Icma.az
close
up
RU
“Şahdəniz” Azərbaycanın “mavi” xəzinəsi

“Şahdəniz” Azərbaycanın “mavi” xəzinəsi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının zəngin ehtiyatları ölkəmizin potensial qaz ixracatçısı kimi mövqeyini getdikcə gücləndirir. Avropa məkanında zaman keçdikcə özünə daha çox alıcı tapan Azərbaycan qazı “köhnə qitə”nin enerji xəritəsinin zənginləşdirilməsinə xidmət edən Cənub Qaz Dəhlizi vasitəsilə ixrac olunur. XXI əsrin ən nəhəng enerji ixracı marşrutu sayılan bu qaz dəhlizinin uğurlu fəaliyyəti isə “Şahdəniz” layihəsi səhmdarlarının səmərəli fəaliyyətindən asılıdır.

“BP-Azərbaycan” şirkətinin 2024-cü ilin yekunları ilə bağlı hesabatına əsasən, il ərzində “Şahdəniz” layihəsinin əməliyyat tədbirlərinə 2 milyard 203 milyon dollar, əsaslı məsrəflərinə isə 766 milyon dollar xərclənib. Həmin vəsaitin böyük əksəriyyəti hazırda fəal işlənmə mərhələsində olan “Şahdəniz-2” layihəsinə sərf edilib.

2022-ci ildə “Şahdəniz Alfa” platformasının elektrik təchizatı ilə bağlı icrasına başlanmış layihə ötən ilin dördüncü rübündə uğurla tamamlanıb. Bu da 8 kilometr aralıda yerləşən “Şahdəniz Bravo” platformasından birbaşa elektrik enerjisi almaq imkanı yaradıb. Elektrik enerjisinin ötürülməsi sualtı cərəyan və fiber-optik kabel vasitəsilə təmin olunur. Bu modernləşdirmə “Şahdəniz Alfa” istismara veriləndən bəri qurğuda istifadə olunan 5 dizel generatoruna ehtiyacı aradan qaldırmaqla platformanın əməliyyat səmərəliliyini artıracaq, enerji təchizatının daha etibarlı, uzunmüddətli və fasiləsiz olmasını təmin edəcək, xərcləri azaldacaq.

İl ərzində qazın “Şahdəniz” yatağından Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə, eləcə də Avropadakı alıcılara çatdırılması davam etdirilib. Zəngin qaz və kondensat ehtiyatlarına görə seçilən “Şahdəniz” yatağında ötən müddətdə iki hasilat platforması quraşdırılaraq istismara verilib. Həmin qurğuların gündəlik hasilat gücü, təxminən, 79 milyon (ildə 29 milyard kubmetrdən artıq) kubmetr təşkil edir. Ötən il “Şahdəniz-Alfa” və “Şahdəniz-Bravo” adlı platformalardan, təqribən, 28 milyard kubmetr qaz və 4 milyon tondan artıq kondensat çıxarılıb.

Məlum olduğu kimi, layihə səhmdarları tərəfindən “Şahdəniz” yatağının bir neçə mərhələdə işlənməsi ilə bağlı qərar qəbul olunub. Yatağın birinci işlənmə mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə 2003-cü ilin əvvəllərində, ilk qazın hasilatına isə 2006-cı ilin sonlarında başlanılıb. Yatağın ikinci işlənmə mərhələsi isə genişliyi və əhatəliliyi baxımından daha çox seçilir. İl ərzində əlavə olaraq daha 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutan bu mərhələ çərçivəsində nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir. Hazırda “Şahdəniz-2” layihəsi çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində yatağın sualtı işlənməsi texnologiyası tətbiq olunur ki, bu da BP şirkətinin dünya üzrə operatoru olduğu ən iri sualtı infrasrukturdur. Təxminən 28 milyard ABŞ dolları həcmində investisiya qoyulmuş bu layihə, ümumilikdə, planlaşdırılmış ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə birləşdirilmiş iki platformadan, 500 kilometr uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Səngəçal terminalında əsaslı genişləndirmə işlərindən ibarətdir. Layihənin detallarına, həmçinin Azərbaycan ərazisində 428 kilometr, Gürcüstan ərazisində isə 59 kilometr uzunluğunda yeni boru kəmərləri və iki yeni kompressor stansiyası, eləcə də Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi daxildir.

“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsində qaz hasilatına 2018-ci il iyul ayının 30-da başlanılıb. Həmin gün yatağın şimal cinahındakı “SDC03Z” quyusunun istismara verilməsi ilə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Sonrakı illərdə yeni quyuların istismara daxil edilməsi ilə hasilat artmağa başlayıb. 2022-ci ildə “Şahdəniz-2” layihəsi çərçivəsində daha bir uğura imza atan konsorsium iştirakçıları yatağın qərb-cənub cinahını işlənməyə daxil ediblər. Ötən ilin dördüncü rübündə “Şahdəniz-2” layihəsi çərçivəsində yatağın şərq-şimal cinahından 3-cü quyu işə salınıb. Bununla yanaşı, yatağın qərb-cənub cinahında sualtı işlər üzrə fəaliyyətlər davam etdirilib.

İl ərzində “Xankəndi” sualtı tikinti gəmisi ilə hazırda istismarda olan bütün “Şahdəniz-2” və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verilməsi davam etdirilib. Regionda tətbiq edilən vahid gəmi strategiyasına uyğun olaraq “Xankəndi” dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri, eləcə də fövqəladə hallara cavab tədbirləri üçün əsas su nəqliyyatı kimi istifadə olunur. Bu da BP və tərəfdaşlarının Xəzərin Azərbaycan sektorundakı dəniz əməliyyatlarının daha təhlükəsiz və daha səmərəli olmasına xidmət edir.

Hazırda “Şahdəniz-2” layihəsi çərçivəsində görülən işlər “Xənkəndi” gəmisinin əsas iş həcmi olmaqda davam edir. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafik hazırlanıb.

Hesabatda qeyd olunduğu kimi, ötən il “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb. Bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb. Bununla yanaşı, “Şahdəniz-2” layihəsi çərçivəsində quyular üzrə işlər davam etdirilib. Dördüncü rüb ərzində yatağın qərb-cənub və qərb cinahlarında “İstiqlal” və “Heydər Əliyev” qazma qurğuları vasitəsilə müvafiq olaraq “SDF02”, və “SDD05” quyusunda qazma işləri həyata keçirilib. Ümumilikdə, ötən müddətdə “Şahdəniz-2” layihəsi çərçivəsində 21 quyu qazılıb. Həmin quyuların 5-i yatağın şimal cinahında, 4-ü qərb cinahında, 4-ü şərq-cənub cinahında, 5-i qərb-cənub cinahında, 3-ü isə şərq-şimal cinahında yerləşir.

“Şahdəniz” yatağından hasil edilən qaz saultı infrastruktur vasitəsilə Səngəçal terminalına nəql olunur. Buradakı mövcud qurğular qazı qəbul edərək Cənubi Qafqaz boru kəmərinə ötürür. 2024-cü ildə “Şahdəniz” qazının, eləcə də “Azəri–Çıraq–Günəşli” yataqlar blokundan neftlə bərabər çıxarılan səmt qazının sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda, təqribən, 81 milyon kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik 100 milyon standart kubmetr təşkil edir. Qaz Səngəçal terminalından Cənubi Qafqaz boru kəməri və terminalın qaz emalı obyektlərini SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyininın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur. Ötən il buradan gün ərzində orta hesabla, təxminən, 76 milyon kubmetr “Şahdəniz” qazı göndərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Fevral 2025 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri