Icma.az
close
up
RU
Sağlam diş, sağlam orqanizm deməkdir

Sağlam diş, sağlam orqanizm deməkdir

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Bu gün dünya əhalisinin böyük qismi diş və diş əti xəstəliklərindən əziyyət çəkir. İnsanların böyük əksəriyyəti dişlərə düzgün şəkildə qulluq qaydasından xəbərsizdir. Halbuki sağlam orqanizmin olması üçün dişlər sağlam olmalıdır. Çünki dişlər vasitəsilə qidalar çeynənilir, orqanizmə qəbul edilir. Yaxşı çeynənilməmiş qidalar isə bəzi həzm sistemi problemlərinə yol aça bilər. Çürük dişlər ağızda qoxuya, diş və baş ağrısına, həzm problemlərinə səbəb olur.

Stomatologiyanın tarixi

ABŞ və Fransa alimləri tədqiqatlar zamanı qədim stomatoloqların hələ 9 min il əvvəl ilk bormaşının prototipindən istifadə etdiklərini aşkar ediblər. Pakistanın Bəlucistan əyalətində tapılan bizim eradan əvvəl VI-IV əsrlərdə yaşamış insan qalıqlarını tədqiq edərkən onların bəzi dişlərində 1-3 millimetr diametrdə və 3,5 millimetrə qədər dərinlikdə deşiklər aşkar edilib. Həmin fakt stomatologiyanın qədimliyinin sübutudur və maraqlıdır ki, açılan deşiklərdən biri çənənin iç tərəfindən olub.

Azərbaycanda diş həkimlərinin ilk təşkilatı 1871-ci ildə Bakıda yaradılıb. 1919-cu ildə Bakı Dövlət Universitetində açılan tibb fakültəsində tələbələr diş xəstəliklərini öyrənməyə başlayıblar. 1930-cu ildə yaradılmış Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin verdiyi ixtisaslara stomatologiya ixtisası da daxil edilib. Stomatologiya fakültəsi sərbəst fakültə kimi 1954-cü ildə yaradılıb. 1977-ci ildə uşaq stomatologiyası kafedrası açılıb. 2002-ci ildən Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası fəaliyyət göstərir.

Diş sağlamlığımızı necə qoruyaq?

Sualımızı cavablandıran həkim-stomatoloq Elvin Cabbarov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, əvvəla, ağız və diş sağlamlığını qorumaq üçün 6 ayda bir müntəzəm olaraq diş həkimi müayinəsində olmalıyıq: “Diş çürüməsinin qarşısını almaq üçün əsas qaydalar suda kifayət qədər flüor olması, dişlərinizi müntəzəm olaraq fırçalamaq, diş ipindən istifadə etmək, həddindən artıq şirin və şəkərli qidalardan mümkün olduğu qədər uzaq durmaq, yeməkdən sonra dişlərinizi fırçalamaqdır. Dişlərin fırçalanması və müntəzəm diş həkimi müayinəsi də diş əti xəstəliklərinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Həddindən artıq turş və şəkərli qidalar mikroorqanizmlərin təsirini artırır. Bununla yanaşı, dişləri sərt qabıqlı məhsulları məsələn, fındıq, qoz və s. sındırmaq üçün istifadə etmək olmaz. Qabıqlı qidalar dişlə parçalanmamalıdır. Bunlar diş minasının çatlamasına səbəb olur və diş minasının qoruyucu təsiri yox olur. Nəticədə bakteriyalar dişə nüfuz edir, gələcəkdə dişlə bağlı bir sıra fəsadlara gətirib çıxarır”.

Dişlərinizi belə fırçalamayın...

Məlumdur ki, ağız sağlamlığımızı qorumağın ən vacib komponenti dişlərin fırçalanmasıdır. Stomatoloq diş fırçalamaqla bağlı da tövsiyələrini bölüşüb: “Əvvəla diş fırçası nəm olmamalıdır. Diş pastası çox az formada istifadə edilməlidir. Dişlər ilk olaraq diş ətindən dişə 45 dərəcə bucaq altında dairəvi hərəkətlər edərək ön tərəfdən fırçalanmalıdır. Ön dişlərdən arxa dişlərə qədər bütün dişlərin fırçalanmasına diqqət yetirilməlidir. Eyni şəkildə dişlərin arxa səthləri də fırçalanmalıdır. Ön dişlərin arxa səthləri fırçanı şaquli vəziyyətdə tutaraq təmizlənməlidir. Son addım olaraq dişlərin çeynəmə səthləri irəli-geri hərəkətlərlə təmizlənməlidir. Fırçalama prosesi bu şəkildə dayandırılmalıdır.

Bundan əlavə daha effektiv şəkildə fırçalamaq üçün həkimin tövsiyə etdiyi sərtliyə malik diş fırçası istifadə etmək lazımdır. Çox məcun istifadə etmək ağızdakı təravəti artırır, beləliklə, dişlər tam təmizlənmədən fırçalama prosesinin dayandırılmasına səbəb olur. Bu, effektiv təmizləmənin qarşısını alır. Fırçalama heç vaxt sağdan sola üfüqi şəkildə aparılmamalıdır. Horizontal fırçalama diş minasını aşındırır, həssaslığı artırır, dişlərin rənginin dəyişməsinə səbəb olur və diş ətlərinin geri çəkilməsinə səbəb olur. Başqa sözlə desək, diş fırçası düzgün istifadə edilmədikdə, zamanla bədənin ən sərt toxuması olan diş minasını zədələyə bilər”.

Ən çox tələbat implantlaradır

Həkim qeyd edib ki, bu gün stomatologiyada ən çox tələbat implantalogiyayadır. Onun sözlərinə görə, bu sahə ölkəmizdə yüksək inkişaf edib: “Adətən Avropa və Cənubi Koreya implanlatlarına müraciət edirik. İmplantlar itirilmiş dişləri əvəz edir. Əlbəttə ki, implant qoymaq üçün pasientə müyyən göstəriş olmalıdır. Bu prosedur işimizin 95, hətta bir az artıq faizini təşkil edir. Ölkəmizdə implantalogiya dünya standartlarına uyğundur. Əvvəllər xəstələrin itirilmiş dişlərini çıxmayan protezlərlə əvəz edirdik, bunun da bir çox diskomfort tərəfləri var. Amma implantla bərpa olunan dişlər pasiyentə rahatlıq verir”.

E.Cabbarov vurğulayıb ki, stomatologiyada inkişaf edən digər sahə estetik stomatologiyadır. Bura vinirlər, zirkonium qapaqlar daxildir: “Bir həkim olaraq məsləhət görərdim ki, pasiyentlər bu prosedura ehtiyac olsa, müraciət etsinlər. Adətən ana dişlərini vinirlər, zirkonium və metal-keramik qapaqlarla əvəz edirlər. Ancaq göstəriş varsa, dişin ən azı üçdə ikisi itirilibsə, bu proseduru etmək lazımdır”.

Vaxtında müraciət edilməlidir!

Stomatoloq bildirib ki, pasiyentlər həkimə ən azı ildə iki dəfə müraciət etməlidirlər, yalnız dişləri ağrıyanda yox: “Məsələn, dişlərdə kariyes başlayanda dişin sinirini çıxartmadan, kariyersi təmizləyib plomb qoya bilirik. Bu zaman diş itirilmir. Lakin bəzən insanların diş ağrıları olur, sonra ağrılar kəsir və elə bilirlər ki, daha ağrımayacaq. Beləliklə, diş irinləyir, çirk edir və son məqamda həkimə gedirlər”.

Gündə 2 dəfə...

Stomatoloq dişlərə düzgün qulluq barədə də danışıb: “Dişlərə gündə 2 dəfə qulluq etmək vacibdir - səhər yeməyindən sonra və axşam yatmazdan əvvəl. Son illər dünya əhalisinin 92 faizi paradantoloji, yəni diş əti xəstəliklərindən əziyyət çəkir. Ona görə də vaxtında həkimə müraciət etmək lazımdır”.

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Fevral 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see281

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see248

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see224

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see224

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see219

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see211

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see206

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see192

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see189

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see188

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see188

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see187

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see185

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see185

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see175

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see173

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see171

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see165

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see164

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri