Icma.az
close
up
RU
Sağlam gələcəyin sağlam gəncliyi

Sağlam gələcəyin sağlam gəncliyi

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Müasir gənclik azad fikirli və düşüncəli, cəsarətli, bilikli, vətənpərvər gənclikdir. Müstəqil dövlətin nümayəndəsi kimi dünyaya çıxan və müxtəlif səpkili tədbirlərin iştirakçısı olaraq qalibiyyət əldə edən, kreativ gənclikdir. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər daim axtarışda olan, yeniliyi sevən böyük bir ordudur. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan gənclərinə diqqət və qayğı artdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması istiqamətində məqsədyönlü islahatlar həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər və İdman Nazirliyinin yaradılması dövlət gənclər və idman siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmiş oldu. Gənclərin qüvvə və bacarıqlarının, yaradıcılıq imkanlarının milli dövlət quruculuğu vəzifələrinin yerinə yetirilməsinə, ölkədə həyata keçirilən islahatlar proqramlarının gerçəkləşdirilməsinə səfərbər olunması əsas məsələlərdən birinə çevrildi. Fərmandan irəli gələrək gənclər arasında Azərbaycanın tarixi və mədəni irsini yaymaqla, onların vətənpərvərlik, Vətənə sədaqət, müstəqəlliyimizin, dövlətçiliyimizin, torpaqlarımızın müdafiəsinə daimi hazırlıq ruhunda tərbiyə edilməsi istiqamətində ciddi addımlar atıldı. Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşmasına təkan verib. Dövlətimiz tərəfindən silsilə olaraq həyata keçirilən tədbirlər gənclərin inkişafına stimul verdi. 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 Fevralın Azərbaycan Gəncləri günü elan edilməsi, çoxsaylı dövlət proqramlarının qəbulu, 1999-cu ildə "Dövlət gənclər siyasəti haqqında" Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi, 2002-ci ildə "Gənclər siyasəti haqqında" Qanunun qəbulu Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğının və etmadın nümunəsidir.

Ulu Öndərin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti yeni bir mərhələyə qədəm qoymuşdur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsi dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və ciddi nailiyyətlər əldə edilib. Azərbaycan Prezidenti İlham Əliyevin gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə təsdiqlədiyi dövlət proqramları uğurla həyata keçirilir. Dövlət quruculuğunda gənclərin artan rolu, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılmış şərait bu diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyevin 2007-ci ili "Gənclər ili" elan etməsi də gənclərin ölkə həyatında fəallığını xeyli artırmışdır. Gənclərin xaricdə təhsil almasına dəstək verən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı" gənclərə böyük imkanlar yaratmış oldu. Bu proqram respublikamızda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsində əhəmiyyətli rola malikdir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gənclik mövzusunun aktuallığı bir daha aydın təsbit olunur. Proqram çərçivəsində minlərlə gəncin dünyanın nüfuzlu ali məktblərində təhsil almağa göndərilməsi də gənclərin təhsilinin artırılmasına xidmət edən addımlardandır. "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" da gənclər üçün böyük perspektivlər açır. Təbii ki, bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir.

İDMANIN VƏ BƏDƏN TƏRBİYƏSİNİN İNKİŞAFI DÖVLƏT SİYASƏTİNİN PRİORİTET QOLLARINDAN BİRİNƏ ÇEVRİLDİ

Gənclər siyasətindən söz açarkən, idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasını qeyd etməliyik. "Sağlam bədəndə sağlam ruh olar" prinsipinə söykənərək demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir. Ölkəmizdə idmana qayğı bu sahənin inkişafına böyük töhfələr verir. Qeyd edək ki, müstəqilliyimizin ilk illərində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə əsaslanan sağlam həyat tərzinin əhali arasında aşılanmasının təmin edilməsi, bədən tərbiyəsinin geniş təbliğinin təşkil edilməsi də diqqətdə duran məsələlər sırasında idi. Ulu Öndər Heydər Əliyev hələ ölkəmizə sovet dövründə rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ümumilikdə. ötən əsrin 70-ci illərində Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük dönüş yaratmış oldu. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Yuxarıda qeyd etdiyimiz kimi, dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı.

Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır. Gənclərin ictimai-siyasi proseslərdə, müstəqil Azərbaycanın inkişafında lazımı səviyyədə iştirak edə bilməsi üçün mənəvi əsas olmalıdır. Bu mənəvi əsas əsrlər boyu xalqımızın əldə etdiyi milli dəyərlər, vətənpərvərlik duyğusu, torpağa bağlılıq, milli tariximizə olan sevgidən ibarətdir.

"SON İLLƏR ƏRZİNDƏ AZƏRBAYCANDA VƏTƏNPƏRVƏR, GÜCLÜ, MİLLİ RUHDA TƏRBİYƏ ALMIŞ GƏNC NƏSİL YETİŞİB"

Qürurverici haldır ki, Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhunda formalaşıb. Bu gün yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən gənclərin şücaəti, mücadiləsi milyonlarla insanlarda qələbə sevincini yaşatdı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi gündə gənclərimiz nəyə qadir olduqlarını göstərə bildilər. Bu gün müstəqil Azərbaycan dövlətinin gəncləri vətənpərvər, cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclərdir. Gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, vətən torpaqlarının müdafiəsinə qalxması vahid niyyət ətrafında birləşən gənclərimizin əzmkarlığını, vətənə sevgisini bir daha göstərmiş oldu. "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib", deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Azadlıq eşqimiz olan üçrəngli bayrağımız bu gün göylərə yüksəlib. Öz canları, qanları bahasına vətənimizin müdafiəsinə qalxan igid oğullarımız şəhidlik zirvəsinə ucaldılar.

Bu gün hər bir gəncin üzərində ciddi mənəvi məsuliyyət var. Bu, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi mənəvi məsuliyyətdir. Cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasəti, Azərbaycan əsgərinin qələbəsi əminliklə deməyə əsas verir ki, gənclər mütəşəkkil, vətənpərvər, geniş dünyagörüşlü və mübariz gənclərdir.

Nəzakət ƏLƏDDİNQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Dekabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see800

Uitkoff və Kuşner İranla danışıqlar fonunda ABŞ nin nüvə laboratoriyasına səfər ediblər

06 İyun 2026 02:36see516

Bu məktəblərə müəllim qəbulu elan edildi SİYAHI

06 İyun 2026 00:36see341

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see259

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see210

Kilosu 10 manata olan kartof Batat hansı xəstəliklərdə faydalıdır?

06 İyun 2026 03:04see189

Həkimdən xəbərdarlıq: Qan qrupunun səhv təyini ölümə səbəb ola bilər

05 İyun 2026 04:05see187

Lənkəranlı gənclər Slovakiyaya təhsil turuna yola salınıb

06 İyun 2026 13:20see181

BMT qeyri qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

05 İyun 2026 06:13see176

Bill Qeyts: Gələcəkdə iş həftəsi 2 günə qədər qısalacaq

06 İyun 2026 03:18see169

Ukrayna Azov dənizində Rusiya patrul gəmisinə zərbə endirib

05 İyun 2026 10:46see160

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

06 İyun 2026 03:17see159

Evdə pişik və ya itlə yatanların diqqətinə!

05 İyun 2026 23:36see157

Tramp: ABŞ administrasiyasının bütün əsas fiqurları Ukrayna məsələsində iştirak edəcək

06 İyun 2026 02:49see153

Bu resepti bilənlər artıq dondurma almır

06 İyun 2026 04:04see151

Güzgü tarixi 06.06.2026: bu gün nə etməməlisiniz

06 İyun 2026 09:09see151

Skaloni: “Messi ilə məsləhətləşmədən heç bir qərar qəbul etmirəm”

06 İyun 2026 01:15see150

50 il sonra vəzifəsindən gedən alim kimdir

06 İyun 2026 05:30see150

Distant işin psixi sağlamlığa mənfi təsiri açıqlandı

06 İyun 2026 08:34see147

Tomas Frank bu yay işə qayıdıb qayıtmayacağını açıqlayıb

06 İyun 2026 06:06see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri