Icma.az
close
up
RU
Sağlam ailə üçün psixoloji müayinənin rolu nədir? PSİXOLOQ DANIŞDI

Sağlam ailə üçün psixoloji müayinənin rolu nədir? PSİXOLOQ DANIŞDI

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sağlam ailə üçün psixoloji müayinənin rolu çox vacibdir. Çünki ailədaxili münasibətlərin keyfiyyəti birbaşa fərdlərin psixoloji sağlamlığından asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Ailə üzvlərinin emosional vəziyyəti, ünsiyyət bacarıqları və qarşılıqlı münasibətləri sağlam ailə mühitinin formalaşmasında əsas rol oynayır. Bu baxımdan, psixoloji müayinə ailənin daha sağlam və harmonik münasibət qurmasına kömək edə bilər.

Psixoloji müayinənin bir sıra məqsədləri var:
1.Ailə üzvlərinin psixoloji vəziyyətini qiymətləndirmək

Psixoloji müayinə zamanı ailə üzvlərinin fərdi psixoloji vəziyyəti araşdırılır. Stres, depressiya, narahatlıq kimi problemlərin olub-olmadığı müəyyən edilir. Çünki bir fərdin psixoloji durumu bütün ailəyə təsir edə bilər.
2. Ailə münasibətlərini təhlil etmək
Bəzən ailə üzvləri bir-biriləri ilə düzgün ünsiyyət qura bilmir və anlaşılmazlıqlar yaranır. Psixoloji müayinə zamanı münasibətlərin hansı çərçivədə formalaşdığı, konfliktlərin hansı səbəblərdən qaynaqlandığı və bu problemlərin necə həll edilə biləcəyi araşdırılır.

3. Problemlərin erkən aşkarlanması
Ailədə psixoloji problemlər çox vaxt uzun müddət gizli qala bilər və zamanla daha böyük problemlərə səbəb ola bilər. Məsələn, valideynlər arasında gərginlik və ya uşağın emosional problemləri erkən mərhələdə aşkar olunarsa, bu problemlərin dərinləşməsinin qarşısı alına bilər.

4. Sağlam ünsiyyətin formalaşdırılması

Psixoloji müayinə zamanı ailə üzvlərinə daha səmərəli ünsiyyət bacarıqları öyrədilir. Bu, həm valideynlər arasında, həm də valideyn-övlad münasibətlərində qarşılıqlı anlaşmanı gücləndirir.

5. Uşaqların psixoloji sağlamlığının qorunması

Ailədəki psixoloji atmosfer uşaqların emosional inkişafına böyük təsir göstərir. Uşaqlar ailədə gördükləri münasibətləri gələcəkdə öz həyatlarında təkrarlayırlar. Ona görə də, psixoloji müayinə uşaqların sağlam psixoloji inkişafı üçün mühüm rol oynayır.

• Ailədə tez-tez mübahisələr və konfliktlər baş verirsə,

• Valideynlər arasında münasibətlərdə soyuqluq yaranıbsa,

• Uşaqlarda davranış dəyişiklikləri və emosional problemlər müşahidə olunursa,
• Valideynlər övlad tərbiyəsində çətinlik çəkirsə,
• Ailə üzvləri stress və psixoloji gərginlik hiss edirsə,

• Boşanma, ailədaxili böhran və ya ciddi dəyişikliklər zamanı. - Mütləq psixoloq müayinəsi lazımdır.

Ümumiyyətlə sağlam ailə münasibətlərinin qurulması və qorunması üçün psixoloji müayinə vacibdir. Bu proses ailə üzvlərinin bir-birini daha yaxşı başa düşməsinə, sağlam ünsiyyət qurmasına və problemləri daha rahat həll etməsinə kömək edir. Ailənin psixoloji sağlamlığı qorunduqda, həm fərdlər, həm də ümumilikdə cəmiyyət daha sağlam olur. Bu səbəbdən, ailə psixoloquna müraciət etmək, mütəmadi psixoloji dəstək almaq və problemləri vaxtında həll etmək sağlam və xoşbəxt ailə həyatı üçün önəmli addımlardan biridir".

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Fevral 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri