Icma.az
close
up
RU
Şagirdlərin ağır dərs yükü, gələcəyi məhv edən məktəbli çantaları CİDDİ TƏHLÜKƏ

Şagirdlərin ağır dərs yükü, gələcəyi məhv edən məktəbli çantaları CİDDİ TƏHLÜKƏ

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əvvəlcə bir böyük problem – ağır məktəbli çantaları

Hər il bir neçə dəfə şagirdlərin gərgin  dərs yükü, ağır məktəbli çantaları ilə bağlı mövzular media tərəfindən gündəmə gətirilsə də, ictimaiyyət arasında, sosial şəbəkə seqmentində geniş müzakirəyə çıxarılsa da, sonradan heç yox imiş kimi həllini tapmadan unudulur. 

Dünya üzrə məktəbli çantalarının ağırlığı və şagird çəkisinə nisbəti ilə bağlı ümumi standartlar var. Doğrudur, bu bəzi ölkələrdə dəyişir, amma ümumi standart 10 faizdir: yəni, məktəbli çantasının ağırlığı şagird çəkisinin maksimum 10 faizi qədərində olmalıdır. Şagirdin daşıdığı çanta onun öz  çəkisinin 10 faizini keçməməlidir. Əks təqdirdə, izafi ağırlıq onda  müəyyən  fizioloji problemlərə, onurğa əyriliyinə, ümumiyyətlə qan dövranının qeyri-düzgün fəaliyyətinə gətirib çıxara bilər. Doğrudur, bu, məsələnin tibbi tərəfidir. Təhsil yönü ilə bağlı danışdıqda  müəyyən detalları deyə bilərik. 

Məsələn, bilirik ki, fiziologiyasında müəyyən problem yaranan şəxs həm zehni, həm də psixoloji cəhətdən gec toparlana bilir, onda adaptasiya zəifləyir. Bu, hamının bildiyi qanunauyğunluqdur. Təsəvvür edin, şagird öz çəkisinin qədərində məktəbli çantası ilə bağlı limiti aşır və bu hər gün, hər gün davam edir. Onda ümumiyyətlə yorulma, müəyyən bir demotivasiya amilləri təbii ki, meydana çıxacaqdır. 

Əsas səbəb- ağır dərs yükü

Burada isə  çox ciddi sual  meydana çıxır: Məktəbli çantaları niyə ağırdır? Hər halda valideyn uşağının yükünü ağırlaşdırmaq üçün çantaya ağır əşya,  yemək və. s. qoyası deyil. Mütəxəssislər qeyd edir ki, məktəbli çantaları çox da yüksək ağırlıqlı parçalardan istehsal olunmur.  Məktəbli çantalarını ağırlaşdıran əsas səbəb təbii ki, şagirdlərin həddindən artıq yüklənməsi, ağır dərs yükü ilə baş-başa buraxılmalarıdır. 

Məktəbli çantası ağırdırsa, bu, avtomatik olaraq dərs yükünün ağırlığının göstəricisidir. Məsələnin bir də bu tərəfi var. Həm çantanın öz ağırlığının fizioloji tərəfləri var, həm də çanta ağırlığının göstəricisi olan dərs yükü çoxluğunun da özünün tamam ayrı problemləri var. Elə isə, şagirdlərin ağır dərs yükü ilə bağlı bəzi vacib detallara toxunaq:

Ümumiyyətlə rəsmi pedaqoji qaydalara, təhsil qanunvericiliyinə əsasən, şagirdlərin dərs yükü 5 günlük iş həftəsi üzrə fəaliyyət göstərən məktəblərdə: 1-ci siniflər üçün 20 saat; 2-4-cü siniflər üçün 21 saat; 5-ci siniflər üçün 28 saat; 6-cı sinif üçün 29 saat; 7-ci sinif üçün 31 saat; 8-9-cu siniflər üçün 32 saat; 10-11-ci siniflər üçün 33 saat kimi nəzərdə tutulub. Buradakı rəqəmlər dünya ölkələri ilə müqayisədə o qədər də fərqlənmir. Deyə bilmərik ki, bizdə həftəlik dərs saatının, dərs yükünün bölgüsü ümumi götürəndə çoxdur. Bunu söyləmək bir tərəfdən yanlış olardısa, digər tərəfdən üzləşdiyimiz məlum reallıqlar da var. Xüsusən də aşağı siniflərdə dərs yükü həddindən artıq çoxdur və bunu ailəsində I-IX siniflərdə təhsil alan şagird olan hər kəs bilir. Məsələnin arzuolunmaz tərəfi tamam başqadır: şagirdlərimiz əsas dərs proqramı ilə yanaşı,  əlavə informasiya, əlavə saat və tapşırıqlarla çox yüklənirlər və yüklənməkdədirlər. 

Dərsdənkənar məşğələlər həftəlik dərs bölgüsünə aid edilmir. Təəssüf ki, axır zamanlar, xüsusilə də aşağı siniflərdə, məşğələlərin, şagirdlər üçün özəl repetitorluq hazırlığının kəmiyyəti həddindən artıq artıb. Bu da birbaşa məktəblilərin yorulmasına gətirib çıxarır. Həmçinin, Elm və Təhsil Nazirliyinin təyin etdiyi rəsmi əsaslı dərsliklərlə yanaşı, şagirdlər əlavə dərs və dərs vəsaitləri, xüsusi test topluları ilə yüklənir. Müəllimlərin bir qismi əlavə ləvazimatlarla əlavə tapşırıqların verilməsinə sanki “canfəşanlıq” göstərirlər. Bu isə ciddi qayda pozuntusudur. Çünki pedaqoji qaydalara əsasən, şagirdlər üçün ev tapşırığı da müəyyən normalar əsasında olmalıdır. 

Rəsmi məlumata görə, siniflər üzrə məktəblilər üçün ev tapşırığı saatları bu cür tənzimlənir: I sinifdə oxuyan uşaq üçün 1 saata qədər müəyyən olunub. Məktəbli evə getdikdən sonra ona verilən tapşırıqların həlli 1 saatlıq müddəti aşmamalıdır. 2-ci sinif üçün bu 1,5; 3-4-cü siniflərdə 2; 5-6-cı siniflər üçün 2, 5; 7-8-ci siniflərdə 3 və 9-11-ci siniflər üçün isə 4 saat göstərilir. Bəzi müəllimlər var ki, qaydaları pozur. O müəllimlər hesab edir ki, uşağa çox dərs yükləməklə böyük uğur qazanacaqlar. Amma belə deyil. Bunu heç şagirdlər də sevmir. Dövrün yalançı “həyat təlimçi”ləri, yalançı “motivasiya mütəxəssisləri” söyləyir ki, bir insan hər işi edə bilər. Reallıq deyilən bir şey, elmi hədd anlayışı var. Biz şagirdi  yükləməklə nə onu çox sevdiyimizi, nə də daha çox öyrətmək istədiyimizi diqqətə çatdıra bilmərik. 

Şagirdin yüklənməsi onun gələcək potensialını “iflic” vəziyyətinə salmaqdır. Ev tapşırığı məsələsində də ciddi tədbirlər həyata keçmədikcə, bizlər hər hansı müsbət nəticəyə ümidli ola bilmərik.

Yeni kurrikulum sistemi özünün müəyyən tələb və proqramları ilə şagirdlər üçün tamam başqa yanaşma, tamam fərqli pəncərələr təqdim edir. 

Bizim şagirdlərin yüklənmə arealı bu proqramla əhatə olunur. Burada çox vacib bir detalı vurğulayaq. Bu müddəlar yalnız abituriyent olmayan şagirdlər üçün keçərlidir. Abituriyentlərin isə hazırlıq zamanı yaşadığı çətinliklərin tamam başqa səbəbi vardır: olar bir tərəfdən məktəb şagirdləri olduqları üçün vahid tədris proqramının tələblərini, digər tərəfdən isə abituriyent olduqları üçün DİM-in qəbul imtahanı ilə bağlı hazırladığı sual proqramının tələb və prinsiplərini öyrənməlidir ki, bunlar bir-birindən xeyli fərqlənir. Şagirddən iki proqram əsasında öyrənməni tələb edir. 

Nisbətən aşağı siniflərdə isə durumlar fərqlidir:Burada ümumi tədris proqramının özünü ağırlığını, özünün dərs yükü çoxluğunu, yoxsa əlavə törəmə dərslərin çoxluğu ilə bağlı seçim etməliyik. 

Bugün məktəblərimizdə törəmə dərsliklər və dərs vəsaitləri həqiqətən də narazılıq obyektinə çevrilib.  Bəzi müəllimlər, məktəb rəhbərliyi çox təəssüf olsun ki, özlərindən yeni Amerika kəşf etmək, tədris proqramına guya öz aləmlərində əlavə bir rəng qatmaqda ötəri lazım olandan da çox vəsaitləri şagirddən tələb etməklə, onda əlavə yüklənmə əmələ gətirir. 

Bəzi müəllimlər özlərinin sinifdaxili idarəçilik səlahiyyətindən istifadə etməklə şagirdlərdə izafi, lazımsız yüklənməni artıq ümumi vərdiş halına çevirmişlər.

Amma burada hər bir müəllim özü-özlüyündə mənəvi və zehni məsuliyyət hiss etməlidir. 

Bəzi müəllimlər şagirdlərə əlavə vəsaitlərlə yükləməklə nəyi qəsd edirlər? Sanki hamısında psixoloji travmadır. Orta məktəbi  bir kənara qoyaq (halbuki problemin ən böyüyü məhz buradadır)    az qala, istənilən kursda, məsələn, ingilis dili kursuna gedirik  və dili yaxşı öyrənmək isə bizə iki ədəd vəsait bəs edir. Məsələn, Morphy-nin müəllifliyi ilə yazılan kitab  elementar qrammatikanı anlamaq və digər yardımçı vəsaitlə “listening” və “speaking”i inkişaf etdirmək üçün iki yetərlidir.  Müəllim özündən 10 ədəd ədəbiyyatı şagirdə yazdırır.

Birincisi, bunun maddi tərəfi də var. İnsanın aldığı maaşdan, onun sosial rifahından asılı olmayaraq, bir insan bir iki ədəbiyyata pul ayırırsa, biz onu ədəbiyyatın puluna xərcləməsinə məcbur edə bilmərik, çünki insan büdcəsi buna görədir. Həmçinin valideynlər də.

Əmin olmalıyıq ki, həqiqətən də bizdə elə ailələr var ki, bunlar da bir deyil, bir neçə uşaq oxuyur və hər uşaqla bağlı əlavə iki vəsait tələb olunsa, bu altı vəsait edir və hər vəsait altı manat eləsə, bu, 36 manat edir. 36 manat sıradan bir ailənin bəlkə də üç günlük ərzağını təmin edən bir rəqəmdir. Bundan əl çəkməliyik. Dediyim kimi, məsələ qruplaşmalıdır.

Yaxşı bəs nə etməli?

Bu zaman ağır dərs yükü probleminin aradan qaldırılması istiqamətində bir sıra zəruri vətəxirsalınmaz işlər görülməlidir. Dərs yükü azalacaqsa, təbii ki, şagirdlərin qəddini əyən ağır çanta problemi də öz həllini tapacaqdır. 

Çanta ağırlığının aradan qaldırılması üçün dərsliklərin çəkisinin azaldılması, əlavə dərsliklərin məktəblərə yol açmasının qarşısının alınması və s. bu kimi detallara ayrıca diqqətlə yanaşılmalıdır. Məsələləri qarışdırmayaq, əvvəlcə  məktəbli çantalarının çəkisinin, çanta yükünün azaldılması ilə bağlı bir neçə vacib detala toxunaq:

Birincisi, bir çox xarici ölkələrdə kitablar hər yarımilə görə buraxılır. Məsələn, bizdə necədir? Bizdə bir il əzində sentyabr ayından iyun ayına qədər birillik kitablar istifadəyə verilir. Yəni ordakı mövzuların tədris proqramına uyğunluğu sentyabrdan iyuna qədər hesablanır. Bu proses əvvəlcə  may ayına qədər nəzərdə tutulsa da, hazırda iyuna qədər uzanıb. Lakin artıq iyun ayında tədris proqramının bitdiyini də hər birimiz gözəl bilirik. 

Üstəlik, Azərbaycan məktəbləri üçün hazırlanan dərsliklərin fərdi çəkisi dünya standartlarına nisbətdə ağırdır. Çünki istifadə olunan kağız materialları ağır materialdır, bu artıq ayrı bir problemdir. Üstəlik, bir çox xarici ölkələrdəki dərsliklərdə mətnlərdə istifadə edilən şriftlər, sətirlərarası ara məsafəsi və s. detallar çox kiçik və yığcamdır. 

Deməli, ilk növbədə kağız materialları və dərslik, dərslik vəsaitinin öz ağırlığı ilə bağlı yumşalmaya gedilməlidir. 

İkincisi, dərslik bir tam tədris ili üçün yox, yarım il üçün hazırlanmalıdır. Məsələn, birinci yarım il üçün nəzərdə tutulmuş ayrıca tədris  proqramına əsasında biologiya, kimya və s. dərslikləri hazırlanır və oradakı mövzuları ilin tən yarısında başa çatır. Məhz bu cür həcmi xeyli azaldılmış dərsliklər  məktəbə - şagirdlərin ixtiyarına  verilir. İkinci yarım il üçün isə onun digər yarısı şagirdə təqdim edilir. Bu dünya standartlarında da var. 

Dərs yükünün azaldılması istiqamətində görülməsi vacib  işlərdən biri də fənlərin inteqrasiyasından istifadədir. Doğrudur, biz buna nə dərəcədə hazırıq, deyə bilmərik. Məsələn, Böyük Britaniya təcrübəsində təbiət fənləri dörd istiqamətdə: fizika, biologiya, coğrafiya və kimya vahid dərslik əsasında birləşiblər. Yəni fənlərin inteqrasiyası bu dəqiqə dünyada gedir. Təsəvvür edin ki, bu, dörd kitabın bir kitaba cəmləşməsi deməkdir və bu da problemin həlli variantlarından biridir. 

Bu gün valideyn arqumenti  haqlı olaraq, övladının çox əziyyət çəkməsini, onun sabahkı dərsə hazırlaşan zaman həddindən artıq yorulmasını, müəyyən bir gərginlik yaşamasını, psixoloji, zehni, bəzi hallarda fizioloji əziyyət çəkməsini istəmir. 

Onun üçün əvvəlcə övlad duyğusu, sonra şagirdlik bacarığı gəlir. Amma dünyanın bir çox ölkələrində təhsil sistemi şagirdləri ağır dərs tapşırıqları ilə yükləməkdən qətiyyən çəkinmir və bunu həmin fərdin gələcək uğurlarının açarı kimi də təqdim edirlər. Xüsusən də hazırda dünyaya nümunə göstərilən Sinqapur, Koreya,  Çin, Danimarka kimi ölkələrdə şagirdlərin tədris qrafiki həddindən artıq gərgindir. Beynəlxalq şagird qiymətləndirmələrində dərs yükünü ağır saxlayan ölkələrin göstəriciləri daha yaxşıdır. Yaxşı, o zaman nə etməli? Bir tərəfdən yükləndikcə fizioloji, zehni baxımdan əziyyət çəkən şagirdlərimiz, digər tərəfdən də sıx proqramdan kənarda qalmaqla, dünya təhsil trendindən getdikcə uzaqlaşan məktəblərimiz... Vəziyyətin qəlizliyi iki yolarası prinsipinin mürəkkəbliyi qarşıya təxirəsalınmaz vəzifələr qoyur. Bu vəzifələrin əsas məqsədi şagirdlərimizin çox da əziyyət çəkmədən dünyanın təhsil tempi ilə uzlaşma bacarığının formalaşmasıdır. 

Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2024 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri