Geri sayım başladı Yaxın saatlarda nə baş verəcək?
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ və İran arasında sazişin yaxın bir neçə saat ərzində imzalanacağı gözlənilir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində məlumat verib.
Telekanalın jurnalisti Trey İnqstin sözlərinə görə, ABŞ Prezidenti ilə söhbətindən sonra o, Trampın sazişin yaxın iki-üç saat ərzində imzalanacağını bildirdiyini qeyd edib.
İyunun 13-də Tramp sazişin iyunun 14-də imzalanacağını elan etmişdi. Lakin İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqai memorandumun məhz həmin tarixdə imzalanmayacağını, buna baxmayaraq sazişin yaxın günlərdə bağlanması ehtimalının olduğunu bildirib. İyunun 14-də isə mətbuatda İranın ABŞ ilə razılaşma ilə bağlı hələlik qəti qərar vermədiyi barədə məlumatlar yayılıb.
Daha sonra Donald Tramp İsrailin Beyruta hücumunu pisləyib və həm İsraili, həm də "Hizbullah"ı Vaşinqtonun İranla sazişini pozmamaq üçün hücumları dayandırmağa çağırıb. /Publika.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 İyun 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















