Icma.az
close
up
RU
O deputatlar Ramiz Mehdiyevin göstərişi ilə ordumuz haqda müraciət yaydı Sensasiya

O deputatlar Ramiz Mehdiyevin göstərişi ilə ordumuz haqda müraciət yaydı Sensasiya

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təxminən 8-10 ilin söhbətidir. Bir neçə deputat – içlərində komitə sədri də var – qəfildən açıqlama verdilər ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Hardan çıxdı bu məsələ? Rusiyanın yaratdığı təşkilat, işğalçı Ermənistanın – o vaxt torpaqlarımızı işğaldan azad etməmişdik – təmsil olunduğu qurum… Azərbaycan niyə burda olmalıdır?

Globalinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri Elxan Şahinoğlu Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyanın adamı olması və millət vəkillərinin də bu prosesdə iştirakı haqda “Media Türk” kanalına danışarkən deyib.

O bildirib ki, həmin deputat və komitə sədri ilə bir ay qiyabi polemika aparıb:

“Onların zəif bir arqumenti vardı – guya biz KTMT-yə üzv olsaq, Rusiyadan daha ucuz silah ala bilərdik. Onda mən bildirdim ki, təzəlikcə Rusiyadan 5 milyard dollarlıq silah-sursat almışıq və Nəcməddin Sadıqovun sayəsində onların yarısı keyfiyyətsiz və zaydır. Niyə biz yenə keyfiyyətsiz silah almağa davam etməliyik?

Hiss etdim ki, bu dəst-xətt (Azərbaycanın KTMT-yə üzv olması təklifi – red.) Ramiz Mehdiyevdən gəlir. Ramiz Mehdiyevin dəstəyi ilə seçilən deputatlar bu məsələni gündəmə atıblar, müzakirəyə çıxarıblar, məqsəd də nəbz yoxlamasıdır. Əlbəttə ki, Ramiz Mehdiyevin sifarişi ilə”.

E.Şahinoğlu xatırladıb ki, həmin ərəfədə Prezident İlham Əliyevin xarici səfərlərindən birində rusiyalı jurnalist “Azərbaycan KTMT üzvü olmaq istəyərmi” sualını verib:

“Bu sualın verilməsi ilə anladım ki, ölkəmizdə bu mövzunu gündəmə gətirmək elə Kremlin istəyidir və bir mərkəzdən idarə olunur.

İlham Əliyev çox konkret bir cavab verdi, dedi ki, Azərbaycanın hərbi bloklara qoşulmaq niyyəti yoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri