Icma.az
close
up
RU
Şahdəniz qaz yatağının işlənməsində növbəti mərhələyə qərar verilib

Şahdəniz qaz yatağının işlənməsində növbəti mərhələyə qərar verilib

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bu gün Şahdəniz konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng Şahdəniz qaz yatağının işlənməsinin növbəti mərhələsi olan yeni Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün yekun investisiya qərarını elan edib.

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%) və MVM (5,00%).

"APA-Economics" xəbər verir ki, 2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Bu layihədə məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olunmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

ŞDK layihəsi üzrə yekun investisiya qərarının rəsmi imzalanması bu gün Bakı Enerji Həftəsi çərçivəsində baş tutub.

SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib ki, Şahdəniz Kompressiya layihəsi Azərbaycanın enerji tarixində yeni və mühüm bir səhifədir: "Bu layihə resursların uzunmüddətli işlənməsi, texnoloji irəliləyiş və beynəlxalq tərəfdaşlığa sadiqliyimizi əks etdirir. Bu investisiya Şahdənizin regionda və ondan kənarda mühüm enerji mənbəyi kimi rolunu daha da gücləndirəcək və eyni zamanda yerli iqtisadiyyatımız və işçi qüvvəsi üçün yeni imkanlar yaradacaq. Elektriklə işləyən, heyətsiz kompressiya platforması texnologiyasının tətbiqi regionda dəniz işlənmələri sahəsində müasir və səmərəli bir yanaşmadır. Bununla yanaşı layihənin yerli tikinti resurslarından və təcrübədən istifadəyə üstünlük verməsi ölkənin potensialının qurulmasına və iqtisadi artımın dəstəklənməsinə olan sadiqliyimizi göstərir. Bütün tərəfdaşlarımıza davamlı etimadlarına və əməkdaşlığa görə təşəkkür edirik. SOCAR bu layihənin təhlükəsiz və səmərəli, həmçinin Azərbaycan və tərəfdaşlarımız üçün maksimum fayda gətirəcək şəkildə həyata keçirilməsi üçün çalışacaq.”

Şahdəniz yatağının operatoru olan bp şirkətinin regional prezidenti Qəri Counz dedi: “Bu mühüm layihə dünyanın ən böyük və mürəkkəb qaz yataqlarından biri olan Şahdənizin qarşıdan gələn onilliklər ərzində qlobal iri enerji təchizatçısı kimi qalmasına və bu nəhəng yataqdan maksimum ümumi hasilat əldə etməyə imkan yaradacaq. Bu uğur yolumuzda göstərdikləri dəstəyə və əməkdaşlığa görə Azərbaycan Hökumətinə, SOCAR-a və Şahdəniz layihəsindəki tərəfdaşlarımıza təşəkkür edirik.”

Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud Şahdəniz Bravo (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.

Üzərində dörd ədəd 11 meqavatlıq compressor quraşdırılacaq ŞDK platforması həm Şahdəniz Alfa (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.

Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri də əhatə edir. Bunlara daxildir:

Mövcud ŞDA və ŞDB platformalarının qaz ixrac xətlərinə birləşən yataqdaxili sualtı qaz boru kəmərləri. ŞDK platformasını enerji ilə təchiz etmək üçün Səngəçal terminalından çəkilən birləşdirilmiş elektrik və fiber-optik kabel xətti. ŞDB-dən ŞDK platformasına birləşdirici ehtiyat elektrik və fiber-optik kabel xətti.

Bundan əlavə, layihə ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.

Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanacağı planlaşdırılır. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır. Tikinti işləri ölkə daxilində yerli resurslardan istifadə etməklə həyata keçiriləcək və 4000-ə qədər iş yeri yaradacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 İyun 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri