Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Sağlamlıq səhiyyənin, sağlam olmaq hər kəsin hədəfidir

Sağlamlıq səhiyyənin, sağlam olmaq hər kəsin hədəfidir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birgə fəaliyyət isə insanlara uzun ömür və xoşbəxtlik bəxş edir

Ümumdünya Səhiyyə Təşkilatının yarandığı 1948-ci il aprelin 7-si hər il Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. 1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq 7 apreldə qeyd edilir. Həmin gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. ÜST-nin Avropa bürosu hər il bununla bağlı xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradır. Ayrı-ayrı illərdə Ümumdünya Sağlamlıq Günündə “Daha ədalətli və daha sağlam dünya quraq!” və “Bizim planetimiz bizim sağlamlığımızdır” şüarları qəbul olunub. 

ÜST-nin hesablamalarına əsasən, qarşısı alınmayan ekoloji səbəblərin yaratdığı xəstəliklərdən hər il dünyada 13 milyon nəfər həyatını itirir. Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda duran əsas məsələlərdən biridir. Uzun və sağlam ömür yaşamağa nail olmaq və sağlamlığın möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran başlıca vəzifələrdən sayılır. 

“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb elmləri doktoru Yazgül Abdıyeva XQ-yə açıqlamasında insanların sağlam həyat sürməsi üçün lazım olan məqamları diqqətə çatdırıb:

– İnsanın sağlamlığı öz əlindədir. Ona görə də yaşayış tərzinə, qidalanmaya, ətraf mühitə qarşı münasibətə, eləcə də əsəb sisteminin tənzimlənməsinə diqqət yetirmək lazımdır. Hətta müəyyən yaş həddinə çatandan sonra buna xüsusi fikir verilməlidir. Təəssüf ki, bunu çox vaxt edə bilmirik. Sağlamlığı qorumaq üçün il ərzində iki dəfə müəyyən müayinələrdən keçmək şərtdir. Əsas da ürək-qan damar sistemi, tənəffüs və həzm sistemi ilə bağlı müayinələrə üstünlük verilməlidir. Fəsillərin dəyişməsi zamanı bunu mütləq yoxlamaq lazımdır. Çünki bu zaman xroniki xəstəliklər daha da kəskinləşir.

Sağlam həyat tərzində hərəkətliliyin yüksək səviyyədə olmasına da diqqət yetirmək lazımdır. Son illər texniki tərəqqi ilə əlaqədar insanlar oturaq həyat tərzi keçirirlər. Gün ərzində 14–15 saat sükan arxasında olmaq, 8 saat kompüter qarşısında oturmaq arzuolunan deyil. Bu, hipodinamiyaya gətirib çıxarır. Məhz bütün xəstəliklərin başlanğıcı bununla bağlıdır. Belə olanda damarlarda qanın hərəkəti müəyyən qədər zəifləyir. Bu da müxtəlif xəstəliklərin yaranmasına təkan verir. Piyada gəzmək – insan orqanizminin gücü və əzələ sümük sisteminin gəzintiyə davamlılığından asılıdır. Gün ərzində hər kəsə maksimum 3–4 saat piyada gəzmək məsləhət görülür.

Şam yeməyindən sonra da 1–2 saat gəzməyin güclü təsiri var. Bu, həm də insanın gecə rahat yuxu almasına imkan verir. Hər bir yaşda da bunun saatı və müəyyən məsafəsi var. Bəzi mütəxəssislər gün ərzində ən azı 3 kilometr yol qət etməyi tövsiyə edirlər. Düşünürəm ki, 60–70 yaşlarında olan insan üçün bu məsafə çoxdur. 

Biz çalışmalıyıq ki, hökumətlər insan sağlamlığı və rifahını iqlim dəyişikliyi siyasətinin əsas mövzusuna çevirsinlər və Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla sağlamlığın qorunması istiqamətində etdikləri cəhdləri yeniləsinlər. Biz çalışmalıyıq ki, səhiyyə nazirlikləri iqlim dəyişiklikləri ilə bağlı problemləri həll etmək və öz ölkələrinin əhalisinin sağlamlığını qorumaq məqsədilə ictimai səhiyyə siyasətini və təcrübəsini gücləndirsinlər. Ən əsası isə ayrı-ayrı vətəndaşlar özləri həm sağlamlığın səviyyəsinin artmasına, həm də iqlim dəyişikliyinin azalmasına imkan verəcək seçim etməlidir.

Həkim hazırda daha çox təsadüf edilən qəfil ölümlərin fərdi xarakter daşıdığını, amma sağlamlığına diqqət edən insanlarda bu halın müşahidə edilmədiyini bildirib:

– Mütəxəssislər qeyri-sabit və dəyişkən iqlimin sağlamlığa necə təsir göstərdiyini bilirlər. ÜST-nin sağlamlıq günü ilə bağlı yaydığı açıqlamada deyilir ki, havaların kəskin istiləşməsi, fırtınalar, daşqınlar və quraqlıqlar hər il on minlərlə insanın həyatına son qoyur. İqlim dəyişikliyinə həssas olan ishal, malyariya və zülal-enerji çatışmazlığı kimi xəstəliklər artıq 3 milyondan çox insanın ölümünə səbəb olur. 

İqlim dəyişikliyi yoxsulluqdan irəli gələn xəstəliklərlə mübarizədə əldə etdiyimiz inkişafın geriləməsi və varlılar ilə kasıbların sağlamlıq göstəriciləri arasındakı fərqin dərinləşməsi təhlükəsini yaradır. Sağlamlığın əsas şərtlərindən biri və gələcəyin təməli düzgün qidalanmadır. Bu şərtə əməl edilməyəndə orqanizmdə maddələr mübadiləsi pozulur və xəstəliklərin əksəriyyəti bu səbəbdən yaranır. 

 Bu gün dünyanın bütün sivil ölkələrində olduğu kimi, Azərbaycanda da qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində istehsalın bütün mərhələlərinə nəzarət həyata keçirilir. Bu baxımdan sağlam gələcək nəslin indidən düzgün formalaşması üçün onların necə qidalanması məsələsi daha çox gündəmə gəlir. Düzgün qidalanma həyat keyfiyyətini – sağlamlığı, əhval-ruhiyyəni, əmək qabiliyyətini, maddələr mübadiləsini, bu və ya digər orqan və sistemlərin dolğun fəaliyyətini təmin edir, bəzi qeyri-infeksion xəstəliklərin qarşısını ala bilir.

Təəssüf ki, insanların xeyli hissəsi qidalanma qaydalarından xəbərsizdir. Təcrübə göstərir ki, qidalanma zamanı heç bir prinsipi gözləməmək ən çox yol verilən səhvlərdən biridir. Gün ərzində yediyimiz qidalar orqanizmin gündəlik ehtiyacı olduğu vitamin və mineralları ödəməlidir. Hər şeyin qədərindən artıq qəbulu, təbii ki, xoşagəlməz halların yaranmasına səbəb ola bilər. Qida rasionunda və həyat tərzindəki dəyişikliklər inkişaf etmiş ölkələrdə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi və insultlar, xərçəngin bəzi növləri insanın əmək qabiliyyətini itirməsinə və vaxtsız ölümlərə səbəb olur. 

Qəbul etdiyimiz qidalar çoxçeşidli olmalıdır. Müxtəlif növ meyvə və tərəvəzdən, ət və ət məhsullarından, süd və süd məhsullarından fərqli şəkildə istifadə etmək insanın daha nikbin və sağlam yaşamasına kömək edir. Qarşıdan hər şeyin bol olduğu yay fəsli gəlir. Ona görə də, bu bolluqdan orqanizmin xeyrinə daha çox istifadə etmək lazımdır. Çox yeməyə can atmaq lazım deyil. Bu, orqanizmə əlavə və ağır yükdür.

Həftəlik yemək rasionuna daha çox daxil edilən və orqanizmi zəhərləyən ət, yağ, yumurta, göbələk, pendir, ağ çörək və paxlalı bitkiləri qidadan çıxara bilmədikdə onları tərəvəzlərə əlavə kimi qəbul etmək lazımdır. Sağlamlığımız üçün edə biləcəyimiz ən əhəmiyyətli addımlardan biri, emal və qablaşdırılan əlavə məhsullardan, rafinə olunmuş qidalardan, qızartmalardan, qazlı şirin sulardan mümkün qədər az istifadə edilməsidir.

Sağlam qidalanmanın əsas şərtləri keyfiyyətli və ekoloji təmiz məhsullar yeməklə yanaşı, qidalanma rejimi və tərzinə düzgün riayət edilməsidir. Həzm sistemi həm əsas qida maddələrini mənimsəyir, həm də ifrazat sistemi ilə birbaşa əlaqə qurur. Qidalanmada əsas yerlərdən birini qidanın düzgün çeynənməsi və xırdalanması tutur. Qidaları mümkün qədər çox çeynəyəndə və ağız şirəsi ilə isladanda yaxşı həzm olur, nəticədə orqanizm həzmolma prosesinə az enerji sərf edir. Çünki qidanı çox çeynədikdə həm qidalanma vaxtı uzanır, həm də, qida çox parçalandığı üçün rahat həzm olunur. Yeməyi yaxşı çeynəmək tüpürcək ifrazını artırdığına görə, mədədəki tüpürcəyin miqdarı təbii olaraq artır. 

Düzgün qidalanma qaydasında onikibarmaq bağırsaqda qidaları sağlam həzm olunan hər kəs sağlam və gümrah yaşayır, mənən və ruhən güclü olur. Tələsə-tələsə yemək həzm sisteminin işinə mənfi təsir göstərir. Çünki doyma refleksi mədədə deyil, beyindədir. Aclıq hissini daha yaxşı idarə etmək və çox yeməmək üçün gündəlik qida ən az 3–6 paya bölünməli, hər payda az-az yeyilməlidir. Yay fəslində günün uzun olması bu payları artıra bilər. Qəbul edilən qidanın kalori miqdarına ciddi fikir verilməlidir. Orqanizm özünə nə qədər kalori götürəcəyini yaxşı bilir. Qədərindən çox yeyildikdə artıqlar piy şəklində bədəndə toplanır və piylənmə başlayır.

Ümumiyyətlə, hər kəs öz iş rejiminə görə qida qəbul etməlidir. Bütün günü aktiv həyat tərzi sürənlər və daha çox hərəkətdə olanlar, təbii ki, daha çox kalori itirirlər. Oturaq həyat tərzi keçirənlər və həmişə formada olmaq istəyənlər isə hər bir qidanın enerji dəyərini bilməli, planlı şəkildə bəslənməlidirlər.

Səhər yeməyində süfrədə kolbasa, sosiska, vetçina, konservləşdirilmiş məhsullar, meyvə şirələri, qəhvə, çoxlu şəkərli şirin və soyuq məhsulların olması məsləhət deyil. Bol su, isti çay, pendir, az miqdar kərə yağı, bal, südlü sıyıqlar, yumurta, qara çörək yemək məqsədəuyğundur. Günorta ət, balıq, toyuq, göbələk və digər tərəvəzlərdən hazırlanmış şorbalar və quru yeməklər, axşam süfrəsində isə yüngül qəlyanaltılar və salatlar, qatıq və süddən istifadə etmək tövsiyə olunur.

Orqanizmin düzgün qidalanmasının pozulmasına ciddi təsir göstərən əsas faktorlardan biri də stress amilidir. Belə ki, orqanizm stresə məruz qaldığı zaman maddələr mübadiləsində ciddi dəyişikliklər baş verir. Məsələn, yağ mübadiləsi zamanı piy depolarından yağın mobilizasiyası baş verir. Qaraciyərdə xolesterin sintezi 2,5 dəfə yüksəlir. Yağ turşuları müxtəlif orqanlarda toplanaraq, qaraciyərin piy infiltrasiyasına səbəb olur. Karbohidrat mübadiləsində də dəyişikliklər müşahidə olunur: qanda insulinin miqdarı azalır, qlükozanın miqdarı isə artır. 

Stress orqanizmin vitaminlərə tələbatını 2–3 dəfə artırır. Stress zamanı ət və ət məhsulları, şəkər, dən məmulatları, tort, şokolad yeyilməsi məsləhət görülmür. Aminturşular, qida lifləri, vitaminlər, mineral maddələr əhəmiyyətlidir.

Qidalar arasında orqanizmin sağlamlığında ən əhəmiyyətli içki vasitəsi isə sudur. Su yaşamaq üçün önəmli, hava qədər vacibdir. Suyun tərkibi minerallarla çox zəngindir. Orqanizmdə gedən reaksiyalarda su həlledici rol oynayır. Su bədən temperaturunu tənzimləyir, həzmə, zərərli maddələrin orqanizmdən ixrac olunmasına kömək edir. 

Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək düzgün deyil, çünki su 10–15 dəqiqə sonra mədəni tərk edərək özü ilə bərabər mədə şirəsini də yuyub aparır və həzmolmanı pozur. Suyu meyvələrdən 30 dəqiqə, nişastalı qidalardan 2 saat, zülallı qidalardan 4 saat sonra içmək daha yaxşıdır.

Hər kəsin sağlam bəslənməsi üçün bütün bu cəhətlərə mütləq diqqət edilməli və qidalanma zamanı yeknəsənkliyə, uyuşmazlığa və təkrara yol verməmək üçün həftə ərzində hansı ərzaq məhsullarından – tərəvəzlərdən və meyvələrdən istifadə edəcəyinin əvvəlcədən planlaşdırılması məqsədəuyğundur.

Zərifə BƏŞİRQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri