Icma.az
close
up
RU
Sağlam qidalanma üçün sadə məsləhətlər

Sağlam qidalanma üçün sadə məsləhətlər

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qeyri-sağlam qidalanma və fiziki avtiv olmamaq bütün dünyada bir çox sağlamlıq problemlərinin əsas səbəblərindəndir.

Sağlam qidalanma piylənmə, diabet, ürək-damar xəstəlikləri, iflic və onkoloji xəstəliklər də daxil olmaqla bir sıra qeyri-infeksion xəstəliklərdən (QİX) qorunmağa yardımçı olur. Sağlam qidalanma vərdişi həyatın erkən dövründən başlanmalıdır. Həyatın ilk 2 ilində balanslı qidalanma QİX-ə yoluxma riskini azaldır və sağlam həyat sürülməsini dəstəkləyir.

Son illərdə əhalinin istifadə etdiyi qidalar daha çox enerji/doymuş və trans yağ/sadə şəkər/duzla zəngin olur, əksinə meyvə-tərəvəz, tam taxıl məhsullarını az qəbul edilir. Sağlam və balanslı qidalanma fərdi ehtiyaclara görə təyin olunmalıdır (yaş, cins, həyat tərzi, fiziki aktivlik vəziyyəti və s.).

Böyüklər üçün sağlam qidalanma yolları aşağıdakılardan ibarətdir:

- Tam buğda məhsulları qəbul edilməlidir (tam buğda çörəyi, yulaf və çovdar məhsulları, yarma və s.)

- Gündəlik 400 qram (5 porsiya) meyvə və tərəvəz qəbul edilməlidir (1 porsiya meyvələr: 1 orta böyüklükdə şaftalı/1 orta böyüklükdə armud/  1 orta böyüklükdə portağal/1 orta böyüklükdə mandarin/1 orta böyüklükdə nar/3 kiçik xurma)

- Sadə şəkərlərdən alınan enerji ümumi enerjinin 10 %-dən az olmalıdır ( sadə şəkərlərə çay şəkəri, bal, cem, bəkməz, şirniyyatlar kimi qan şəkərini sürətlə qaldıran və qida dəyəri az olan qidalar aiddir)

- Yağlardan gələn enerji ümumi enerjinin 30 %-dən az olmalıdır (gündəlik ümumi enerji ehtiyacı qadınlarda orta hesabla 2100 kkal, kişilərdə 2800 kkal-dır)

- Gündəlik 5 qramdan çox olmamaqla yodlu duz istifadə olunmalıdır (1 çay qaşığı)

Uşaqlar üçün sağlam qidalanma yolları aşağıdakılardan ibarətdir:

- Körpələr ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanmalıdır.
- 6 aydan sonra körpəyə ana südü ilə bərabər yetərli və qidalandırıcılarla zəngin əlavə qida verilməlidir. Ana südü ilk 2 il ərzində verilməlidir.
- Qidalara şəkər və duz əlavə olunmamalıdır.

Sağlam qidalanma üçün sadə məsləhətlər:

Meyvə və tərəvəz. Yeməklərə tərəvəzlər əlavə olunmalı, yemək aralarında təzə meyvələr yeyilməlidir. Meyvə-tərəvəzlər müxtəlif çeşiddə və öz mövsümlərində istifadə olunmalıdır.

Yağlar. Ətlər bişirilərkən görünən yağlardan təmizlənməli, doymuş yağlar (quyruq yağı, iç yağı, kərə yağı) əvəzinə bitki yağları (zeytun yağı və s.) tərcih olunmalı, qızartma/qovurma yerinə buxarda/sobada bişirmə üsullarına üstünlük verilməli, transyağ tərkibli qidaların qəbulu məhdudlaşdırılmalıdır.

Duz. Yeməklərə sonradan duz əlavə olunmamalı, masaya duz qoyulmamalı, zəngin duz tərkibli qidaların qəbulu məhdudlaşdırılmalıdır.

Şəkər. Şəkər tərkibli qida və içkilərin qəbulu məhdudlaşdırılmalı, əvəzinə meyvə qəbulu tərcih olunmalıdır.

Saglamliq.isim.az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri