Icma.az
close
up
RU
Şah İsmayıl Xətai və Ulu Öndər Simvolik görüşün pərdəarxsı VİDEO

Şah İsmayıl Xətai və Ulu Öndər Simvolik görüşün pərdəarxsı VİDEO

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


1998-ci ildə Novruz bayramı ərəfəsində keçirilən dövlət tədbirlərindən birində yaddaqalan və maraqlı bir səhnəcik nümayiş etdirilib. Şah İsmayıl Xətai ilə müasir Azərbaycanın qurucususu, Ümumilli lider Heydər Əliyevin görüşü səhnələşdirilib.

Bakupost.az xəbər verir ki, Milli Məclisin deputatı Elçin Mirzəbəyli həmin tədbirləri bağlı xatirələrini sosial şəbəkədə paylaşıb:

“Yanılmıramsa, 1998-ci ilin Novruz bayramı ərəfəsi idi. Mədəniyyət Nazirliyində çalışırdım. Bayram tədbirləri ilə bağlı müzakirələr zamanı belə qərara alındı ki, bu dəfə bayram tədbirinə fərqli yanaşılsın. Şah İsmayıl Xətai ilə müasir Azərbaycanın qurucusunun rəmzi görüşünün "təşkil edilməsi" təklifini irəli sürdüm. Bəyənildi və mənə təklifimi ssenariyə çevirmək tapşırıldı. Beləliklə, Şah İsmayıl Xətainin dilindən Ulu Öndərə müraciət formasında şeir yazdım və ssenaridə bu şeirin Xətainin geyimində olan aktyor tərəfindən, Şirvanşahlar sarayının divanında ifa edilməsinin zəruriliyini vurğuladım. Xətai obrazını canlandıracaq aktyorla bağlı, demək olar ki, müzakirə aparılmadı. Bütün yaradıcı heyətin ağlından eyni sənətkarın adı keçdi...

Təbii ki, əziz dostum, böyük sənətkarımız, Xalq artisti Nurəddin Mehdixanlını nəzərdə tuturam.

Nurəddin bəy hər zaman olduğu kimi Xətainin obrazını da mükəmməl canlandırdı...

Və beləliklə, Ulu Öndər Şirvanşahlar sarayının yanından keçəndə sürprizlə qarşılaşdı. Sonradan şeiri və təbii ki, ifanı çox bəyəndiyini və hətta onun haqqında çəkilən filmlərdən birində Nurəddin bəyin ifasında bu şeirdən istifadə edildiyini eşitdim.

Bu şeirə və kiçik səhnə quruluşuna görə, mənə böyük pul mükafatı da yazdılar. Amma işdən ayrıldıqdan sonra mənə məxsus olan digər yaradıcılıq nümunələrinin səs və videoyazıları kimi, mənim üçün müstəsna önəm daşıyan və indi paylaşdığım bu görüntüləri də əldə edə bilmədim. Təsadüfən qarşıma çıxdı...

Nurəddin bəyə dərin minnətdarlığımı bildirirəm.

Ulu Öndərin ruhu şad olsun”.


Aysel,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 May 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri