Icma.az
close
up
RU
“Şahdəniz” üzrə əsaslı xərclərdə 30 faiz artım qeydə alınıb

“Şahdəniz” üzrə əsaslı xərclərdə 30 faiz artım qeydə alınıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Cari ilin üç rübü ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 1 milyard 836 milyon dollar əməliyyat xərcləri və təxminən 756 milyon dollar əsaslı xərclər çəkilib. 2024-cü ilin hesabat dövrü ilə müqayisədə əməliyyat xərclərində 3,15 faiz və əsaslı xərclərdə 30 faiz artım qeydə alınıb.

AZƏRTAC bp-nin 2025-ci ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Üçüncü rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün “Bakı-Tbilisi-Ceyhan”a (BTC) və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

İlin ilk doqquz ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 21 milyard standart kubmetr qaz (5 faiz artım) və təxminən 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 75,7 milyon (ildə təqribən 27,6 milyard) standart kubmetrdir.

Hesabat dövrü ərzində “Şahdəniz 2” layihəsi çərçivəsində qərb-cənub cinahında qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam edib.

Xankəndi sualtı tikinti gəmisi hazırda istismarda olan bütün “Şahdəniz 2” və “Azəri-Çıraq-Günəşli” (AÇG) sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verməyə davam edib. Rüb ərzində gəminin ümumi yoxlama və texniki xidmət işləri, o cümlədən yan hərəkəti tənzimləyən qurğunun təmiri üçün quru doka daxil olmasına hazırlıq işləri başlayıb. Xankəndi gəmisi quru dokda olduğu müddətdə əməliyyatların davamlılığını təmin etmək məqsədilə ilk çağırış gəmisi kimi Tofiq İsmayılov dalğıc gəmisindən istifadə olunacaq.

“Şahdəniz 2” layihəsi çərçivəsində görülən işlər Xənkəndi gəmisinin əsas iş həcmi olmaqda davam edir. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafikin tətbiqi davam edir.

İyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi üzrə işlər bir sıra iri müqavilələrin imzalanması ilə irəliləyib. Yeni müqavilələr mühəndis-layihələndirmə və təchizat xidmətlərini; üst modulların tikintisini; ŞDK platformasının bütövlükdə daşınması və dənizdə quraşdırılmasını, eləcə də sualtı qurğuların layihələndirilməsi, təchizatı, tikintisi və quraşdırılması işlərini əhatə edir.

Tələb olunan hərtərəfli keyfiyyət və əməyin təhlükəsizliyi yoxlamaları uğurla bitdikdən sonra sentyabrın 26-sında ŞDK platformasının üst modulları üçün ilk polad kəsimini icra etməklə layihə mühüm bir hadisəni qeyd etdi.

2,9 milyard dollar dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Layihə, həmçinin “Şahdəniz” müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də “Şahdəniz Alfa” (ŞDA) və “Şahdəniz Bravo” (ŞDB) platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.

Layihə üzrə tikinti işləri artıq başlayıb. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

Üçüncü rüb ərzində “Şahdəniz Alfa” platformasının qazma qurğusu yenidən aktivləşdirilmə rejimində olub.

İstiqlal və Heydər Əliyev qazma qurğuları “Şahdəniz 2” layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib.

Üçüncü rüb ərzində İstiqlal qazma qurğusu qərb-cənub cinahında SDF04 quyusunda işləri başa çatdırıb. Heydər Əliyev qazma qurğusu isə şərq-şimal cinahında SDH04 quyusunun qazma işlərini bitirib və həmin cinahda SDH05 quyusunun qazma işlərinə başlayıb.

Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 23 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında dörd quyu daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri