Icma.az
close
up
RU
“Şah İsmayılın həyatı (“Fütuhatişahi” və “Həbibüssiyər” əsərləri əsasında)” monoqrafiyası çapdan çıxıb AZƏRTAC

“Şah İsmayılın həyatı (“Fütuhatişahi” və “Həbibüssiyər” əsərləri əsasında)” monoqrafiyası çapdan çıxıb AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 11 dekabr, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Samid Bağırovun “Şah İsmayılın həyatı (“Fütuhati-şahi” və “Həbibüs-siyər” əsərləri əsasında)” monoqrafiyası çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əsərin səfəvişünaslığa gətirdiyi yenilik şahın həyatının ən erkən iki Səfəvi qaynağına əsasən araşdırılmasıdır. Bunlar “Fütuhati-şahi” və “Həbibüs-siyər” mənbələridir. Həmin əsərlər Azərbaycan səfəvişünaslığında indiyədək müstəqil və geniş şəkildə tədqiqata cəlb edilməyib. Şah İsmayılın həyatını bu iki əsərə əsasən araşdırmağın bir özəlliyi də onları yazan münşilərin daha obyektiv mövqeləridir. Belə ki, sözügedən iki əsərin müəllifləri Qiyasəddin Xandəmir və İbrahim Əmini Hərəvi Səfəvi sarayına gəlmədən öncə Teymuri dövləti sarayında müxtəlif vəzifələri daşıyıblar. Demək olar ki, onların dini, siyasi və məzhəbi düşüncələri Səfəvi sarayında deyil, Teymuri dövləti sarayında formalaşıb.

Monoqrafiya giriş, 8 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Fəsillərdə “Fütuhati-şahi” və “Həbibüs-siyər” əsərlərinin elmi dəyəri göstərilir. Səfəvilərin soy kökündən bəhs edilir və Şah İsmayılın təriqətdən hakimiyyətə gedən yoluna nəzər salınır. Həmçinin fəsillərdə Şah İsmayılın fəth etdiyi ərazilərdən, Osmanlı dövləti ilə münasibətlərindən, Çaldıran döyüşündən sonrakı vəziyyətdən, habelə Səfəvi dövründə dinə münasibətdən bəhs edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see253

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see240

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see186

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see175

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see163

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see147

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see132

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see124

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see122

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri