Icma.az
close
up
RU
Sağlam və uzunömürlü yaşamağın sirləri: Həkimdən MƏSLƏHƏTLƏR

Sağlam və uzunömürlü yaşamağın sirləri: Həkimdən MƏSLƏHƏTLƏR

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sağlam həyat tərzi hər bir insanın ən böyük arzularından biridir. Lakin bu məqsədə çatmaq üçün sadəcə arzu kifayət etmir.

Bəs, insanlar sağlam və uzun ömürlü yaşamaq üçün nəyə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a həkim-terapevt Nərminə Abbasova bildirdi ki, xəstəliklərin, infeksiyaların və virusların geniş yayıldığı, xroniki xəstəliklərin artdığı bir dövrdə sağlam, uzun ömürlü yaşamaq müəyyən qədər çətinlik yaradır:

"Çünki insanlar çox vaxt bilmədən müxtəlif xəstəliklərə yoluxur, müalicəni vaxtında aparmır və nəticədə immun sistemi zəifləyir. Bu halda nə sağlam, nə də uzunömürlü yaşamaq mümkün olur. Ona görə ilk növbədə insanlar xəstəliklərin müalicəsinə vaxtında başlamalıdırlar. Sağlam yaşamaq üçün qidalanma rejiminə ciddi diqqət edilməlidir. Yuxu rejiminin qorunması, əsəb sistemində gərginliyin azaldılması və stress hallarının qarşısının alınması üçün təmkinli olmaq tövsiyə olunur. Daha da dərinə getsək, insanların əsas diqqəti mədə-bağırsaq sisteminin sağlamlığına yönəlməlidir. Çünki qəbul edilən qidaların tərkibindəki vitamin və minerallar orqanizmə məhz bu sistem vasitəsilə sorulur. Əgər mədə-bağırsaq sistemi normal işləmirsə, gündəlik qidalanma və ya mövcud xəstəliklər nəticəsində orada pozuntular yaranır. Buna görə də ən böyük diqqət mədə-bağırsaq sisteminin sağlam olmasına yönəlməlidir. Stressdən uzaq qalmaq üçün isə açıq havada daha çox vaxt keçirmək məsləhətdir".

Həkim xüsusilə vurğuladı ki, fast food yeməklərdən, yanmış yağlardan uzaq olmaq vacibdir:

"Çünki bir çox xəstəliklərin, xüsusilə də onkologiyanın yaranmasında onların rolu böyükdür. Düzgün qidalanma üçün tərəvəzlərin həm çiy, həm də bişmiş halda istifadəsi tövsiyə olunur. Təzə bişirilmiş yeməklərə üstünlük verilməlidir. Çünki dəfələrlə qızdırılmış yeməklər tərkibindəki vitamin və mineralları itirir və sadəcə doymaq üçün qəbul edilən keyfiyyətsiz qida halına gəlir. Buna görə insanlar az miqdarda, amma keyfiyyətli və təzə qidalardan istifadə etməlidirlər. Məsləhət görürəm ki, insanlar bacardıqlar qədər təbii meyvə və tərəvəz şirələrindən istifadə etməlidirlər".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:290
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Sentyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri