Icma.az
close
up
RU
Sadiq və etibarlı enerji təchizatçısı

Sadiq və etibarlı enerji təchizatçısı

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın qaz nəql etdiyi ölkələrin sayı 16-ya çatır

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın uğurlu enerji siyasətinin dünya ölkələrinin yanacaq təminatında oynadığı rola diqqət çəkərək son illərdə həcm və coğrafiya baxımından qaz ixracımızın artdığını xatırlardı. Qeyd etdi ki, ölkəmiz indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz edir. “Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq. Ümumilikdə, 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il bizim ixracımız artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub”.

Azərbaycan qaz nəqlini həm istehsalın həcminin artması, həm də bərpaolunan enerjinin daxili yanacaq təchizatında rolunun artması sayəsində qaza qənaət edilməsi hesabına artırır. Bərpaolunan enerji ehtiyatlarının son 2 ildə 4 milyard KVs.ta çatdırılması yerli qaz istehlakında azalmanı təmin edir ki, əldə edilən qənaət hesabına xarici dövlətlərə nəql potensila böyüyür. Nəticədə, regionun ən nəhəng ixrac arteriyalarından biri olan Cənub Qaz Dəhlizi və TAP-ın nəqli coğrafiyası genişlənir.

TAP kəməri ilə Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

Azərbaycan təbii qazını Avropa bazarlarına çatdıran TAP boru kəməri ilə indiyə qədər 54 milyard kubmetrdən çox qaz nəql edilib. Kəmərin operatoru TAP AG şirkətinin məlumatına görə, tən ilin sonunda TAP ilə ticarət əməliyyatlarına başlanmasından 5 il ötüb. 2020-ci il dekabrın 31-də kommersiya qaz nəqlinə başlayan boru kəməri ötən müddət ərzində Avropanın enerji təhlükəsizliyini və davamlılığını dəstəkləyib. TAP kəməri sayəsində Azərbaycan Avropanın etibarlı təbii qaz təchizatçısı kimi öz mövqeyini gücləndirib. Boru kəməri Azərbaycanın avropalı tərəfdaşları üçün hər zaman “təhlükəsizlik yastığı” rolunu oynayır, kommersiya əməliyyatları ilə qitədə qaz bazarının likvidliyinin artmasına kömək edir. TAP Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi Avropa üçün strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya çatdırır. TAP Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır. Onun uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. Boru kəməri hazırda maksimum gücü ilə, yəni gündəlik 33 milyon kubmetr təbii qaz nəql edir. Bu, ildə orta hesabla təqribən 12 milyard kubmetr qaz deməkdir.

Azərbaycanın müəllifi olduğu qaz alyansına 14 ölkə qoşulub

Ötən 20 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilmiş respublikamız 2020-ci ilin dekabr ayının son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqına qaz bazarına daxil olub. 2021-ci ildə Azərbaycan Avropa regionuna 8 milyard kub.metr, 2022-ci ildə 11 milyard kubmetrdən çox qaz ixrac edib. 2023-cü ildə isə yanacaq nəqli 12 milyard kubmetr, 2024-cü ildə respublikamız xarici ölkələrə 25,2 milyard kubmetr həcmində qaz ixrac edib ki, onun 12,9 milyard kubmetri Avropa dövlətlərinin payına düşür.

Hazırda ölkəmiz Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna və Suriyaya qaz nəqlini təmin etməkdədir. Bu, ölkəmizin regionda və qlobal miqyasda etibarlı enerji ölkəsi kimi durmadan nüfuzu artdığını, ələxusus da qaz sahəsində yeni tərəfdaşların enerji ailəsinə daxil olduğunu təsdiqləyir.

Hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir ki, 10-u Avropa dövlətidir. Bu yüksək etimad və sadiq tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, respublikamısdan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və möhkəmləndirilməsində böyük dəyişiklik yaradır.

TAP kəmərinin ötürücülük gücü genişləndirilir

Mövcud proqnozlara görə, 2026-ci ildə ölkəmzin Avropa regionuna ixracı 15 milyard kubmetrə çata bilər. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu isə digər ölkələrə də qaz nəqlini təmin edə biləcək. “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na əsasən, 2027-ci illərdə ölkəmizin Avropaya qaz nəqli 20 milyard kubmetrədək artırılacaq. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artırmış olacaq və qaz təchizatının coğrafiyasının qarşıdakı illərdə daha da genişlənməsinə imkan verəcək. Növbəti illərdə Moldova, Avstriya, Moldovanın da qaz əldə etməsi planlaşdırılır.

Azərbaycanın qaz istehsalı həcmlərinin artması və yanacağa olan tələbatın yüksəlməsi Cənub Qaz Dəhlizinin ixrac infrastrukturunun da genişləndirilməsini labüd edir. Bu ehtiyaclar fonunda TAP kəmərinin ötürücülük potensialının genişləndirilməsi istiqamətində davamlı addımlar atılır.

“Şahdəniz”dən sonra “Abşeron” dövrü başlayır

Azərbaycanda qaz hasilatında əsas mənbə olan “Şahdəniz -2” layihəsi üzrə hasilat hər il artır və təkcə bu mənbədən hazırda illik 16 milyard kubmetr qaz istehsal edilir. “Şahdəniz”in əlavə ehtiyatlarından başqa Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqları, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatları, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl” və başqa strukturlar da ölkəmizin potensialının artmasında mühüm rol oynamaqdadır. Əsas perspektivli yataqlardan biri olan “Abşeron” yatağında da hasilatın həcmində əhəmiyyətli artımlar müşahidə edilməkdədir. 2024-cü ildə bu yataqdan 1,5 milyard kubmetrdən çox qaz hasil edilib ki, bu, əvvəlki illə nisbətdə 2 dəfəyə yaxın artım deməkdir. Yataqda 350-360 milyard kub.metr qaz ehtiyatları ehtimal edilir. Digər qiymətləndirmələr bu yatağın ehtiyatlarının 400 milyard kub.metrdən də çox olduğunu deməyə əsas verir. Bu isə təkcə, “Abşeron”un Aİ-yə ən azı 20-25 qaz nəqlində perspektiv mənbə olacağını təsdiqləyir. Yeri gəlmişkən, dünyanın ən nüfuzlu iqtisadi institutlarından biri olan “Fitch Ratings” bir müddət əvvək açıqladığı hesabatda “Abşeron” qaz-kondensat yatağının “Şahdəniz-2”dən sonra Azərbaycanın ən böyük qaz mədəni olduğunu bildirib.

Digər türk dövlətlərinin TAP-a qoşulmaıs reallaşır

Avropa İttifaqı Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulmasnı və bununla Xəzər mənbəyindən Avropaya illik 100 milyard kubmetrə yaxın qaz nəqlinin əldə olunmasına çalışır. Aİ Mərkəzi Asiya-Xəzər regionlarından çoxşaxəli qaz nəqli tranziti şəbəkəsi yaratmaq niyyətindədir. Mərkəzi Asiyanın ehtiyatlarının Avropa bazarına çatdırılması istisna deyil. Türkmənistan qazının Avropaya nəqli üçün Azərbaycanın müəllifi olduğu TAP kəməri və Cənubi Qaz Dəhlizi maşrutu mövcuddur və işləkdir. Qalır türkmən qazını bu dəhlizə cəlb edərək Avropaya çatdırmaq. Bunun üçün hüquqi mexanizm və beynəlxaql sazişlər olmalıdır. Artıq bu istiqamətdə də hüquqi-iqtisadi təminatlar yaradılır və bu beynəlxalq öhdəliyi isə ilk növbədə Azərbaycan və Türkiyə öz üzərinə götürüb. Ötən ay Bakıda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə tədarükü ilə bağlı əldə olunmuş razılaşmaya əsasən, Türkmənistan qazı Bakı-Tbilisi-Ərzurum-TANAP- vasitəsilə nəql olunacaq, gələcəkdə isə TAP-la Avropaya ixracı nəzədə tutulur.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Yanvar 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Ermənistanı Rusiyanın siyasi orbitindən tamamilə çıxarmağa çalışır

25 May 2026 17:14see357

May ayının sonuna qədər sərvət qazanacaq BÜRCLƏR

25 May 2026 00:04see208

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see201

Dəmir Yolları əhaliyə xidmət göstərir, ya imtiyazdan istifadə edir? KONKRET

25 May 2026 13:29see185

Barselona onun üçün 60 milyon avro ödəyəcək?

25 May 2026 00:28see182

Millinin sabiq futbolçusu narkotik alverinə görə həbs olundu

25 May 2026 02:08see175

Tramp: İranla bağlı razılaşma hələ yekunlaşmayıb

25 May 2026 01:18see173

Mourinyo Real da ildə 6 milyon avro qazanacaq İDDİA

25 May 2026 04:06see171

“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

26 May 2026 00:47see164

Braziliya prezidenti radioterapiya kursuna başladı

25 May 2026 23:41see164

Yastığın yuxuya təsiri

26 May 2026 00:12see163

İyunda bu bürclərin yeni şansları olacaq

25 May 2026 08:20see159

Real ın ulduzu hamını geridə qoydu

25 May 2026 02:20see157

Nigeriya ordusu 92 girovu azad etdi

25 May 2026 01:41see157

Kür məcrasından çıxır Təhlükəli anlar+Video

25 May 2026 00:07see157

Bakı sakini: Əminəm ki, gələcəkdə ölkəmiz təbii qazla yanaşı dünya bazarına alternativ enerji də ixrac edəcək

25 May 2026 18:28see155

İngiltərə Premyer Liqasında 2025/26 mövsümü başa çatdı

25 May 2026 00:57see153

Real Holannla bağlı planlar qurur

26 May 2026 04:15see150

Tramp razılaşdıq deyir, Tehran isə ... Açıqlamalar

25 May 2026 14:33see147

“Molla Nəsrəddin” jurnalının irsi Ürəklərinin qanı ilə yazılan sözün 120 illik məktəbi FOTO

25 May 2026 14:28see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri