Şagirdlərin 45 faizi kitablar çatışmayan məktəblərdə oxuyur
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda şagirdlərin təxminən yarısı dərslik, informasiya texnologiyaları avadanlığı, kitabxana və laboratoriya materiallarının çatışmadığı məktəblərdə təhsil alır.
Gununsesi.info xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) PISA 2025 tədqiqatının Azərbaycan üzrə nəticələrində bildirilib.
Məktəb direktorlarının cavablarına əsasən, ölkədə 15 yaşlı şagirdlərin 45 faizi tədris materiallarının çatışmazlığının təlim prosesinə müəyyən dərəcədə mane olduğu məktəblərdə oxuyur.
Söhbət dərsliklər, kompüter və digər informasiya texnologiyaları avadanlığı, kitabxana resursları və laboratoriya materiallarının çatışmazlığından gedir.
Şagirdlərin 41 faizi isə fiziki infrastrukturun yetərsiz olduğu məktəblərdə təhsil alır. Buraya məktəb binaları və əraziləri, isitmə-soyutma sistemləri, işıqlandırma və akustik şəraitlə bağlı çatışmazlıqlar daxildir.
Müəllim çatışmazlığı göstəricisi isə Azərbaycanda OECD ortalamasından aşağıdır. Şagirdlərin 23 faizi müəllim çatışmazlığının tədrisə mane olduğu məktəblərdə oxuyur. OECD ölkələrində orta göstərici 39 faizdir.
Köməkçi heyət çatışmazlığının tədrisə təsir göstərdiyi məktəblərdə oxuyan şagirdlərin payı Azərbaycanda 26, OECD ölkələrində isə orta hesabla 39 faiz təşkil edir.
Beləliklə, PISA nəticələri Azərbaycanda kadr çatışmazlığından daha çox tədris materialları və məktəb infrastrukturunun problem yaratdığını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 08 Sentyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















