Icma.az
close
up
RU
Şagirdlərin sevimlisi olan Akif müəllim 70 İL

Şagirdlərin sevimlisi olan Akif müəllim 70 İL

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uca cinarlarla əhatə olunan,Şəmkir çayının sağ sahilində yerləşən, gözəl mənzərəli bir yurdda dünyaya gələn,uşaqlıq və gənclik illərini sürətlə keçən, ömrünün 47 ilini elmi-pedaqoji fəaliyyətə sərf edən, Kimya insititunun elmi-tədqiqat laborotoriyasındakı axtarışlarını məktəb-liseyin kimya kabinetinə yönəldən,gənc nəslin təlim və tərbiyəsi ilə fəal məşğul olan, elmi-metodik araşdırmalarını məktəb-liseydə də davam etdirən, ictimai tədbirlərdə fəal iştirak edən,dərs dediyi şagirdlərin və məktəb kollektivinin sevimlisi olan  bizim Akif müəllim heç özü də bilmədən müdrik yaşa - 70 illik yubiley yaşına çatmışdır.

Теyli Akif Əmiraslan oğlu 1955-ci ilin yanvar ayının 1-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olub.  1962-1972-ci illərdə Çinarlı qəsəbə məktəbində orta təhsil almışdır.  1973-cü ildə Cəncə Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1977-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Texnologiyasının Nəzəri Problemləri İnsititunda (indiki Kataliz və Qeyri-üzvi Kimya İnsititunda) əmək fəaliyyətinə başlamışdır. 1977-1999-cu illərdə baş texnik, mühəndis, kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.

1980-ci ildə işlədiyi institutun aspiranturasına daxil olaraq,çox mühüm praktik əhəmiyyət kəsb edən  sintetik kauçuk istehsalında tətbiq olunan yeni, perspektivli katalizatorların sintezi, xassələrinin öyrənilməsi və tətbiqinə həsr olunmuş elmi-tədqiqat işi ilə məşğul olmağa başlamışdır.1988-ci ildə dissertasiya müdafiə edərək kimya elmləri namizədi( kimya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır.

Akif müəllim 1994-cü ildə Binəqədi rayonundakı  83 saylı məktəb-liseydə kimya fənnini tədris etməyə başlamış və  2024-cü il iyun ayının 14-dən çalışmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə çıxmışdır. 2020-ci ildən Əmək veteranıdır.

Akif müəllim  hər zaman şagirdlərini bir şəxsiyyət kimi qiymətləndirmişdir. Çalışmışdır ki, şagırdlərdə kimya fənninə həvəs yaransın, nəzəri bilikləri  və praktik bacarıqları artsın, onlarda özünə güvən hissi inkişaf etsin, əzmkar olsunlar, öyrəndikləri bilik və bacarıqları həyatda tətbiq edə bilsinlər, layiqli Azərbaycan vətəndaşı kimi böyüsünlər.

Akif müəllim 2002-ci ildə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı ilə təltif olunmuşdur.Təhsil sahəsindəki uğurlarına görə ona 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  “Əməkdar müəllim” fəxri adı verilmiş, 2010-cu ildə isə Təhsil Nazirliyinin keçirdiyi “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən biri olaraq prezident mükafatı almışdır.

Kimya üzrə fəlsəfə doktoru Akif müəllimin məktəbdə işlədiyi müddətdə 2004-cü ildə “Kimya məsələlərinin proqramlaşdırılması” metodik vəsaiti çap olunmuşdur. Kimyanın tədrisinə, yeni təlim texnologiyalarının, təhsil proqramlarının (kurikulumları) tətbiqinə, kimya fənni ilə informatika və coğrafiya fənlərinin inteqrasiyasına, distant təhsilə, pedaqoji təcrübələrin təşkilinə  aid 10-a qədər  elmi-metodik məqaləsi “Kimya məktəbdə” və “Fizika, riyaziyyat və informatikanın tədrisi” jurnallarında dərc olunmuşdur.

2005-ci ildə Bakı Baş Təhsil İdarəsinin fəxri fərmanına, 2010-cu ildə Binəqədi Rayon İcra Hakimiyyətinin fəxri fərmanına, 2001-2005-ci illərdə isə Binəqədi rayonu Təhsil Şöbəsinin fəxri fərman və diplomlarına layiq görülmüşdür.

Akif müəllimin dərs dediyi yeddi şagird Təhsil Nazirliyinin keçirdiyi fənn olimpiadalarının Respublika turunda müvəffəqiyyətlə iştirak edərək III və IV yerləri tutmuşlar. Azərbaycanda və digər ölkələrdə uğurla çalışan məzunları arasında elmlər doktoru, fəlsəfə doktorları, kimya müəllimləri, kimya mühəndisləri, həkimlər, ekoloqlar və digər sahə mütəxəssisləri qazandıqları uğurlarda   Akif müəllimin də rolunun böyük  olduğunu qeyd edirlər.

2019, 2022 və 2023-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin  kimya-biologiya fakültəsinin kimya müəllimi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələrinin 83 saylı məktəb-liseydə keçirdikləri 3 aylıq pedaqoji təcrübələrinə universitet rəhbərliyi ilə bağladığı müqavilə əsasında  medodist müəllim kimi rəhbərlik etmişdir. Onların universitetdə qazandıqları nəzəri biliklərin məktəbdə tətbiqinə, praktik vərdişlərin aşılanmasına və pedaqoji qabiliyyətlərinin inkişafına yardımçı olmuşdur.

Əmək veteranı olan Akif müəllim çalışdığı müddətdə  məktəb daxilində və məktəbdənkənar keçirilən ictimai tədbirlərdə fəal iştirak etmişdir. 2017-2024-cü  illərdə məktəb-liseyin ictimai həyatında fəal iştirakına görə təşəkkürnamə, diplom və Fəxri fərmanla təltif olunmuşdur.

Akif müəllim 2008-ci ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. Hər zaman, hər yerdə partiyanın siyasətini öz əməli fəaliyyəti ilə dəstəkləyir, münasibət bildirir və təbliğ edir.

Akif müəllim nümunəvi ailə başçısıdır, iki qızı və bir oğlu, altı nəvəsi var. Həyat yoldaşı Məlahət xanım 1998-ci ildən Binəqədi rayonindakı 83 saylı məktəb-liseyin coğrafiya müəllimi vəzifəsində çalışır.Universitet müəllimi olan böyük qızı Sevinc tarix üzrə fəlsəfə doktorudur. Kiçik qızı biologiya müəllimidir. Oğlu Araz isə  dövlət qulluqçusudur, 44 günlük Vətən müharibəsinin veteranıdır. Azərbaycan Ordusunun tərkibində Cəbrayılın, Füzulinin, Qubadlının azad olunmasında qəhrəmancasına iştirak etmişdir. Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə   qazanılan Zəfərə öz töhvəsini vermişdir. İki medalla (“Vətən müharibəsi iştirakçısı” və “Qubadlının azad olunmasına görə”) təltif olunub.

Ömrünün 30 ilini sərf etdiyi doğma 83 saylı məktəbini, səmimi olan kollektivini sevən və ətrafında olan insanlara hörmətlə yanaşan, vətənpərvər, qayğıkeş, şagirdlərinin sevimlisi olan Akif müəllimi 70 illik yubileyi münasibəti ilə təbrik edirik. Ona gələcək həyatında can sağlığı və uğurlar arzulayırıq.

Əkbər Bədəlov

Tarix üzrə fəlsəfə doktoru, dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Dekabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri