Icma.az
close
up
RU
Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? Fermer

Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? Fermer

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bu gün piştaxtalarda 2 manat 20 qəpiyə təklif olunan təzə kartofun 1 kiloqramının qiyməti əkin sahəsində 30-35 qəpikdir".

Bunu Qaynarinfo-ya açıqlamasında Tovuz rayon sakini, fermer Xalid Rzayev deyib.

Onun sözlərinə görə, kartofun kəskin bahalaşmasının əsas səbəbi onun əldən-ələ keçməsidir:

"Torpaq sahibindən vitrinə qədər olan arada çoxsaylı adamlar var. Bir nəfər kartofu torpaq sahibindən, yəni onu əkəndən alır. Həmin adam isə gətirib "Meyvəli" bazarında satır. Sonra həmin məhsul oradan müxtəlif marketlər şəbəkəsinə satılır. Göründüyü kimi, şəbəkələrin təsərrüfatla əlaqəsi yoxdur. Təkcə marketlər şəbəkələrinin birbaşa torpaq sahibi ilə əlaqəsi olsa, aradakı iki şirkətin qazancını yalnız bir şirkət qazanar. Bu da bir\başa qiymətə təsir etmiş olur. Biz yetişdirdiyimiz məhsulu yerində 30-35 qəpiyə satırıq, amma vitrinə gəlincə qiymət 2 manat, hətta bəzən ondan yuxarı olur. Səbəb də budur ki, fermer arada olan bir neçə sahibkarla işləmək məcburiyyətindədir".

Fermer deyib ki, əgər marketlər kartofu birbaşa onu əkəndən alsa, qiymətlər əhali üçün əlçatan olar:

"Bu kimi narahatedici vəziyyətə görə ötən il kartof əkən sahibkarların böyük əksəriyyəti bu il məhsul əkmədi. Torpaq sahibi ziyana gedir. 100 hektardan çox kartof üçün əkin sahəmiz var. Amma 35 qəpiyə satdığımız kartofu vitirində 2 manata görəndə əkmək istəmədik. Elə özüm qazanaram da. Əziyyətini biz çəkirik, başqası qazanır. Bu gün kartofdan qazancı ancaq onu 35-40 qəpiyə alan şirkətlər qazanır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Aprel 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see152

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see140

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Tramp: ABŞ əl Malikinin baş nazir olacağı halda İraqı dəstəkləməyəcək

28 Yanvar 2026 02:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri