Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Mavi yanacağa qırmızı tələb: Azərbaycanın qapısını döyənlərin sayı artacaq?

Mavi yanacağa qırmızı tələb: Azərbaycanın qapısını döyənlərin sayı artacaq?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqli 2025-ci il yanvarın 1-dən dayandırılıb. Nəticədə Avropa birjalarında qazın qiyməti ən yüksək səviyyəyə qalxıb. Qış fəslinin olduğunu və Avropanın qaz ehtiyatının da böyük ölçüdə azaldığını nəzərə alsaq, iki məqam gündəmə gəlir:

Əvvəla, Avropaya təbii qaz tədarükü Amerika Birləşmiş Ştatları vasitəsilə həyata keçiriləcək. Yeni ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqını Birləşmiş Ştatların üzərində yük hesab etməsi qitəni daha da təsir altına sala bilər. Çünki Avropa ölkələrinin ABŞ-dən yüksək qiymətə qaz idxal etməklə yaşadıqları iqtisadi çətinliklər bir az da artacaq, ABŞ isə buna paralel olaraq qazancını getdikcə artıracaq, Avropanı indi də bu istiqamətdə özündən asılı vəziyyətdə qoyacaq.

İkincisi, Rusiyanın daha məqsədəuyğun alternativləri ön plana çıxacaq ki, burada Azərbaycanın rolunu xüsusilə qeyd etməliyik. Çünki Avropada Azərbaycan qazına, onsuz da, tələbat artır və ölkəmiz qitənin enerji təhlükəsizliyində mühüm aktora çevrilir. Əbəs deyil ki, 2022-ci ildə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri çərçivəsində Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb və Azərbaycandan Aİ-yə tədarük edilən qazın həcminin ikiqat artırılması qeyd olunub.

Bəs belə olan halda mövcud vəziyyət Avropanın 10-dan çox ölkəsinə qaz satan Azərbaycanın roluna və ölkəmizə tələbatın artmasına necə təsir edəcək?

Mövzunu Oxu.Az-a şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan regionda stabillikdə maraqlıdır və əməkdaşlığın güclənməsini dəstəkləyir:

"Amma nəzərə alsaq ki, artıq Ukrayna üzərindən Rusiya qazının nəqli dayandırılıb və Avropanın bir tərəfdən, mavi yanacağa tələbatı artır, digər tərəfdən, Avropada qazın qiymətində artımlar müşahidə olunur, bu kontekstdə sual yaranır ki, bu, Azərbaycan üçün hansı imkanları yaradır? Təbii ki, Azərbaycan ölkələr və ya birliklər arasındakı ziddiyyətə imkan kimi baxmır, əksinə, regionda əməkdaşlığa töhfə verməyə çalışır. Amma bununla yanaşı, sözsüz ki, istənilən dəyişikliklər digər ölkələr üçün imkanlar yaradır, o cümlədən Azərbaycan üçün.

Əvvəla, qazın qiymətinin artması, təbii ki, Azərbaycanın da qaz satışından gəlirlərinin artmasına gətirib çıxaracaq. Üstəlik, nəzərə alsaq ki, 2020-ci ilin sonundan Avropaya nəql etdiyimiz qazın həcmi 40 milyard kubmetrdən çoxdur, eyni zamanda, biz mütəmadi olaraq Avropaya mavi yanacaq ixracının artmasını müşahidə edirik, digər tərəfdən, Azərbaycandan qaz alan ölkələrin sayında da artım olub, ötən il Avropaya qaz ixracımız 8 faiz artıb, bu, o deməkdir ki, qazın Avropada qiymətinin artması ölkəmizin qaz satışından gəlirlərinin çoxalmasına gətirib çıxaracaq. Bu, təbii ki, dövlət gəlirlərinin artması baxımından vacibdir".

"Digər bir məqam Avropada qaza tələbat fonunda Rusiyadan başqa ölkələrdən daha çox qaz almaq istəyi ilə bağlıdır. Bu da Avropa İttifaqında və bütövlükdə Avropada Azərbaycan qazı almaq istəyən ölkələrin sayına təsir göstərə bilər. Ümumiyyətlə, güman edilir ki, Azərbaycan qazını almaq istəyən ölkələrin sayında artım olacaq və nəticə etibarilə daha çox ölkənin enerji təhlükəsizliyinin formalaşmasına töhfə verəcəyik", - deyə deputat əlavə edib.

Oxu.Az-a danışan iqtisadçı Xalid Kərimli isə bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlamamışdan əvvəl Ukrayna üzərindən qaz borusu ilə ildə 65 milyard kubmetr qaz ixrac olunurdu, amma müharibə başlayandan sonra ölkələr alışı azaltdılar və bu rəqəm 18 milyard kubmetrə düşdü:

"Ümumiyyətlə, son üç ildə Rusiyanın Avropaya qaz ixracındakı payı 40 faizdən 10 faizə qədər azalıb. İndi demək olar ki, bu istiqamətdə işləyən qaz xətti "Türk axını"dır və Cənub-Şərqi Avropa ölkələrinə bu xətt vasitəsilə qaz ixrac edilir".

"Azərbaycana gəlincə, bunun ölkəmizə müsbət təsiri var. Çünki biz qaz ixrac edirik, elə tranzit müqaviləsinin uzanmayacağı bəlli olandan sonra qaz qiymətləri 30 faizə qədər bahalaşıb. Son bir ilin qiymətlərinə baxanda, ötən ilin yanvarın əvvəli ilə müqayisədə qaz qiymətləri təqribən 25 faiz yüksəkdir. Bizim ən böyük faydamız buradandır. Digər tərəfdən, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə nə qədər qaz ixrac edə bilirsə, hazırda tam olaraq o gücdən istifadə edir. Yəni orada bir kubmetr də boşluq qalmayıb. TANAP və TAP-da nə qədər mümkündürsə, tam gücü ilə istifadə olunur. TANAP Gürcüstan və Türkiyəni qidalandırır, TAP isə yerdə qalan digər yeddi-səkkiz Avropa ölkəsini.

2022-ci ilin yayında Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Azərbaycana gələndə bizi həm etibarlı enerji təchizatçısı elan etdi, üstəlik də qərar verildi ki, qaz dəhlizinin ötürücülük gücünü 21-22 milyarddan 31 milyarda, TAP-ı isə 10 milyarddan 20 milyarda qaldırsınlar. Lakin Memorandum imzalansa da, Azərbaycan götürdüyü öhdəliyə əməl etməyə hazır olduğunu bildirsə də, avropalılar geridə qalan iki il ərzində bu layihənin həyata keçirilməsinə dəstək verməyiblər. Qaz isə belədir ki, çıxırsa, satılmalıdır, onu yığıb saxlamaq mümkün deyil. Avropa ölkələri isə qısamüddətli öhdəlik götürüblər. Ölkə sayının artması isə bu amillərə bağlıdır".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see377

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri