Sağlamlıq üçün təhlükəli imiş Çoxunun evində var
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Daxili səthində cızıqlar olan keramika stəkanlardan istifadə sağlamlıq üçün risklidir.
Milli.Az-ın məlumatına görə, xüsusilə bu cür stəkanlarda isti çay və ya qəhvə içmək ağır metallara məruz qalma ehtimalını artırır.
Qeyd olunur ki, keramika stəkanlar gildən hazırlanır və üzərindəki qoruyucu örtük zədələndikdə, tərkibində olan ağır metallar qida və içkilərə keçməyə başlayır. Stəkanın iç səthində əmələ gələn xırda cızıqlar bu prosesi daha da sürətləndirir. İsti içkilər isə ağır metalların içkiyə keçmə riskini artıran əsas amillərdən biridir.
Məlumata görə, bir çox evdə hələ də cızılmış keramika stəkanlardan istifadə olunur. Halbuki bu cür qablar artıq mətbəxdə istifadə üçün uyğun hesab edilmir.
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 06 Fevral 2026 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















