Icma.az
close
up
RU
Şagirdlər niyə təhsilini davam etdirmək istəmir? Səbəblər, problemlər, hüquqsuz müəllimlər…

Şagirdlər niyə təhsilini davam etdirmək istəmir? Səbəblər, problemlər, hüquqsuz müəllimlər…

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə hər il 9-cu sinifdən kifayət qədər şagirdin təhsilini sona qədər davam etdirmək istəmədiyini və təhsilini bitirmədən əmək bazarına atıldığını deyib.

Karyera İnkişaf Forumunda Məleykə Abbaszadə çıxışı zamanı danışarkən onu da əlavə edib ki, bu şagirdlərin sayının azaldılmasına səy göstərilir.

O, bildirib ki, mərkəzin saytında xüsusi testlər hazırlanıb və bu testlərin nəticələrinə uyğun olaraq proqram şagirdə öz əmək sahəsini müəyyənləşdirməyə kömək edir və testlər mütəxəssislər tərəfindən elmi əsaslara uyğun hazırlanıb.

Məleykə Abbaszadənin sözlərinə görə, yeniyetmələr və onların valideynləri ixtisas seçimi zamanı əmək bazarında olan tələbatı, gələcəkyönümlü peşələri nəzərə almırlar.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı hesab edir ki, bu fikirlər formaldır və heç bir rol oynamır.

Onun sözlərinə görə, əksəriyyət öz ixtisasına uyğun gəlməyən sahələrdə işləyir: “Kim harada gəldi nə iş tapırsa, orada işləyir, hansısa kursun təlimlərində və ya praktikada öyrənir. Bizdə əmək bazarı deyilən bir şey yoxdur. Ali məktəblər bir tərəfdən 100 minlərlə insanı əmək bazarına buraxır və heç birinə də iş olmur. Yəni belə hoqqabazlıqlardansa, yaxşı olar ki, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi kimi qurumlar məktəblərdə yüksək səviyyədə təhsil təşkil etsinlər.

İmtahanların keyfiyyətli, şəffaf keçirilməsini, həmçinin şagirdlərin psixometrik yox, psixoloji müayinəsini təşkil etsinlər, çünki bu gün məktəblər biabırçı vəziyyətdədir. Özbaşınalıq, psixoloji problemli şagirdlər, kriminal hərəkətlər baş alıb gedir. Bu kimi ciddi məsələlər həllini tapmalıdır. Məktəblərdən alınan tərbiyə funksiyası, müəllimlərin tapdalanmış hüquqları bərpa olunmalıdır.

Bu gün məktəblərdə təhsilin keyfiyyətsizliyi ilə bərabər tərbiyə də aşağı vəziyyətdədir. Çox təəssüf ki, məktəblərdə uşaqlar özbaşına buraxılıb.

Təhsilin keyfiyyətində fundamental dəyişiklik olmalıdır, təhsil yükü mümkün qədər azaldılmalı və konkret təyinat üzrə yönəldilməlidir. Bu gün yuxarı siniflərdə ümumiyyətlə dərslər keçirilmir. Bütün bunlar təmin olunsa, bu kimi testlərə, planlara heç ehtiyac qalmaz”.

Sosioloqun fikrincə, son dövrlər aparılan bütün proseslər formaldır və heç bir mahiyyət daşımır.

“Ortada heç bir məzmundan söhbət belə getmir. Bir çox məktəblərin adi şəraitləri belə yoxdur. Bu yaxınlarda Tovuz rayonunun kəndlərindən birində baş vermiş hadisə bir daha buna sübutdur. Xarabalıq şəraitindəki bir məktəb qədimdən qalma soba ilə qızdırılır. 60-a yaxın uşaq tüstüdən zəhərlənib, xoşbəxtlikdən kütləvi ölüm hadisəsi baş verməyib. Bu kimi məsələlərə kompleks şəkildə yanaşılmalı, ciddi lahiyələr həyata keçirilməlidir.

Əsas olaraq məktəblər normal tədris ilə, daha sonra maddi-texniki baza, vəsait, avadanlıqlar və müxtəlif laboratoriyalar ilə təmin olunmalıdır. Necə ki, bütün bunlar SSRİ zamanında var idi. Məktəblərdə fizika, kimiya, biologiya kabinetləri, bir çox avadanlıqlar var idi. Bunların hamısı məhv olub gedib.

Uşaqların psixi və fiziki sağlamlıqları təmin edilməlidir. Təhsildən də vacib tərbiyədir, əvvəl insan yetişdirmək lazımdır. Məktəblərdə ciddi nizam-intizam qaydalarını tətbiq edilməlik, təhsilin keyfiyyəti artırılmalı, müəllimlər öz ixtisasları üzrə düzgün formalaşdırılmalıdır”, – deyə o əlavə edib.

E.Bayramlı qeyd edib ki, məktəblərdə yuxarı siniflər təmayül sistemi ilə davam etsə, o zaman şagirdlər öz istedadlarının hansı sahəyə uyğun olduğunu görə biləcək və bu da onların həmin sahələri əvvəlcədən seçib orada irəliləyiş etməsinə, həmçinin rahat şəkildə ixtisas seçimində də kömək edəcək: “Əmək bazarını təhsilə aid etməyən sosioloq bu məsələni iqtisadi və sosial problem kimi görür: “Ölkənin əmək bazarında məşğulluq məsələləri, iqtisadi aktivlik hansı səviyyədədirsə, o dərəcədə də işçi, mütəxəssis ehtiyacı olacaq. Deyək ki, deyilən məsələlər düzgün şəkildə yönəldildi, 20 min nəfər mütəxəssis buraxıldı. Bazarda isə 200 nəfərə ehtiyac var. Bəs digərləri nə etməlidir?

Bu məsələlər bir-biri ilə bağlı ola bilər. Ancaq ilk növbədə qeyd etdiyim əsas və daha ciddi məsələlərə üstünlük verilməlidir.

Hansısa müxtəlif eksperimentlər bir o qədər ciddi nəticə vermir və Azərbaycan psixologiyasında, xüsusilə ölkənin real şəraitindəki mühitdə belə şeylər yaramır. Hər şey bazara uyğun, reallığa uyğun, özü avtomatik tənzimlənir”.

Sosioloq onu da vurğulayıb ki, insanların hansı sahəyə ehtiyacı varsa onlar bunu bilirlər, araşdırırlar və valideynlər də o sahədə uşaqlarının təhsilinə kömək edirlər.

“Bundan sonra da əmək bazarında həmin sahələr üzrə iş tapa bilənlər işləyir, tapa bilməyənlər isə istənilən bir sahədə birtəhər işləyir. Yəni, real vəziyyət budur. Bu baxımdan, bu məsələlərdən mən heç bir müsbət hal gözləmirəm”, – deyə sosioloq fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri