Icma.az
close
up
RU
Sadıqov: “Hakimin final fitinə qədər mübarizə aparmalıyıq“

Sadıqov: “Hakimin final fitinə qədər mübarizə aparmalıyıq“

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXVI turunda “Zirə” – “Səbail” (1:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Olduqca stresli və emosional oyun alındı. Öncə Cavid Hüseynovu təbrik edirəm. Yaxşı işlər görür. Əzmkar komanda formalaşdırıb. Oyun başlayandan etibarən hücuma atıldıq. Amma cəhdlərimiz uğursuz alınırdı. İkinci hissədə də böyük qüvvəylə irəli atıldıq. Son dəqiqədə də olsa şükürlər olsun ki, qolu vurub 3 xalı qazana bildik. Sevindiyim məqam odur ki, qol cəhdlərimiz boşa getdikdə belə oyunçularım ruhdan düşmürdülər.

– Bu mövsüm bəlkə də ən çox qol epizodlarını bu matçda yaratdız. Qapıya doğru gedən 20 zərbədən birinin son dəqiqədə qol olması bəxtdir yoxsa şanssızlıq?
– Bu tip oyunlarda nadir hallarda qələbə qazanırsan. Bir tərəfdən də özümü buna hazırlamışdım. Qol vurmasaq belə futbolçularımı təbrik edəcəkdim. Çox saylı hücumlarımız oldu. Dirəkdən toplarımız döndü. Son hücumda qol vurmağımız isə drammatik alındı. Düşünürəm ki, buradan nəticə çıxartmalıyıq. Hakimin final fitinə qədər mübarizə aparmalıyıq. Düzgün təhlil etsək, komandamız bir az da böyüməlidir.

– Yeni transferiniz haqda nə deyə bilərsiz?
– Qimanı 4 il yarımdır ki, tanıyıram. Hətta mən “Zirə”yə ilk gələndə o, “Qəbələ”də idi. Danışıqlar apardıq, lakin keçid baş tutmadı. Mütəmadi olaraq əlaqə saxlayırdıq. Yayda da müəyyən danışıqlarımız olub. Hazır deyil. 2 ay kollektiv məşqlərdən kənar qalıb. Özünə gəlməsi üçün ay və ya ay yarım vaxt çəkəcək. Bu növbəti mövsüm üçün edilən transferdir.

– Son saniyədə Məqsəd İsayevə cərimə meydançasına daxil olmaq göstərişi verdiz. Qolun gələcəyini hiss etdiz?

– Məqsəd dönən toplara cavabdeh idi. Hakim də futbolçulara göstərdi ki, son hücumdur, kornerdən sonra matç bitəcək. Ona görə Məqsədə bildirdim ki, hakim işarə verib, oyun bitir, cərimə meydançasına daxil ol. Uğurlu alındı. Qolu da futbolçularım vurub, pay sahibi onlardı.

– Son saniyədə gələn qol futbol tanrısının sizə hədiyyəsi idi?

– Allah birdir, təkdir. Futbol tanrısı, basketbol tanrısı deyə, bir şey yoxdur. Allah sonda bizə kömək oldu. Onun köməyi olmadan uğur əldə edə bilmərik.

– Adətən qələbəni futbolçular qazanır, məğlubiyyət isə baş məşqçinin olur. Niyə?

– Vəziyyətə, duruma görə ola bilər ki, fikirlərimiz dəyişsin. Bir yerdə uduzub, bir yerdə qazanmışıq. 4 il yarımdır buradayam, həmişə belə olub.

Mirkamal Kazım

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 Mart 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri