Icma.az
close
up
RU
“Sağlam psixologiya uşaqlıqdan formalaşır, əks halda insan qətl törədə bilər” Psixoloq

“Sağlam psixologiya uşaqlıqdan formalaşır, əks halda insan qətl törədə bilər” Psixoloq

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən günlərdə baş verən dəhşətli hadisə ölkə ictimaiyyətini sarsıdıb. Borcunu qaytara bilməyən bir şəxs, borclu olduğu gənci amansızlıqla qətlə yetirib. Məlumata görə, cinayətkar iz itirmək məqsədilə gəncin cansız bədənini hissələrə parçalayaraq gizlədib. Təəssüf ki, bu cür qəddar qətl hadisələri son zamanlar demək olar ki, hər gün baş verir və cəmiyyətin təhlükəsizlik hissini ciddi şəkildə zədələyir.

Bəs insanlar necə asanlıqla qətl törədə bilirlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Günay Kərimi bildirib ki, insan doğulduğu andan etibarən müxtəlif yaş dövrlərindən keçir. Hər yaş dövrünün özünəməxsus çətinlikləri və inkişaf mərhələləri olur. Hər bir insan bu mərhələləri özünə uyğun şəkildə tamamlayaraq yeni dövrə qədəm qoyur.

"Yaşadığımız hər dövrə uyğun psixi proseslərimiz, təfəkkürümüz, qavrayışımız, diqqətimiz, yaddaşımız və s. inkişaf edir. İnsanın tərbiyəsi və əxlaqi əqidəsi ilk olaraq ailədə formalaşır. Daha sonra, 9-10 yaşlarından başlayaraq, sosiallaşma prosesi ilə cəmiyyətdə möhkəmlənir. Burada ailə faktoru çox önəmlidir. Xüsusilə də sağlam və möhkəm təməl üzərində qurulmuş ailələrdə övladların inkişafı və tərbiyəsi daha düzgün formalaşır", - deyə o vurğuladı.

Müsahibimizin sözlərinə görə, qətl hadisələrinin törədilməsinin müxtəlif səbəbləri var:

"Bu o demək deyil ki, qətl törədən hər bir insan vicdan və mərhəmət hissindən məhrumdur. Bəzən insanlar affekt halında, bəzən isə ailəsini, sevdiklərini qorumaq üçün və ya xalqına, dövlətinə qarşı yönəlmiş təhlükəni aradan qaldırmaq məqsədilə qətl törədə bilər. Belə insanlarda vicdan, mərdlik və mərhəmət hissləri əksinə, daha güclü formalaşır. Onlar öz xalqına, millətinə və çarəsiz insanlara edilən haqsızlıqlarla barışmır, bəzən isə buna qətl törətməklə reaksiya verirlər".

Günay Kərimi əlavə etdi ki, inkişafını düzgün tamamlaya bilməyən şəxslərdə yanlış həyat tərzi qətl törətməyə meyillilik yaradır:

"Belə insanların mərhəmət hissi olmur, sağlam psixologiya isə uşaqlıqdan formalaşmır. Nəticədə onlar bu cür ağır cinayətlərə əl ata bilirlər. Əlbəttə ki, sadaladıqlarımız yalnız bir neçə nümunədir. Qətl hadisələrinin səbəbləri çoxdur və belə hallarda cinayəti törədənlərin əksəriyyətində psixoloji problemlər özünü açıq şəkildə göstərir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Avqust 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri