Sağ qalan 12 sərnişin Aktauda xəstəxanaya yerləşdirildi Qazaxıstan Səhiyyə Nazirliyi
Qəza yerindən 12 nəfər xəstəxanaya yerləşdirilib.
Sfera.az bildirir ki, bu barədə Manqistau vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Qazaxıstanın Aktau şəhərində təyyarənin qəzaya uğradığı ərazidən biri uşaq olmaqla 12 nəfər xəstəxanaya yerləşdirilib. Müxtəlif xəsarətlərlə 12 nəfər Aktaudakı Manqistau regional xəstəxanasına çatdırılıb. Ölən sərnişinlərdən biri uşaqdır”, - Səhiyyə Nazirliyi qeyd edib.
Qeyd edək ki, dekabrın 25-i günorta saatlarında Bakıdan Qroznıya uçan “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
Günay
Baxış sayı:18
Mənbə:https://sfera.az