Icma.az
close
up
RU

Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə tarixi, mədəniyyəti və irsi baxımından son dərəcə zəngin bir diyardır. Qardaş ölkə həm də məscidlərinin çoxluğu ilə diqqət çəkir. Məscidlər yerli əhali üçün sadəcə, bir ibadət yeri deyil. Dünya tarixi üçün bir irs olan bu məscidlər həm də zəngin mədəniyyətin imzası və böyük imperiyaların qalığıdır. Türkiyə mədəniyyətinin, tarixinin zənginliyini məscidləri ziyarət etməklə görmək mümkündür. 

Modern.az-ın məlumatına görə, Türkiyənin dünya memarlıq tarixinə bəxş etdiyi məşhur simalardan biri də Memar Sinandır və buradakı məscidlərin bir çoxunun memarı məhz odur. 
Osmanlı memarlıq sənətinin möhtəşəm yüzilliyini təmsil edən Memar Sinan yarım əsr ərzində məscid, bazar, körpü, karvansara kimi bir çox abidələr yaradıb. O, zəlzələlərin nəticələrini bildiyi üçün tikililərdə bunu mütləq nəzərə alırmış.
Memar Sinanın estetik zövq, bənzərsiz üsullar və möhkəm təməllər və inşaat planı ilə ərsəyə gələn çoxsaylı memarlıq nümunələri arasında Süleymaniyyə camisi, Şahzadə məscidi, Səlimiyyə məscidi, Drina körpüsü, Mostar körpüsü xüsusilə sevilir və seçilir.
Memar Sinan Osmanlı ordularının Avropa ölkələrinə səfərləri zamanı keçilməyən çaylar üzərində saldığı möhkəm körpülərlə Sultan Süleymanın diqqətini cəlb edərək, ömrünün axırına qədər dövlətin baş memarı olub.  

Bəs Memar Sinan kim idi? Onun məşhurluğunun əsl səbəbi nə idi? Dünyada bəlkə də haqqında danışdığımız Memar Sinan qədər bina tikən, tarixə öz izini memarlıq əsərləri ilə həkk etdirən ikinci bir memar yoxdur.
Memar Sinan 1539-cu ildə sədrəzəm Ayaz Mehmed Paşa tərəfindən Osmanlı imperatorluğunun baş memarı təyin edilib. Memar Sinan 1588-ci ildə ölümünə qədər vəzifəsində qaldı və üç sultanın hakimiyyəti dönəmində - I Süleyman (1520-66), II Səlim (1566–74) və III Murad (1574–95) dövründə şah əsərlərini yaratdı. Sinan öz xatirələrində "Teẕkiretü’l-bünyān" adlı əsərində 80 cümə məscidi (böyük məscid) və 400-dən çox kiçik məscidi daxil olmaqla 698 binanı layihələndirdiyini bildirib. Əslində o, imperator memarlarından ibarət qrupa rəhbərlik edirdi və tikilən binalar kollektiv iş sayılırdı. Sinan özü sultan üçün aparılan böyük tikinti layihələrində iştirak edirdi. Bunlar Ədirnədəki Şahzadə külliyəsi (1543–48), Süleymaniyyə məscidi (1548–59), Qırxçeşme su işləri (1561–65), Qanuni Sultan Süleyman Körpüsü (1565–67) və Səlimiyyə məscidləri (1568–74) idi. Bu tarixdən sonra o, III Muradın dövründə böyük tikinti işləri aparmamış, yaşlandığı üçün işi başqa memarlara həvalə etmişdir.
Məscidlər Türkiyənin səma xəttinə dünyanın heç bir yerində rast gəlinməyən unikal bir dərinlik və xarakter əlavə edir. Möhtəşəm minarələri və aydın mavi səmaya qarşı gözə çarpan günbəzləri ilə, Türkiyədə dünyanın ən böyük və ən gözəl məscidlərindən bir neçəsi var.

Bursa Ulu Məscidi
1396-1399-cu illər arasında Osmanlı İmperatorluğu dövründə tikilmiş Bursa Ulu Məscidi Səlcuqlu memarlığından qaynaqlanan əsl Osmanlı memarlıq üslubunun ecazkar əsəridir. Bu məscidin divarlarında və sütunlarında həkk olunmuş İslam xəttatlığının gözəl nümunələri, Bursa Ulu Məscidini qədim İslam xəttatlığının nümunəsidir.  

Rüstəm Paşa Məscidi (İstanbul)
Osmanlı dövründə memar Sinan tərəfindən tikilən Rüstəm Paşa məscidi məscid Sultan I Süleymanın baş vəziri Rüstəm Paşa tərəfindən maliyyələşdirilib.
Mürəkkəb nəbati və həndəsi naxışlarla gözəl İznik kaşıları divarın həm daxili, həm də xarici hissələrini bəzəyir. Məscidin nisbətən kiçik olması səbəbindən incə sənət əsərlərinin gözəlliyini araşdırmaq və qiymətləndirmək daha asandır. Küçə səviyyəsindən yuxarıda yerləşən məscid yoldan keçənlərə asan görünmür. 

Səlimiyə məscidi (Ədirnə)

Türkiyə memarlıq sənətinin şah əsərlərindən biri də Səlimiyə məscididir. Türkiyənin ən böyük məscidlərindən biri olan Səlimiyə məscidinin möhtəşəm quruluşu təxminən 28,500 m² geniş ərazidə təpənin üstündədir. Ədirnənin ən hündür nöqtələrindən birində inşa edilən məscid Ədirnə Sultanı II Səlimin dövründə Memar Sinan tərəfindən tikilib, məscidin nəhəng ibadət salonunda 6,000 nəfər namaz qıla bilər. Osmanlı İmperatorluğunun ən məşhur memarı Memar Sinan Səlimiyə məscidini onun şah əsəri hesab edirdi. 
Səlimiyə məscidi 2011-ci ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Muradiye Məscidi (Manisa)
Manisada olan Muradiye Məscidi də öz gözəlliyi ilə turistləri heyran qoyan bir məsciddir. Sultan III Mehmet 1595-ci ildə Manisa şəhərində Muradiyə məscidinin inşasını tapşırır. Atasının və babasının ənənəsinə sadiq qalaraq, bu layihənin dizaynını məşhur memar Sinana həvalə edilir. Sözsüz ki, memar Sinanın inşa etdiyi bütün məscidlər öz akustikası və gözəlliyi ilə bütün Şərqdə sevilir.

Yeni Məscid (İstanbul)
Yeni məscid Osmanlı dövründə inşa edilən bir sənət əsəridir. Məscidin tikintisi 1587-ci ildə başlanır və 1665-ci ilə qədər davam edir. Məscid ilk olaraq Validə Sultan Məscidi adlanır. Yeni Məscidin nəhəng bir kompleks kimi möhtəşəm quruluşu və dizaynı təkcə dini məqsədlərə xidmət etmir, həm də böyük mədəni əhəmiyyətə malikdir.

Divriği Ulu Məscidi və Darüşşifası (Divriği kəndi)
Bir təpədə kiçik bir kəndin üstündə oturan Divriği Ulu Məscidi Türkiyənin ən gözəl məscid komplekslərindən biridir. YUNESKO-nun Ümumdünya İrs Saytı statusunu gözəl sənətkarlığı sayəsində qazanıb. Bu tarixi, dini abidənin tikilişi çox qədimə gedib çıxır. Tarixi faktlara görə, Ulu cami (böyük məscid) və darüşşifası (xəstəxana) Səlcuqlu-Türk bəylikləri tərəfindən inşa edilib.
Divriği Ulu Məscidinin ən diqqətçəkən xüsusiyyəti daş qapılarıdır. Dörd qapının hündürlüyü 14 metrə çatır və mürəkkəb həndəsi naxışlar, nəbati motivlər və heyvan naxışları ilə örtülmüşdür. İslam memarlığı tarixində parlaq memarlığı ilə məscid şah əsəridir. Məscidə girdiyiniz zaman sizi tağlı daş işləri qarşılayacaq və sakit darüşşifası daxili məkanlar qəsdən bəzəksiz buraxılmış və beləliklə, məscidlə dramatik bir kontrast yaradılmışdır.

Süleymaniyyə məscidi (İstanbul)
Memar Sinanın yaradıcılığının daha bir möcüzəsi olan Süleymaniyyə məscidi Türkiyənin ən böyük məscidlərindən biridir. Təxminən 1550-1558-ci illərdə Sultan Süleymanın əmri ilə tikilmiş məscid böyük əraziyə malikdir. İbadət zalının qübbəli geniş daxili məkanı var. Hər gün bu məscidi minlərlə turist ziyarət edir.

Sultanahmet Məscidi (İstanbul)
Mehmet Ağanın göstərişi ilə inşa edilən Sultanahmet Məscidi, şübhəsiz ki, Türkiyənin ən məşhur məscidlərindən biridir. Mürəkkəb memarlığın əsl möcüzəsi olan məscid 1609-1616-cı illər arasında tikilmişdir. Altı minarəsi olan bu məsciddə turistlərin ən sevimli yerlərindən biridir.

Mahmud bəy məscidi (Kasaba kəndi, Kastamonu)
Təxminən 1366-cı ildə tikilmiş bu nəfis məscid Kastamonu şəhərindən təxminən 17 km aralıda Kasabanın kiçik obasında yerləşir və bu məscid tarixi görünüşünə və dizaynına görə olduqca möhtəşəmdir. Çünki bu məscid ağac boyalı və oyma ilə şəkilləndirilmiş bir sənət əsəridir.
Məscidin içərisində çoxsaylı taxta tavanlar, taxta sütunlar və mürəkkəb çiçək və həndəsi naxışlarla bəzədilmiş taxta qalereya mövcuddur.

Kocatepe Məscidi (Ankara)
Türkiyənin ən gözəl məscidlərindən biri də sözsüz ki, Ankarada yerləşən Kocatəpə məscididir. Məscid 1967-1987-ci illər arasında tikilib. Bu nəhəng məscidi şəhərin istənilən yerindən görmək mümkündür. Daha bir maraqlı məqam isə məscidi inşa edən memarların Memar Sinanın sənət əsərlərindən ilhamlanmasıdır.



 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see341

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see248

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see245

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see239

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see237

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see234

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see229

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see228

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see226

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see220

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see219

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see210

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see207

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see207

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see206

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see203

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see198

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see187

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see174

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri