Icma.az
close
up
RU
SAĞLAM AİLƏ Tibb Mərkəzinin Gəncə filialında Radiologiya şöbəsi fəaliyyətə başlayıb

SAĞLAM AİLƏ Tibb Mərkəzinin Gəncə filialında Radiologiya şöbəsi fəaliyyətə başlayıb

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

SAĞLAM AİLƏ Tibb Mərkəzi əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını artırmaq məqsədilə Gəncə filialında müasir tələblərə cavab verən Radiologiya şöbəsinin açılışını həyata keçirib. Tədbirdə bir sıra dövlət və özəl xəstəxanalardan həkim-mütəxəssislər, həmçinin Gəncə Şəhər İcra Hakimiyyətindən nümayəndələr iştirak ediblər.

Yeni şöbə, ən son texnoloji yeniliklərlə təchiz olunmuş rentgen, ultrasəs (USM), mammoqrafiya və kompüter tomoqrafiyası avadanlıqları ilə pasiyentlərə xidmət göstərəcək. Radiologiya şöbəsinin yaradılması Gəncə və ətraf bölgələrdə yaşayan sakinlər üçün vaxtında diaqnostika və erkən aşkarlama imkanlarını genişləndirəcək.

Açılış mərasimində çıxış edən SAĞLAM AİLƏ Tibb Mərkəzinin təsisçisi və Baş direktoru Vüqar Eyvazov bildirib ki, məqsəd tibbi xidmət göstərməklə yanaşı, regionlarda tibbi profilaktika mədəniyyətinin gücləndirilməsinə töhfə verməkdir.

"Bölgədə radiologiya xidmətlərinin genişləndirilməsi tibbi xidmətlərin çeşidinin artırılması, bu sahədə yeni inkişaf imkanlarının yaranması, həmçinin xroniki xəstəliklərin daha effektiv şəkildə idarə olunması kimi bir sıra mühüm üstünlüklər yaradacaq," – deyə o, əlavə edib.

Mərkəzin Hüquq, Strategiya və Rəqəmsal İdarəetmə üzrə direktor müavini Vədiyə Ələkbərzadə bildirib ki, ən son texnologiyalarla təchiz edilmiş Radiologiya şöbəsi pasiyentlər üçün daha sürətli, dəqiq və etibarlı diaqnostika imkanı yaradacaq. O əlavə edib ki, yeni avadanlıqlar müayinələrin keyfiyyətini artırmaqla yanaşı, prosesin daha rahat və əlçatan olmasını təmin edəcək. Bundan əlavə, nəticələrin sistemli rəqəmsal arxivləşdirilməsi pasiyentlərin diaqnostika tarixçəsinin izlənməsini asanlaşdıracaq və daha effektiv müalicə üsullarının seçilməsinə imkan verəcək.

Yeni şöbə həm fərdi müayinələr, həm də digər ixtisas həkimlərinin göndərişi ilə kompleks diaqnostik paketlər təqdim edəcək. Həkim-radioloqlar və texniki heyət peşəkar təlimlərdən keçib və beynəlxalq standartlara uyğun xidmət göstərməyə hazırdırlar.

2003-cü ildən fəaliyyət göstərən SAĞLAM AİLƏ Tibb Mərkəzi ölkənin aparıcı tibb müəssisələrindən biridir. Mərkəz paytaxtla yanaşı, bölgələrdə də filial şəbəkəsinə malikdir və yüksək ixtisaslı həkim heyəti, müasir laboratoriya və diaqnostika avadanlıqları ilə fərqlənir.

Qeyd edək ki, SAĞLAM AİLƏ Tibb Mərkəzi Azərbaycanda ilk və tək TÜRKAK akkreditasiyalı laboratoriya statusuna malikdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 Noyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri