Icma.az
close
up
RU
Sağlam qidalanaraq sağlam yaşayın!

Sağlam qidalanaraq sağlam yaşayın!

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hər il oktyabrın 16-nı Ümumdünya Qida Günü kimi qeyd edir. Müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da qeyd edilən bu günü əsas məqsəd dünya ictimaiyyətinin diqqətini ərzaq məsələsinə yönəltməkdən ibarətdir.

Məlum olduğu kimi,  dünya uzun illərdir ki, aclığa qarşı mübarizə aparır. Lakin indi qida ilə təmin olunmayanların sayı yenidən artmaqdadır. Dünyada 100 milyondan çox insan özünü ərzaqla kifayət qədər təmin edə bilmir. 821 milyon insan aclıqdan əziyyət çəkir, il ərzində 1,3 milyard dollardan çox ərzaq itkisinə yol verilir. Bu problemlərin aradan qalxması üçün dünya dövlətləri sıx əməkdaşlıq edir, ərzaq təminatı məsələsini birlikdə həyata keçirirlər.

Qida üzrə ekspert Fərid Səfərov hesab edir ki, ərzaq təhlükəsizliyi və qida təminatı bu gün dünyanın ən vacib problemlərindən biridir. Dünyada milyonlarla insanın kifayət qədər qida əldə edə bilmədiyi bir şəraitdə, digər tərəfdən böyük həcmdə ərzağın israf olunması ciddi ziddiyyətdir. Burada problem təkcə ərzağın istehsalında deyil, həm də onun düzgün bölüşdürülməsində, saxlanmasında və istehlakında olan çatışmazlıqlardır.

Ərzaq itkisi məhsulun istehsalı, yığımı, daşınması və saxlanması mərhələlərində, qida israfı isə əsasən satış və istehlak zamanı baş verir. Soyuq zəncirin qorunmaması, düzgün saxlama şəraitinin olmaması, satış və istehlakın düzgün planlaşdırılmaması böyük həcmdə məhsulun yararsız hala düşməsinə səbəb olur. Halbuki bu itkilərin azaldılması həm iqtisadi, həm də ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda da bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var. İstehlakçılar ərzağı ehtiyaclarına uyğun almalı, məhsulları düzgün şəraitdə saxlamalı və yeməli olduqları qədər hazırlamalıdırlar. Restoranlar, supermarketlər və digər qida müəssisələri isə artıq məhsulların qarşısını almaq üçün tələbatın düzgün proqnozlaşdırılması, porsiyaların optimallaşdırılması və təhlükəsizlik tələblərinə uyğun olduğu halda yararlı ərzaqların ehtiyacı olan insanlara yönləndirilməsi kimi üsullardan istifadə edə bilərlər.

Unutmamalıyıq ki, ərzaq israfı yalnız iqtisadi itki deyil. Hər atılan qidanın istehsalına su, enerji, torpaq, əmək və maliyyə resursları sərf olunur. Buna görə də Dünya Ərzaq Günü bizə yalnız aclıq problemini xatırlatmamalı, həm də hər birimizin bu problemin həllində məsuliyyət daşıdığını göstərməlidir. Ərzağa qənaət etmək, qidanı təhlükəsiz saxlamaq və israfı azaltmaq həm insanlara, həm də gələcək nəsillərə qarşı məsuliyyətimizdir. Sağlam qidalanaraq sağlam yaşayın!

İşğaldan azad edilmiş torpaqlarımızın zəngin torpaq-iqlim resursları Azərbaycanın ərzaq təhlükəsizliyinə misilsiz töhfə verir: Taxılçılıq vər Heyvandarlıq: Füzuli, Cəbrayıl, Ağdam, Zəngilan vər Laçın düzənliklərində on minlərlə hektar ərazi minadan təmizlənərək əkin dövriyyəsinə qatılıb. "Ağıllı Kənd" Aqroparkları: Zəngilanın Ağalı kəndində vər digər bərpa olunan məskənlərdə tətbiq edilən innovativ fermer təsərrüfatları ekoloji təmiz süd, ət və tərəvəz istehsalını sürətləndirib.

16 oktyabr Ümumdünya Qida Günü bir daha xatırladır ki, torpağa qayğı, kənd təsərrüfatının inkişafı vər ərzaq israfının qarşısının alınması hər bir vətəndaşın və cəmiyyətin ortaq məsuliyyətidir.

Otuz illik işğal dövründə ekoloji terrora, torpaq deqradasiyasına və minaaxtarış risklərinə məruz qalmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları bu gün Azərbaycanın ən dinamik inkişaf edən aqrar mərkəzlərinə çevrilir. 

“Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq həyata keçirilən sistemli tədbirlər nəticəsində azad edilmiş torpaqlar sürətlə əkin dövriyyəsinə qatılır, müasir aqroparklar salınır və ən son texnologiyalara əsaslanan “ağıllı kənd təsərrüfatı” tətbiq olunur. Azad olunmuş bərəkətli torpaqlarda əldə edilən orta məhsuldarlıq göstəriciləri ölkə üzrə orta göstəricilərdən yüksək olması ilə diqqət çəkir. 

Qarabağ və Şərqi Zəngəzurun aqrar dirçəlişi təkcə regionun sosial-iqtisadi simasını dəyişmir, həm də bütün Azərbaycanın ərzaq təhlükəsizliyinin, yerli istehsalının vər ixrac potensialının əsas hərəkətverici qüvvəsinə çevrilir.

Müşfiq MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see334

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see277

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see262

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see250

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see249

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see234

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see225

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see217

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see199

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see193

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see192

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see191

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see190

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see182

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see178

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see170

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see164

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri