Icma.az
close
up
RU
Şahbaz Şərif və Tokayevdən Vaşinqton görüşünə reaksiya

Şahbaz Şərif və Tokayevdən Vaşinqton görüşünə reaksiya

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Pakistan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən sammitdə Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi sülh sazişini alqışlayır.

Qaynarinfo xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X” sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd olunur ki, bu hadisə onilliklər boyu münaqişələr və insan əzabları yaşamış regionda - Cənubi Qafqazda yeni sülh, sabitlik və əməkdaşlıq erasının başlanğıcıdır.

"Biz Prezident İlham Əliyevi və Azərbaycan xalqını öz regionunun sülhsevər gələcək kursunun müəyyən olunmasında müdrikliyi və uzaqgörənliyi əks etdirən bu tarixi saziş münasibətilə təbrik edirik. Pakistan hər zaman qardaş Azərbaycan xalqının yanında olub və tarixinin bu şərəfli məqamında biz də onun yanındayıq.

Biz həmçinin ABŞ prezident Donald Trampın rəhbərliyi altında hər iki tərəfə ticarət, əlaqə və regional inteqrasiya üçün yeni imkanlar açan razılaşma əldə etməyə imkan verən vasitəçilik rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, bu dialoq ruhu uzanan münaqişələrlə üzləşən digər regionlar üçün nümunə olacaq”, - Şahbaz Şərif vurğulayıb.

Qazaxıstan lideri Kasım-Jomart Tokayev isə bildirib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması tarixi əhəmiyyətli nailiyyətdir.

Onun sözlərinə görə, sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub, onlar arasında diplomatik münasibətlərin qurulmasına və davamlı sülhə əsaslanan əməkdaşlığın inkişafına yol açıb.

Qazaxıstan Prezidenti vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında unikal sazişin imzalanması iki ölkənin liderlərini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilən ABŞ Prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçilik missiyası sayəsində mümkün olub.

"Prezident Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan da sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqların yeri kimi Almatı şəhərini təklif etməklə Azərbaycan və Ermənistan arasında belə mühüm razılaşmaların əldə olunmasına öz töhfəsini verib”, - Kazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Avqust 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri