Icma.az
close
up
RU
Sağlam övlad, sağlam nəsil qadın sağlamlığından birbaşa asılıdır Həkim ginekoloq

Sağlam övlad, sağlam nəsil qadın sağlamlığından birbaşa asılıdır Həkim ginekoloq

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Vaxtında həkimə müraciət can qurtarar


Körpələr sözə baxmırlar, deyəsən. Dünyaya gəlməmiş prinsipiallıqlarını ortaya qoyurlar: vaxtım çatıb, “dünyaya salam”, deyərək heç nəyə, haradadır, kiminlədir, evdə, ya maşındadır, veclərinə almadan ana bətnini tərk edirlər. Əlbəttə, bu, bir zarafatdır. Təbii, doğuş zamanlı çatdısa, körpə ana bətnində oturub qalası deyil. Amma daha metroda yox da!.. 

Xartırlayırsınızsa, avqust ayının əvvəlində bir körpə Bakı Metropoliteninin  “20 Yanvar” stansiyasında dünyaya gəldi. Gözlənilməz hadisə idi. Tibb mütəxəssisləri hadisənin maraqlı, qəribə hesab etməkdən daha çox, hadisənin tibbi tərəflərinə diqqət yetirilməsini tövsiyə etdilər. “Metro stansiyası doğuş üçün münasib yer ola bilməz. Sanitar-gigiyenik, həm də ana və körpə üçün həyati baxımdan təhlükəli haldır”, dedilər. Hadisə yerinə çağırılan təcili-tibbi yardım briqadası isə öz işini gördü, ana və körpə xəstəxanaya çatdırıldı. Bu günlərdə isə maraqlı 3 hadisə baş verib. 3 körpə təcili-tibbi yardım maşınında – ambulansda dünyaya gəlib. Həkim briqadaları tərəfindən operativ və peşəkar tibbi müdaxilə ilə doğuş prosesi elə təcili tibbi yardım avtomobillərində idarə olunub. Körpələr sağ-salamat doğulub. Ambulansda təhlükə minimumdur. Təcili yardım üçün hər cür şərait var, ətrafda həkim, tibb bacıları… Görünür, bu körpələrin də dünyaya “salam” vermək zamanları çatıbmış. Bəs analar bundan niyə xəbərdar olmur və ümumiyyətlə, gözlənilməz, vaxtından əvvəl doğuşlara səbəb nədir? 


Həkim-ginekoloq Fəxranə Hüseynzadə Sherg.az-a açıqlamasında qeyd etdi ki, hamilə qadınların körpələrinin döldaxili inkişafı barədə ətraflı məlumat almaları üçün son illərdə imkanlar çox genişdir. Yetər ki, analar sağlamlıqlarna qarşı diqqətli, məsuliyyətli olsunlar, hamilə qadınlarsa xüsusən: 

- Son illərdə ana və uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyəti artıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ana və uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin daha da artırılması məqsədilə müasir tibbi avadanlıqlar, cihazlar və alətlər alınıb. Yeni alınan tibbi avadanlıqlar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində hamilə qadınların, habelə perinatal, neonatal və postneonatal dövrlərdə uşaqların müxtəlif müayinə və müalicəsində istifadə olunur. Transabdomenal və transvaginal ginekoloji müayinələrin aparılması üçün müasir ultrasəs cihazı alınıb. Bu müayinə metodları ilə bir çox problemləri zamanında aşkar etmək mümkündür. Bilirsiniz ki, ginekoloji müayinələr icbari tibbi sığorta təminatına daxildir. Xanımlarımız, hamilə qadınlar bunlardan yararlanmalıdır. Ginekoloji USM aparatı ilə uşaqlıq, yumurtalıqlar, uşaqlıq boynu, borular və kiçik çanaq nahiyəsi müayinə edilir. Hamiləliyin gedişatının izlənilməsi üçün 3D ölçülü USM cihazı var, dölün inkişaf etaplarının daha dəqiq görüntülənməsinə imkan verir. Bu müayinə metodu ilə hamiləliyin daha erkən mərhələlərində dölün fizioloji və patoloji inkişafı haqqında məlumat əldə edilir. İkiölçülü (2D) USM aparatlarından fərqli olaraq, innovativ müayinə metodu olan 3D USM texnologiyasının köməyi ilə müayinə edilən nahiyə daha dəqiq təsvir olunur, bu da müalicə həkiminin operativ qərarlar verməsini mümkün edir. Bununla yanaşı, ana bətnində dölün ürək döyüntülərinə əsasən vəziyyətinin qiymətləndirilməsinə imkan verən kardiotokoqrafiya cihazları da var. Vaxtından əvvəl doğulmuş körpələrin saxlanılması üçün inkubator – küvəz və fototerapiya cihazları da var. Amma hər hamiləlik erkən doğuşla nəticələnmir. Erkən doğuma səbəb olan amillər vardır və bu haqda hamilə qadınlar məlumatlandırılır. Ona görə hamilə qadınlara vaxtaşırı müayinələr təyin edilir ki, dölün, uşaqlığın vəziyyəti müəyyən edilsin, hər hansı patologiyanın olub-olmadığı bilinsin. Patoloji hallar aşkarlandıqda hamilə qadınlara vəziyyətlərinə uyğun məsləhət verilir. Bəzən erkən stasionar müalicə təyin edilir. Hamilə qadının xəstəxanada həkim nəzarətində olması məsləhət görülür. Bəzən də həkimin məsləhəti ilə hamilə qadına evdə qalmaq, lakin müəyyən tövsiyələrə əməl etməli olduğu bildirilir. 


F.Hüseynzadə bildirdi ki, hamiləliyin gedişatının dəqiq izlənilməsi körpənin sağlam doğulması, ananın da sağlamlığının qorunması üçün vacib şərtdir: 

- Biz həkimlər xanımlarımıza tibbi-ginekoloji müayinələrdən yayınmamağı daim məsləhət görürük.  Sağlam övlad, sağlam nəsil qadın sağlamlığından birbaşa asılıdır. Hamilə qadınlar vaxtlı-vaxtında müayinə olunduqda dölün sağlamlığı haqqında ətraflı məlumat alınır, nəticədə həkim ananın və doğulacaq körpənin nə dərəcədə sağlam olması, erkən doğuş və ya dölün inkişafdan qalıb-qalmadığı barədə də dəqiq məlumata malik olur. Hər bir hamilə xanım bətnindəki körpənin neçə aylıq olduğunu bilməlidir, körpənin dünyaya gələcəyi vaxtı da həkimlər ultrason aparatları vasitəsilə dəqiqləşdirirlər. Əgər erkən doğuş ehtimalı varsa, qadına əlavə göstərişlər verilir. Xanımlarımız da özlərinə, doğulacaq körpələrinə qarşı etinasız olmamalıdırlar. Vaxtında həkimə müraciət etməlidirlər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Avqust 2025 06:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri