Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

Məktəblərdə şagirdlərin hüquqları belə pozulur

Məktəblərdə şagirdlərin hüquqları belə pozulur

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məktəblərdə şagirdlərin psixoloji sağlamlığı, tədrislə yanaşı diqqət yetirilməli olan ən vacib məsələlərdəndir. 

Təhsildən yayınma, davranış pozuntuları, zorakılıq kimi hallar məktəblərdə psixoloqların rolunu daha da artırır. Lakin bəzi təhsil müəssisələrində psixoloq ştatı açıq görünsə də, orada çalışan real mütəxxəsislər olmur, nəticədə məktəb daxilində ciddi boşluqlar özünü göstərir. Bəs məktəblərdə psixoloq çatışmazlığının əsas səbəbi nələrdi? 

“Cebheinfo.az” – a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəblərdə psixoloq çatışmazlığı təhsildə psixoloji xidmətin zəif qurulmasından irəli gəlir: 

“Məktəblərdə psixoloq çatışmazlığı təhsilin keyfiyyətinə, şagirdlərin emosional rifahına, müəllim-valideyn münasibətlərinə və ümumi təhsil mühitinə birbaşa təsir edən ciddi struktur problemdir. Bu çatışmazlıq təkcə kadr məsələsi ilə izah olunmur, həm də dövlət siyasətində psixoloji xidmətin dəyərinin yetərincə qiymətləndirilməməsi, hüquqi-normativ boşluqlar, maarifləndirmənin zəifliyi və idarəetmədə prioritetləşməməsi ilə bağlıdır. 

İxtisaslı psixoloqların məktəblərdə işləmək istəməməsi, mövcud ştat yerlərinin uzun müddət boş qalması və bəzən ştat mövcud olsa belə, real psixoloqun işləməməsi təhsildə psixoloji xidmətin ya formalaşmadığını, ya da süni şəkildə formalaşdırıldığını göstərir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 32.1.5-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinə dəstək məqsədilə psixoloji xidmət həyata keçirilməlidir. 

Həmin xidmətin əsas funksiyaları şagirdlərin sosial-emosional inkişafını izləmək, onlarda davranış pozuntularının qarşısını almaq, müəllim və valideynlərlə əməkdaşlıq qurmaq və məktəbdaxili təhlükəsizliyi psixoloji müstəvidə təmin etməkdir. Lakin faktiki vəziyyət göstərir ki, bu xidmət ya formal xarakter daşıyır, ya da ümumiyyətlə, mövcud deyil. 

2024-cü ilin rəsmi statistik məlumatlarına görə, ölkə üzrə 4400-dən artıq məktəbdən yalnız 2800-də psixoloq ştatı mövcuddur. Bu ştatların isə 18 faizinə yaxın hissəsi vakantdır. Həmçinin təyin olunmuş psixoloqların 30 faizindən çoxu ixtisas üzrə ali təhsilə malik deyil, çox zaman texniki və ya digər ixtisaslı şəxslərin adına rəsmiləşdirilir. 

Bəzi məktəblərdə isə psixoloq vəzifəsi mövcud olsa da, həmin ştat “ştat saxlamaq” naminə göstərilir, əslində isə ya həmin işçi heç fəaliyyət göstərmir, ya da məktəbin digər iş yükünü daşıyır. Bu, qanunvericiliyin kobud şəkildə pozulması və eyni zamanda, şagirdin hüquqlarının pozulması deməkdir”. 

Onun sözlərinə görə, məktəblərdə psixoloq çatışmazlığının əsas səbəblərindən biri də aşağı maaş məsələsidir: “Əsas səbəblərdən biri məktəb psixologiyası üzrə ixtisaslaşmış kadrların çatışmazlığı və bu sahəyə marağın zəifliyidir. Hal-hazırda ölkədə psixologiya üzrə məzun olan gənclərin böyük əksəriyyəti məktəblərdə işləmək istəmirlər. 

Səbəblər sırasında maaşın azlığı, əmək şəraitinin ağır və funksional dəstəyin olmaması, psixoloji yükün yüksək, lakin nəticələrin qiymətləndirilməsinin olmaması və məktəb rəhbərləri tərəfindən bu xidmətin ciddiyə alınmaması xüsusi yer tutur. Orta hesabla məktəb psixoloqu 500-600 manat maaş alır ki, bu da peşəkar ixtisas sahibi üçün cəlbedici deyil. İş şəraiti də psixoloqun effektiv fəaliyyət göstərməsi üçün uyğun deyil. Çox zaman ayrıca otaq verilmir, məxfi danışıqlar üçün şərait yoxdur, maddi-texniki baza yetərsizdir. 

Bundan başqa, psixoloji xidmətin fəaliyyət standartları, peşə etikası, hesabatlılıq və monitorinq mexanizmləri mövcud deyil. Nə Elm və Təhsil Nazirliyi, nə də digər aidiyyəti qurumlar məktəb psixoloqlarının fəaliyyətini sistemli şəkildə qiymətləndirmir, illik hesabatlar yayımlamır, inkişaf planı təqdim etmir. 

Nəticədə bu sahə nəzarətsiz və funksiyasız vəziyyətə düşür. Halbuki məktəb psixologiyası elə bir sahədir ki, onun təsiri dərhal yox, uzunmüddətli formada özünü göstərir. Ona görə də bu xidmət sistemli şəkildə planlaşdırılmalı, izlənməli və dəstəklənməlidir. 

Dünya təcrübəsində məktəb psixoloqu olmadan təhsil müəssisəsinin fəaliyyəti mümkün deyil. Məsələn, Finlandiyada hər 250 şagirdə bir psixoloq düşür və onun fəaliyyəti illik peşəkar hesabatla dəyərləndirilir. ABŞ-də məktəb psixoloqları federasiyası fəaliyyət göstərir və onların peşəkar inkişafı üçün dövlət tərəfindən ayrıca maliyyələşdirilən proqramlar mövcuddur. 

Almaniyada məktəb psixoloqları yalnız xüsusi təlim keçmiş, sertifikatlı şəxslər olur və onlar pedaqoji kollektivin bir hissəsi hesab olunur. Bu ölkələrdə psixoloji xidmətin olmaması, yaxud keyfiyyətsiz olması təhsil müəssisəsinin fəaliyyətinə birbaşa hüquqi və maliyyə sanksiyaları ilə nəticələnir. Azərbaycanda isə bu sahədə nə nəzarət, nə strateji sənəd, nə də məsuliyyət mexanizmi var”. 

K.Əsədov qeyd edib ki, məktəblərdə psixoloq yalnız statistik rəqəmlər deyil, real ehtiyac kimi qəbul edilməli və sistemi islahatlarla dəstəklənməlidir: 

“Müsbət tərəf odur ki, son illər bəzi pilot layihələr çərçivəsində məktəblərdə psixoloji maarifləndirmə proqramları həyata keçirilir. Psixoloq ixtisası üzrə kadr hazırlığı genişlənib, universitetlərdə bu ixtisasa maraq artıb. Lakin bu müsbət dəyişikliklər real məktəb mühitinə inteqrasiya olunmur və sadəcə statistik səviyyədə qalır. Elm və Təhsil Nazirliyi bu müsbət dinamikanı sistemli dəyişikliyə çevirə bilmir, çünki nə konkret planı, nə icra mexanizmi, nə də proqnozlaşdırma alətləri var.

Məktəb psixoloqlarının ştat vahidlərinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması, psixoloji xidmətin normativ hüquqi bazasının yaradılması və bu sahəyə ictimai diqqətin artırılması vacibdir. 

Direktorlar psixoloqun fəaliyyətini inzibati mexanizm kimi yox, təhsil prosesinin ayrılmaz və bərabərhüquqlu iştirakçısı kimi qəbul etməlidir. Həmçinin valideynlər və müəllimlər üçün psixoloji maarifləndirmə proqramları hazırlanmalı, şagirdlərin psixoloji sağlamlığı ilə bağlı sistemli məlumat bazası formalaşdırılmalıdır. 

Əgər bu istiqamətdə ciddi islahatlar həyata keçirilməzsə, məktəblərdə zorakılıq halları artacaq, şagirdlərin davranış pozuntuları və psixoloji gərginlikləri dərinləşəcək, müəllim-şagird-valideyn münasibətləri zədələnəcək və təhsil təkcə akademik deyil, sosial baxımdan da böhrana uğrayacaq. Təhsil sistemi yalnız bilik ötürən yox, insan formalaşdıran institut olmalıdır. Bunun üçün isə məktəbdə psixoloq lüks yox, zərurət hesab edilməlidir. 

Elm və Təhsil Nazirliyi bu istiqamətdə indiyədək sistemli iş görməyib, marifləndirmə aparmayıb, məsələni prioritetləşdirməyib. Əgər vəziyyət dəyişməzsə, psixoloqsuz məktəb psixoloji risklər daşıyan cəmiyyət demək olacaq”. 

Gülər 
“Cebheinfo”

 

Açar sözlər: məktəb şagirdlər hüquq Kamran Əsədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyul 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri