Icma.az
close
up
RU
Sadır Japarov Çingiz Aytmatovun 100 illik yubileyi ilə bağlı fərman imzalayıb

Sadır Japarov Çingiz Aytmatovun 100 illik yubileyi ilə bağlı fərman imzalayıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 oktyabr, AZƏRTAC

Qırğızıstan Prezidenti Sadır Japarov görkəmli yazıçı Çingiz Aytmatovun 100 illik yubileyinə hazırlıq və 2028-ci ilin “Çingiz Aytmatov İli” elan edilməsi ilə bağlı fərman imzalayıb.

AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, sənədə əsasən, Qırğızıstan Nazirlər Kabinetinə bu ilin sonunadək dövlət orqanlarının, elmi ictimaiyyətin, yaradıcı birliklərin, vətəndaş cəmiyyətinin, xarici mədəniyyət xadimlərinin, beynəlxalq təşkilatların iştirakı ilə Təşkilat Komitəsinin yaradılması tapşırılıb.

Prezident 2026-cı ilin birinci rübünün sonuna qədər böyük ədibin 100 illik yubileyinə həsr olunmuş müfəssəl tədbirlər planının təsdiq edilməsi tapşırığını verib. Plana Şəkər kəndindəki “Çingiz Ordo” Memorial Muzey Kompleksinin adının dəyişdirilərək “Aytmatov aləmi” adlandırılması və tikintisinin başa çatdırılması, muzey infrastrukturunun beynəlxalq mədəni turizm standartlarına uyğunlaşdırılması, xaricdə beynəlxalq sərgilərin, konfransların və mədəni tədbirlərin təşkili, UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində yubiley tədbirlərinin keçirilməsi daxildir.

Bununla yanaşı, ədəbiyyat, fəlsəfə, diplomatiya və humanizm sahələrində görkəmli nailiyyətlərə görə Çingiz Aytmatov Beynəlxalq Mükafatının təsis edilməsi, görkəmli yazıçının əsərlərinin akademik toplusunun dövlət, rəsmi və digər dillərdə nəşri, onun həyat və yaradıcılığından bəhs edən bədii və sənədli filmlərin yaradılması, mədəni-maarif tədbirlərinin keçirilməsi, küçələrə, məktəblərə, kitabxanalara və digər obyektlərə Aytmatovun adının verilməsi, “Tarixi hadisələr” seriyasından 100 som nominalında “Çınqız Aytmatovun 100 illiyi” kolleksiya qızıl sikkəsinin buraxılması da nəzərdə tutulur.

Tədbirlərin maliyyələşdirilməsi həm respublika büdcəsi, həm də büdcədənkənar və beynəlxalq mənbələr hesabına həyata keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see248

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see201

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see160

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see141

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see139

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see136

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see134

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see130

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see129

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see129

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see127

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see125

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see124

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see122

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see119

Axios: Tramp məsləhətçilərinə Maduro ilə şəxsən danışmaq istədiyini deyi

25 Noyabr 2025 04:00see118

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri