Icma.az
close
up
RU
Sağlamlığın gələcəyi cibimizdədir: Rəqəmsal səhiyyə dünya üzrə necə dəyişir?

Sağlamlığın gələcəyi cibimizdədir: Rəqəmsal səhiyyə dünya üzrə necə dəyişir?

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Dünyada səhiyyə sahəsində sürətlə yayılan yeni tendensiya – rəqəmsal sağlamlıq texnologiyaları (Digital Health) – artıq ənənəvi tibbi xidmət modelini dəyişdirməyə başlayıb. ABŞ, İsveç, Yaponiya və Avstraliya kimi ölkələrdə süni intellekt, uzaqdan diaqnoz və fərdi sağlamlıq izləmə texnologiyaları səhiyyənin əlçatanlığını və keyfiyyətini artırmaq üçün geniş tətbiq olunur.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, MT və ÜST isə rəqəmsal səhiyyənin gələcək 10 ildə bəşəriyyətin sağlamlıq vəziyyətinə ən böyük təsir göstərəcək sahə olduğunu vurğulayır.

Amerika Birləşmiş Ştatlarında süni intellekt əsaslı diaqnostik sistemlər artıq xəstəxanaların gündəlik praktikasında istifadə olunur. Məsələn, Mayo Clinic və Stanford Health 2024-cü ildə onkoloji xəstəliklərin erkən aşkarlanması üçün süni intellekt alqoritmləri tətbiq edərək, səhv diaqnozların sayını 22% azaldıb. ABŞ-da həmçinin ChatGPT və digər AI texnologiyaları xəstə məlumatlarının təhlilində, resept yazılmasında və xəstə ilə ilkin əlaqədə istifadə olunur.

Stanford Universitetinin səhiyyə texnologiyaları üzrə araşdırmasında qeyd olunur ki, rəqəmsal diaqnostika ənənəvi metodlara nisbətən 40% daha sürətlidir və xərc baxımından da səmərəlidir.

İsveç 2023-cü ildən etibarən “Min Hälsa” (Mənim Sağlamlığım) adlı rəqəmsal platforma ilə vətəndaşların tibbi xidmətlərə çıxışını mərkəzləşdirib. Platforma üzərindən vətəndaşlar həkimə yazıla, analiz nəticələrini izləyə, e-reseptlərə çıxış əldə edə və hətta psixoloji dəstək ala bilirlər. Rəqəmsal sistemlər həm də xəstəxana sıxlığını azaldaraq vaxt itkisini minumuma endirib.

Əhalisinin 30%-i 65 yaşdan yuxarı olan Yaponiyada səhiyyədə avtomatlaşdırma vacib ehtiyac halına gəlib. Tokio Universitetinin hazırladığı “Paro” adlı terapevtik robotlar artıq tək yaşayan yaşlı insanlarla emosional ünsiyyət qurur, dərman vaxtını xatırladır və təcili yardım siqnalı göndərə bilir. Yaponiya hökuməti bu texnologiyaları “intellektual qayğı” adlandırır və onların tətbiqini genişləndirmək üçün 2025-ci ilə qədər 100 milyard yen ayırmağı planlaşdırır.

ÜST-ün 2025-ci il "Rəqəmsal Sağlamlıq Hesabatı"nda vurğulanır ki, texnologiyanın səhiyyəyə inteqrasiyası bərabərlik yaratmaq əvəzinə yeni uçurumlar da formalaşdıra bilər. Rəqəmsal texnologiyalara çıxışı olmayan azinkişaf etmiş ölkələrdə bu yeniliklər sadəcə statistikada qalır. Məsələn, Afrika qitəsində 40-dan çox ölkədə internetə çıxışı olmayan klinikalar var və rəqəmsal səhiyyə xidmətlərindən istifadə sıfıra yaxındır.

Azərbaycanda rəqəmsal səhiyyəyə keçid prosesi hələ ilkin mərhələdədir. E-resept sistemi, tibbi sığorta platformaları və bəzi özəl klinikalarda onlayn konsultasiya xidmətləri artıq fəaliyyət göstərsə də, dövlət səhiyyəsində bu texnologiyaların geniş miqyasda tətbiqi müşahidə olunmur. Ekspertlərin fikrincə, sistemli islahatlar, həkimlərin texnologiya biliklərinin artırılması və infrastruktur yenilənməsi bu sahədə əsas ehtiyaclardır.

Beynəlxalq araşdırmalar göstərir ki, rəqəmsal texnologiyalar səhiyyəni daha inklüziv, əlçatan və səmərəli edə bilər. Lakin bu transformasiya üçün təkcə texnologiya deyil, həm də siyasi iradə, etik tənzimləmə və sosial ədalət prinsiplərinin təmin olunması vacibdir.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyul 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see190

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see165

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see142

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see137

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see134

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri