Paşinyan:Azərbaycanla Gürcüstanın dostluq modelindən ruhlanırıq
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İrəvan Azərbaycan və Gürcüstan arasında dostluq münasibətləri modelindən ruhlanır və bu təcrübəni Bakı ilə münasibətlərin normallaşdırılması prosesində tətbiq etməyə çalışır.
Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən İpək Yolu Forumunda çıxışı zamanı bildirib.
“Biz Azərbaycanla Gürcüstan arasında dostluq münasibətlərini gördük və bunu Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına köçürdük. Tarix göstərir ki, biz bir-birimizlə döyüşəndə bu, ancaq itki və zərər gətirir”.
"Biz fürsətlərdən istifadə etməyə başladıq. Bizim regiona daha geniş baxışımız var; daha geniş üfüq açılıb", - Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, “cəmi bir il əvvəl Ermənistanın baş nazirinin Azərbaycan prezidentinə və baş nazirinə təşəkkür edəcəyini təsəvvür etmək çətin olardı”.


