ŞAH İSMAYIL DEYİB Kİ…
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
Ağır taxtalı kişi Firudin Şuşinski əsərlərinin birində Lenindən sitat gətirərək yazır: «Lenin deyib ki…»
Rəhmətliyin o qədər düşməni vardı ki, həm özümüzdən, həm də ermənilərdən, həmin düşmənlər yığışıb Leninin əsərlərini ələk-vələk edirlər, amma Firudin Şuşinskinin yazdığı sitatı tapa bilmirlər. Və şikayət edirlər ki, Lenin heç vaxt belə bir şey yazmayıb.
Firudin bəyi çağırırlar yuxarı, «yuxarı» sözünü də başa düşdüz də, deyirlər ki, göstər görək Lenin hansı əsərində yazıb bunu.
Bəy gülüb deyib:
- Lenin onu yazmayıb ey, deyib, Peterburqda bir iclasda. Mən də həmin iclasdakı məsləkdaşlardan eşitmişəm.
Şah İsmayıl davası qurtardısa, mən də Şah babamızdan bir bənd demək istəyirəm.
Deyib ki:
Türk dilim dövlət dilimdir,
mənəvi varlığım, qeyrət dilimdir!
Qoy indi Şah İsmayılı sevməyənlər məni topa tutsunlar ki, bunu harda deyib, nə vaxt deyib?
Narahat olmayın, cavabım hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 27 Avqust 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















