yox, qardaş oğlu, hələ fikirləş. Özü də bu elə-belə sual döyül ha! Bakıya gedəndə mütləq ordakı müəllimlər səndən bu sualın cavabını soruşacaqlar. Elə ALLAHdan axtarırlar ki, sən deyəsən ki, elmin əsası oxumağa bağlıdır.  O dəqiqə səni imtaanda kəsəcəklər, sən də əli ətəyindən uzun qayıdacaqsan kəndə. Vayinkumat ( hərbi komissarlıq) sabahı gün göndərəcək pavıskanı ( hərbi çağırış bildirişini). Basacaqlar səni əsgərliyə, düz Kamçatkaya. Ondan sonra oxumağa  xudafis ( xudahafiz ). Düşəcəksən “istroybata” (“stroybat”-  hərbi inşaat batalyonuna). Orada da bilirsən necədi də? “Beri bolşe, kiday dalşe” ( Daha çox götür, daha uzağa at ). Siracın da ( yəni, dədəmin ), mənim kimi, pulu hardadır ki, səni aparsın qoysun bir fərri ( layiqli ) yerə. Hə, qardaş oğlu, nə qədər gec deyil, öyrən o sualın cavabın: elmin əsası nədir?

Sadıq dayı o qədər inandırıcı danışmışdı ki, fağır dədəm də inanmışdı ki, ali məktəbdə  veriləcək “elmin əsası nədir, elm nəyə bağlıdır?” sualının cavabını  tapmasam mən qətiyyən universitetə girə bilən deyiləm. Yazıq kişi günlər sonra  bir at minnətinə  Sadıq dayının saqqızını oğurlayıb axır ki, o  məşhur sualın cavabını  öyrənə bilmişdi. Bir gün gördüm ki, dədəm poçtdan çox sevincək gəlir. Elə bildim ki, dədəmin 30 qəpiyə  “şeytan ümidsiz olsun” düşüncəsi ilə aldığı uduş lotereyasına xoşbəxt  nömrə düşüb:

- Ay dədə, üzün gülür. Xeyir ola?

Dədəm sevincək cavab verdi:

- Sadıqdan öyrəndim sən bilməyən sualın cavabını.   Sən demə, “elmin əsası səbrə bağlıymış.” Sadıq dayın möhkəm-möhkəm tapşırdı ki, oğlun  qulağında sırğa eləsin bu sualın cavabını.

…Mən universitetə girəndə Sadıq dayı yeni bir əfsanə düzüb qoşmuş, bütün kənd camaatını da həmin əfsanəyə inandırmışdı:

- Siracın oğlu Bakıda imtahan verəndə oradakı müəllimlər hardan soruşublar, bu qarabala cavab verib; nəyi soruşublar, bilib. Lap axırda oranın “böögü” (böyüyü) Nəmənəcigov ( məchul familyalı şəxs) var ey, bax həmən o müəllim, deyib: - A bala, dayan ey bir. Səhərdən hüdülüyürsən, deynən görüm elmin əsası nədir, elmin başı nəyə bağlıdır? Siracın oğlu  o saat deyib ki, səbrə. O müəllim də qayıdıb ki, zalımın balası, anan namaz üstəymiş, sən keçdin, amma deynən görüm bu sualın cavabını sənə kim örgədib? (öyrədib) Bu sualı hələm-hələm uşaq bilməz. Neçələrinin anasını bu sualla mər-mər mələtmişəm, bu sən girən kol deyil, kim öyrədib səni? Uşaq da qayıdıb ki, Sadıq dayı. O Nəmənəcigov da soruşub ki, Sadıq “dayun haranın pirefessiridir” ( professoru ), nə sənətin sahibidir? Siracın oğlu da cuğab ( cavab )  verib ki, o da dədəm kimi  kənddə poçtalyondur. O böyük məllim də cavabında qayıdıb ki, sən bundan sonra otur, dur, o Sadıq dayuva ( dayına) dua elə.

Qohum-əqrəba məndən bu əhvalatı soruşanda  Sadıq dayını yalançı çıxarmağa insafım yol verməmişdi. Rəhmətlik dədəm də ölən gününə qədər Aralıqlı Sadıq kişinin uydurduğu həmin nağıla möhkəm inanmışdı. Yaşım irəlilədikcə  arabir mənə də elə gəlir ki,  deyəsən, elə, doğrudan da, Sadıq dayının “elm nəyə bağlıdır?” sualının cavabı sayəsində mən ali məktəbə girmişəm…

Ramazan SİRACOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Oktyabr 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see557

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see209

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see204

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see190

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see179

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see177

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see177

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see175

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see172

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see172

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see168

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see167

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see166

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see166

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see166

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see165

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see165

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see165

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see162

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri