Filosof alimin “Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyası çapdan çıxıb AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 7 dekabr, AZƏRTAC
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri dosent Xatirə Quliyevanın “Heydər Əliyevin böyük siyasət yolu” fundamental monoqrafiyası çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a məlumat verən dosent Xatirə Quliyeva bildirib ki, monoqrafiya Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilib. AMEA İctimai Elmlər Bölməsinin qərarı ilə çapa tövsiyə olunmuş əsər 5 fəsildən ibarətdir.
“Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının elmi məsləhətçisi və “Ön söz” müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Elmi redaktoru isə AMEA-nın İctimai Elmlər Bölməsi Elmi şurası sədrinin müavini akademik Nərgiz Axundovadır. Əsərə Naxçıvan Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev, Kiyev Əqli Mülkiyyət və Hüquq Akademiyasının professoru, hüquq elmləri doktoru Arif Quliyev rəy veriblər. Monoqrafiyanın məsul redaktorları tarix elmləri doktoru Röfət Quliyev və AMEA Tarix və Etnologiya İnstitutunun Heydərşünaslıq şöbəsinin aparıcı elmi işçisi Günel Aslanlı, redaktorları Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin əməkdaşları Sevinc Nisa Quliyeva və Lalə Əliyevadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 07 Dekabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















