Şahbaz Şərif İlham Əliyevdən “ASAN xidmət”lə bağlı dəstək istədi
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın “ASAN xidmət” modelinin ölkəsinin digər bölgələrində də tətbiqi üçün dəstək istəyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistanın Baş naziri arasında bu gün baş tutan telefon danışığı zamanı bildirilib.
Şahbaz Şərif İslamabadda Azərbaycanın “ASAN xidmət” modeli əsasında yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu ifadə edib və təcrübənin Pakistanın digər bölgələrində də tətbiqi üçün Azərbaycanın dəstəyini xahiş edib.
Prezident İlham Əliyev bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə razılığını bildirib.
Pakistanın Baş naziri dövlət başçısına təşəkkür edərək, Azərbaycanın dəstəyini iki ölkə arasında dostluq və həmrəyliyin növbəti bariz nümunəsi kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 10 Oktyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















