Şahbaz Şərifin oğlu siyasi fəaliyyətə başlayır Görüş keçirib
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pakistanın Baş nazir Şahbaz Şərifin oğlu Həmzə Şahbaz siyasi fəaliyyətə başlayır. PML-N (Pakistan Müsəlman Liqası (Nəvaz)) lideri olan Həmzə Şahbaz siyasi fəaliyyətinə cümə axşamı günü İslamabadda Baş nazirin iqamətgahındə bir qrup hazırkı və keçmiş partiya qanunvericiləri ilə görüşməklə başlayıb.
“AzPolitika” bu barədə Pakistan yerli mediasına istinadən xəbər verir.
PML-N hakimiyyətə gəldikdən və Pəncabın baş naziri vəzifəsi onun əmisi qızı Məryəm Nəvaza keçdikdən sonra, Baş nazir Şahbaz Şərifin oğlu Həmzə əyalət siyasətində nisbətən kölgədə qalmışdı.
Cümə axşamı keçirilən görüşdə Həmzə Şahbaz keçmiş Milli Səhiyyə Xidmətləri naziri Saira Afzal Tarar, Pakistanın Milli Assambleyasının üzvləri Camal Şah Kakar, Hafizur Rehman Dreşak, Pakistan Milli Assambleyasının keçmiş üzvləri Xürrəm Dəstgir, Murtaza Caved Abbasi və keçmiş senator Behramand Tangi ilə müvafiq seçki dairələrinin üzləşdiyi məsələlər barədə ətraflı müzakirələr aparıb.
O, həmçinin Baş nazirin Gənclər Proqramı ilə bağlı iclasa da sədrlik edib.
SƏMLA
AzPolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 Avqust 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















